Sabah Bakıya sulu qar yağacaq - Proqnoz
Tarix: 13-12-2025 17:07 | Bölmə: Cəmiyyət

Sabah Bakıya sulu qar yağacaq

Bakıda və Abşeron yarımadasında dekabrın 14-ü günün birinci yarısında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Reyting.az Milli Hidrometeorologiya Xidmətinə istinadla bildirir ki, gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.





Bölməyə aid digər xəbərlər