Elbəyi Kərimli həbsdə vəfat edib
Tarix: 13-12-2025 21:27 | Bölmə: Cəmiyyət

Elbəyi Kərimli həbsdə vəfat edib

Ötən il narkotik ittihamı ilə məhkum edilmiş ictimai fəal Elbəyi Kərimlinin cəzaçəkmə müəssisəsində vəfat etməsi haqda sosial şəbəkədə məlumat yayılıb.

Reyting.az xəbər verir ki, Ədliyyə Nazirliyi məlumatı “Qafqazinfo”ya təsdiqləyib.

Nazirlikdən bildiriblər ki, Elbəyi Kərimlinin ölüm faktı ilə bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, E. Kərimli narkotik vasitələri saxlamaqda təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.





Bölməyə aid digər xəbərlər