Tarix: 15-12-2025 11:07 | Bölmə: Cəmiyyət

Gəncədə toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs olunub.
DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan Reyting.az-a bildirilib ki, Gəncə ŞBPİ-nin DYP Şöbəsinin keçirdiyi tədbirlə toy karvanında avtoxuliqanlıq edən iki “Chevrolet” və bir “Azsamand” markalı avtomobillərin sürücüləri - E. Hətəmi, E. Məmmədov və Z. Həsənov saxlanılıblar.
Sürücülər barəsində inzibati protokol tərtib edilib.
Məhkəmənin qərarı ilə hər 3 sürücü bir il müddətinə sürücülük hüququndan məhrum edilib və 15 sutka inzibati həbs olunub.
Bununla yanaşı, polis əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər zamanı narkotik vasitələrin təsiri altında avtomobil idarə edən daha 6 sürücü saxlanılıb. Tibbi müayinə zamanı sürücülərin narkotik vasitələr qəbul etdiyi sübuta yetirilib.
Onlar barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək