Tarix: 15-12-2025 18:01 | Bölmə: Cəmiyyət

Bəzi müəssisələrdə əlavə ödənişlərin tələb edilməsi, tibbi sərfin vətəndaşa aldırılması, imtiyazlı xəstələrə dərman təminatının qanunvericiliyə uyğun təşkil edilməməsi və s. kimi hallar yolverilməzdir.
Bu fikirlər TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun rəhbərliyi ilə "İlin yekunlarına və növbəti il üçün qarşıya qoyulan hədəflərə dair" keçirilən müşavirədə səsləndirilib.
Müşavirədə eyni zamanda tibb müəssisələrində tibbi xidmətin təşkilində mövcud çətinliklər, idarəetmə və maliyyə proseslərində rast gəlinən nöqsanlar, həmçinin neqativ hallarla bağlı xəbərdarlıqlar diqqətə çatdırılıb.
Bununla yanaşı, aparılan yoxlamalarda ayrı-ayrı tibb müəssisələrində sterilizasiya, infeksiyaya nəzarət və keyfiyyət standartlarının tələblərinə tam əməl olunmaması ilə bağlı müşahidələrin qeydə alındığı bildirilib.
Vüqar Qurbanov məsul şəxslərə nəzarətin gücləndirilməsi və aşkarlanan çatışmazlıqların aradan qaldırılması ilə bağlı tapşırıqlar verib.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək