Tarix: 15-12-2025 21:49 | Bölmə: Cəmiyyət

"Heç olmasa, bir il məktəbəqədər hazırlığa getmək olduqca vacibdir".
Bunu elm və təhsil naziri Emin Əmrullayev "Real TV"yə müsahibəsində deyib.
O bildirib ki, bu problemin 85 faizindən çoxu həll olunub. Lakin bunun maliyyə və keyfiyyət tərəflərinə baxmaq lazımdır:
"Dövlət bu sahədə böyük paya sahibdir. 100 mindən artıq uşaq dövlət sektorunda məktəbəqədər təhsilə cəlb olunub. Dövlət büdcəsinə bir uşaq 4 500 manata başa gəlir. Bütün uşaqların sayını 4 500 manata vurduqda bu, 2 milyard manatdan da yuxarı vəsait edir. Məntiqi olan insan üçün aydındır ki, bu, real rəqəmlər deyil. Yəni məktəbəqədər təhsilin dövlət tərəfindən maliyyələşməsi".
Nazir xarici təcrübəni örnək gətirərək qeyd edib ki, dünyanın aparıcı ölkələrində də məktəbəqədər təhsilin yalnız dövlət tərəfindən maliyyələşməsi modelinə rast gəlinmir.
"Bir neçə həll yolu ortaya qoymuşuq. Biri icma əsaslı məktəbəqədər təhsildir, digəri dövlət-özəl partnyorluğudur"(report).
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək