Qlobal okeanla bağlı yeni araşdırma aparıblar
Tarix: 14-01-2026 10:11 | Bölmə: Cəmiyyət

Qlobal okeanla bağlı yeni araşdırma aparıblar

Alimlər Yupiterin Avropa peykinin buz qatı altında qlobal okeanın mövcudluğunu mümkün saysalar da, onun həyat üçün əlverişli olmasına şübhə edirlər. 

Reyting.az-ın məlumatına görə, yeni elmi araşdırmalar göstərir ki, Avropa peykindəki dənizin dibində tektonik aktivlik zəifdir və suyun minerallarla zənginləşməsini təmin etmir.

Tədqiqatçıların hesablamaları göstərir ki, Yupiter planetinin cazibə qüvvəsi, həmçinin digər mexanizmlər kifayət qədər güclü çatlar yaratmır, üstəlik, hidrotermal mənbələrin formalaşması ehtimalından uzaqdır.

Bununla belə, ABŞ və Kanadadan olan elm adamları radioaktiv parçalanma kimi alternativ enerji mənbələrinin mümkün görünə bilən həyat üçün müstəsna rol oynayacağını istisna etmirlər.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər