Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 15-01-2026 17:41 | Bölmə: Cəmiyyət

Bu məsələ ölkədə ciddi problem olaraq qalır. Mən pensiyaçıyam. İllər boyu tanıdığım, inandığım, etibar etdiyim həkimlər var. Dünyanın heç bir ölkəsində həkim seçimi təsadüfi olmur. Hər yerdə həkimlərin fəaliyyəti araşdırılır, açıq mənbələrdə onların peşəkarlığı və əvvəlki təcrübəsi qiymətləndirilir".
Reyting.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.
"Yaşlı insanların isə xüsusən öyrəşdiyi, etibar etdiyi həkimlər olur. Mən də istəyirəm ki, məhz həmin həkimin qəbuluna gedim, müayinə olum. Amma reallıqda üzləşdiyim mənzərə başqadır. Xüsusilə son dövrlər əksər peşəkar həkimlər bildirir ki, icbari tibbi sığorta onların çalışdığı klinikalarda keçərli deyil. 79 yaşıma qədər icbari tibbi sığortadan faktiki olaraq bir dəfə də istifadə edə bilməmişəm. Mərkəzi ofislərə müraciət etmişəm, sahə həkimləri ilə, poliklinikalarla görüşmüşəm. Amma hər dəfə bürokratik bir dairəyə yönləndirilmişəm. Həmin bürokratik mexanizmlə bağlı mənə çoxlu şikayətlər də daxil olur".
O bildirib ki, insanlar günlərlə növbələrdə gözləyir, dövlət xəstəxanalarına göndərilirlər, amma nəticənin effektiv olub-olmadığı da sual altındadır:
"Təəssüf ki, özəl klinikaların böyük əksəriyyəti icbari tibbi sığorta sisteminə daxil deyil. Klinikaların verdiyi məlumata görə, yalnız əlaqəsi olan şəxslərin təsiri ilə bəzi özəl tibb müəssisələri bu sistemə daxil edilir.Halbuki inkarolunmaz faktdır ki, özəl klinikalarda müayinələr, ekspertiza imkanları və tibbi avadanlıqlar daha mükəmməldir. Belə bir şəraitdə insanlar öz sağlamlıqlarını qorumaq üçün dövlətin icbari tibbi sığorta siyasətindən effektiv şəkildə yararlana bilmirlər".
Ekspert deyib ki, sistem həddindən artıq bürokratikdir:
"Halbuki ideya özü çox mükəmməldir. İnsanlar ömür boyu ödədikləri vəsaitdən faydalanmaq istəyirlər. Bu, tamamilə təbiidir. Amma nəticə hazırda anormal vəziyyətdədir. Dövlət xəstəxanalarına göndərilən xəstələrdən də şikayətlər daxil olur. Bildirilir ki, lazımi tibbi xidmət göstərilmir və nəticədə insanlar yenidən özəl klinikalara üz tutmaq məcburiyyətində qalırlar.
Digər tərəfdən, həkimlərin əksəriyyəti icbari tibbi sığorta çərçivəsində çalışmaq istəmir. Səbəb isə aydındır ki, ağır əmək qarşılığında ödənilən məbləğ çox azdır və bəzən aylarla gecikdirilir. Bu məlumatlar birbaşa həkimlərin özündən alınır və onlar da mövcud sistemdən narazıdırlar.
Beləliklə, həm xəstələr narazıdır, həm də həkimlər. Deməli, burada ciddi problem var. Nə xidmət alan razıdır, nə də xidmət göstərən. Bu isə sistemin mükəmməl olmadığını açıq şəkildə göstərir və problemin həllini zəruri edir".
Onun sözlərinə görə, dövlət məmurlarına xaricdə müalicə qadağan edilməlidir: "Çünki özəl klinikaların böyük hissəsinin arxasında məhz dövlət məmurları dayanır. Qoy onlar öz klinikalarında müalicə olunsunlar və ya icbari tibbi sığortadan istifadə etsinlər. Dünya miqyasında sürətlə inkişaf edən, cəmiyyətin etimadını qazanan icbari tibbi sığorta sistemi təəssüf ki, Azərbaycanımızda acınacaqlı vəziyyətdədir".
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər