Şamaxı və Ağsuda zəlzələ: dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
Tarix: 18-01-2026 10:29 | Bölmə: Cəmiyyət

Şamaxı və Ağsuda zəlzələ: dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Fövqəladə Hallar Nazirliyinə (FHN) Zəlzələ nəticəsində Şamaxı və Ağsuda dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb.

Reyting.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildiriblər.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 18.01.2026-cı il tarixində yerli vaxtla saat 07:56-da Şamaxı-Ağsu sərhədində (Ağsu rayonunda) 3.8 maqnitudalı zəlzələ qeydə alınıb.





Bölməyə aid digər xəbərlər