Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 05-02-2026 09:16 | Bölmə: Cəmiyyət

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan, Azərbaycanda fəaliyyət göstərən dini icmalardan birinin üzvünə qarşı terror aktı planlaşdırmaqda təqsirləndirilən Aqil Aslanov və Ceyhun İsmayılovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Reyting.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, Aqil Aslanov 17 il, Ceyhun İsmayılov isə 14 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, DTX tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanda fəaliyyət göstərən dini icmalardan birinin üzvünə qarşı terror aktı planlaşdırmış Gürcüstan vətəndaşı Aslanov Aqil Göycə oğlu və Azərbaycan Respublikasının vətəndaşı İsmayılov Ceyhun Şahin oğlu saxlanılıblar.
Narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan Aqil Aslanov 2024-cü ilin sentyabr ayında üçüncü ölkədə səfərdə olarkən, tanışı vasitəsilə həmin ölkənin xüsusi xidmət orqanının əməkdaşları ilə görüşüb və həmin şəxslər Azərbaycanda olan dini icma üzvünün fotoşəkillərini Aqil Aslanova göstərib barəsində məlumat verərək 200.000 ABŞ dolları müqabilində ona sui-qəsd edilməsini təklif ediblər.
Qarşılıqlı razılıq əsasında Aqil Aslanova ilkin olaraq icma üzvü və onun iş yeri barədə zəruri kəşfiyyat məlumatlarının toplanılaraq onlara ötürülməsi tapşırılıb, bunun üçün isə 2.000 ABŞ dolları məbləğində avans təqdim edilib.
Tapşırığın icrası ilə bağlı Bakı şəhərinə gələn Aqil Aslanov maddi maraq müqabilində cinayət əməllərində iştiraka cəlb etdiyi Ceyhun İsmayılovla birgə dini icma üzvü barədə məlumatların toplanılması istiqamətində işlər görüblər, onun yaşayış və iş yerinin məkan göstəricilərini müvafiq mobil telefon tətbiqi vasitəsilə xarici xüsusi xidmət orqanı nümayəndəsinə göndəriblər.
Faktla əlaqədar DTX-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28 (cinayətə hazırlıq) 214.2.1 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) 274-cü (dövlətə xəyanət), 276 (casusluq), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə məhkəmə tərəfindən Aqil Aslanov və Ceyhun İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.(APA)
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər