Tarix: 13-06-2016 12:23 | Bölmə: Cəmiyyət / Xəbərlər

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda "Son zəng” tədbirinin keçirilməsi haqqında əmr imzalayıb.
Əmrin imzalanmasında məqsəd respublikanın ümumtəhsil məktəblərində ənənəvi "Son zəng” tədbirinin mütəşəkkil keçirilməsini təmin etməkdir.
Əmrə əsasən, "Son zəng” tədbiri iyunun 14-də yalnız müəssisənin ərazisində təşkil olunacaq.
Əmrdə qeyd olunur ki, "Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin iştirakı təmin edilməlidir.
Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, bilavasitə Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri "Son zəng”in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işləri aparıb, şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri tədbirlər görməlidir.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək