Tarix: 14-06-2016 13:30 | Bölmə: Cəmiyyət / Xəbərlər

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında "Elm haqqında” qanun üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Reyting.az Modern.az-a istinadən xəbər verir ki, parlamentin Elm vətəhsil komitəsinin sədri İsa Həbibbəyli ikinci oxunuşda 20-dən artıq millət vəkilinin çıxış etdiyini və onların təkliflərinin üçüncü oxunuşda nəzərə alındığını diqqətə çatdırıb.
Bildirilib ki, qanun layihəsi ilə yanaşı, magistr və doktorantlara möhlət hüququnun verilməsi ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliyinin nəzərdə tutulması müsbət addımdır. Qanun layihəsində Azərbaycançılıq anlayışının saxlanılması müvafiq hesab edilib.
O qeyd
edib ki, elm haqqında qanunvericiliyin əsas məqsədi elmi fəaliyyətlə məşğul olan bütün subyektlərin və iştirakçıların konstitusiya hüquqlarının təmin edilməsi və qorunmasından, onların arasında münasibətlərin tənzimlənməsi, elmi fəaliyyət sahəsində fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin müəyyən edilməsi, elmi fəaliyyətin sərbəst və davamlı inkişafının təmin edilməsi, vətəndaşların əqli potensialının
reallaşdırılması və elmi nailiyyətlərdən istifadə edilməsi sahəsində təşkilati-hüquqi bazanın yaradılmasından ibarətdir.
Qanun
layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək