15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Bakının azad edilməsinin 101-ci ildönümü ilə bağlı birgə yürüş keçirildi
Tarix: 15-09-2019 17:28 | Bölmə: Cəmiyyət

Müdafiə Nazirliyinin və Türkiyənin Azərbaycan səfirliyinin birgə təşkilatçılığı ilə Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti ilə yürüş keçirilib.
Reyting.az MN-ə istinadla xəbər verir ki, Türkiyə və Azərbaycan Respublikalarının dövlət bayraqları, eləcə də xalqımızın ümummilli lideri Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Nuru paşanın portretləri ilə bəzədilmiş avtomobil karvanı "N” nömrəli hərbi hissədən Qobustan rayonundakı Acıdərə Türk Şəhidliyinə yola düşüb.
Yolboyu Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar səsyazma avtomobili vasitəsilə Türkiyə və Azərbaycan xalqlarının zəfər marşları, dostluq və qardaşlıq mahnıları səsləndirilib.
Yerli sakinlər yürüş iştirakçılarını alqışlarla qarşılayıblar. Yürüş iştirakçıları Bakının azad edilməsinin 101-ci ildönümü münasibətilə 101 ədəd Azərbaycan Respublikasının və 101 ədəd Türkiyə Respublikasının dövlət bayraqlarını daşıyıblar.
Acıdərə Türk Şəhidliyi ziyarət olunub. Abidə qarşısına Müdafiə Nazirliyi və Türkiyənin Azərbaycan səfirliyi adından əklillər qoyulub. Şəhidlərin xatirəsi ehtiramla yad edilib. Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri ifa olunub.
Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani anım mərasimini açaraq 15 sentyabrın XX əsr Azərbaycan tarixində şərəfli bir gün olduğunu bildirib.
Qeyd olunub ki, 101 il öncə Azərbaycan və türk əsgərləri Bakını azad edərək Azərbaycan tarixinə şanlı bir səhifə yazıblar. Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına birdəfəlik son qoyulub. Özünün son dərəcə ağır durumda olmasına, Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə Azərbaycana hərbi qüvvələr göndərib.
1918-ci il avqust-sentyabr aylarında Osmanlı Türkiyəsi öz tarixi missiyasını uğurla yerinə yetirərək Azərbaycan korpusunun döyüşçüləri ilə birlikdə Bakı və ətraf rayonları azad ediblər. Məhz bu zəfər yürüşü iki gün sonra Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtının Gəncədən Bakıya köçürülməsinə zəmin yaradıb.
Anım mərasimində vurğulanıb ki, Azərbaycan müstəqillik illərində dinamik sürətlə inkişaf edərək güclü və qüdrətli ölkəyə çevrilib. Azərbaycan-Türkiyə qardaşlığı bu gün də ən yüksək səviyyədədir. Bu dostluq və qardaşlıq sarsılmazdır, əbədidir. Biz bu tərəqqi üçün, bu günki xoşbəxt, firavan həyat üçün geniş sinələrini Vətənimizə, xalqımıza tuşlanan güllələrə sipər edən qəhrəman şəhidlərimizə minnətdarıq.
Böyük Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır”, ulu öndər Heydər Əliyevin isə "Biz bir millət, iki dövlətik. Bu, bizim dostluğumuzun, qardaşlığımızın mənasını, məzmununu təşkil edir” kəlamları ilə çıxışına başlayan Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral isə deyib: "Bizim dostluğumuz, qardaşlığımız çoxəsrlik tarixi ənənələrə arxalanır. Bizim dədələrimiz-babalarımız dar gündə bir-birilərinin harayına çatıblar. Bir səngərdə ümumi düşmənə qarşı birlikdə mücadilə aparıblar. Biz Çanaqqala savaşında şəhid olan azərbaycanlıları, Cümhuriyyət quruculuğu ərəfəsində Azərbaycanın göstərdiyi qardaş köməyini heç vaxt unutmuruq. Biz həmişə sizin yanınızdayıq. Beynəlxalq tədbirlərdə Azərbaycan nümayəndəsi yoxdursa, biz varıq, bizim nümayəndəmiz yoxdursa, siz varsınız. Biz bir millət, iki dövlətik”.
Səfir diqqətə çatdırıb ki, 15 sentyabrda Bakının qurtuluşu nəinki azərbaycanlılar, hətta Anadolu türkləri üçün də olduqca böyük hadisədir. Azərbaycanın müstəqilliyi Türkiyə tarixi üçün də önəmli dönüş nöqtəsidir. Bu günün həm Türkiyə, həm də Azərbaycan xalqları tərəfindən birgə, təntənəli şəkildə keçirilməsinin əsas məqsədi 101 il öncə baş verənləri xalqa anlatmaq, xüsusilə də gələcək nəsillərə hansı səbəbdən bir yerdə, qardaş olduğumuzu, tariximizdə nələrin baş verdiyini çatdırmaqdır. Biz bütün həqiqətləri xalqa çatdırmalıyıq. Onlar türkün tarixində utanılacaq heç bir şeyin olmadığını öyrənməlidirlər.
Səfir E.Özoral ötən il Bakının qurtuluşunun 100 illiyi münasibəti ilə keçirilən paradda Azərbaycan Respublikası prezidenti İlham Əliyev və Türkiyə Respublikası prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakını xatırlayaraq "Hər iki ölkə rəhbərinin hərbi paradda iştirakı, onların Türkiyə-Azərbaycan qardaşlığının bundan sonra da əbədi və sarsılmaz olacağına əminlikləri, düşmənlərimizə birgə mesajları tarixi məqamlardır. Bundan əlavə, unudulmaz, yaddaqalan hadisədir ki, 100 il əvvəl olduğu kimi türk əsgəri azərbaycanlı qardaşları ilə birgə yenidən Bakı təntənəsinə qoşuldu, türk əsgəri bu böyük zəfəri azərbaycanlı qardaşı ilə bir yerdə qeyd etdi. Bu, bir səfir olaraq mənim yaşaya biləcəyim ən böyük sevinc hissidir”, - deyib.
General-mayor Vasif Kazımov, Türkiyədən gəlmiş qazilər adından istefada olan general-leytenant Cumhur Evcil, Qobustan Rayon Ağsaqqallar Şurasının sədri Şıxbaba Bayramov və başqaları çıxış edərək şəhidlərə ehtiramlarını bildirib və Türkiyə-Azərbaycan xalqlarının sarsılmaz birliyindən iftixarla söhbət açıblar.
Qobustan Rayon şəhid Qalib Ələkbərov adına Çuxanlı kənd tam orta məktəbinin şagirdləri "Yol ver Türkün bayrağına!” adlı ədəbi kompozisiya ilə çıxış ediblər.
Sonra şəhid türk zabitinin məzarı ziyarət olunub, üstünə qərənfillər düzülüb, dualar oxunub.
Yürüş və anım mərasimində Türkiyədən gəlmiş qazilər, Türkiyə Silahlı Qüvvələrinin general və zabitləri, Azərbaycan Ordusunun və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək