15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Almaniyadakı erməni mafiyası: 58 min səhifəlik cinayət işində sensasiyalı detallar
Tarix: 12-12-2019 16:51 | Bölmə: Cəmiyyət

Almaniyanın MDR ictimai televiziyası bu ölkədəki erməni mafiyasının fəaliyyətinə dair yeni məlumatlar yayıb və sənədli film efirə verib.
Ekran əsərinin müəllifləri Aksel Hemmerlinq (Axel Hemmerling) və Lüdviq Kendziadır (Lüdwig Kendzia).
Filmdə müxtəlif illərdə Türinqen federal torpağının Veymar, Erfurt və Ayxsfeld şəhərlərində erməni mafiyasının iştirakı ilə baş verən silahlı qarşıdurmalar, habelə müxtəlif mafiya klanları arasındakı uzunmüddətli münaqişələrdən bəhs olunur.
Erməni mafiyası barədə 58 min səhifəlik cinayət işi
Bildirilib ki, Almaniyanın müxtəlif regionlarının yerli hüquq-mühafizə orqanlarının 58 000 səhifəlik sənədlərinin araşdırılması nəticəsində sözügedən silahlı qarşıdurmaların bir-birindən ayrı cinayət hadisələri deyil, mafiya klanları arasında uzun müddətdən bəri davam edən “müharibələrin” təzahürləri olduğu müəyyənləşdirilib.
Sözügedən atışmalarda müxtəlif mafiya başçılarının iştirakının müəyyən edildiyi, Berlin və Şərqi Almaniyada yerləşən erməni mafiya qruplarının Belçika və Fransadakı “qanuni oğrular” tərəfindən idarə olunduğu vurğulanır. Eyni zamandapost-sovet məkanında (Rusiya, Ermənistan, Gürcüstan, Ukrayna) fəaliyyət göstərən tanınmış “qanuni oğrular”ın vasitəçilik səyləri ilə erməni mafiya qruplarının cəlb olunduğu münaqişələrdə nisbi“sülhə”nail olunduğu diqqətə çatdırılır.
Erməni mafiya klanlarının iştirakı ilə 2013 və 2014-cü illərdə müvafiq olaraq Veymar və Erfurt şəhərlərində baş verən insidentlərin kökündə milyonlarla avro dəyərində olan avtomobil biznesi, eləcə də Almaniyadan Polşaya daşınan oğurluq avtomobillərin orada hissələrə bölünməsindən sonra yenidən Almaniyaya gətirilərək satılmasına nəzarət uğrunda gedən mübarizənin dayandığı göstərilir.
Belçika və Almaniyada narkotik alveri və erməni ailəsində qanlı qarşıdurmalar
Ayxsfeld şəhərindəki hadisələr isə 20 ildən artıq bu şəhərdə yaşayan və Almaniya, Fransa, Belçika və Ermənistanda geniş qohumluq əlaqələrinə malik bir erməni ailəsi daxilində olan qarşıdurmaların nəticələri kimi təqdim olunur. Ailədaxili çəkişmələrin hələ 2005-ci ildə ölümlə nəticələnən qanlı toqquşmalarla başlandığı, 2017 və 2018-ci illərdə yenidən qanlı toqquşmalarla müşayiət edildiyi, polis tərəfindən bununla bağlı bir neçə əməliyyatın keçirildiyi və həbslərin baş tutduğu vurğulanır. Hüquq-mühafizə orqanlarının daxili sənədlərinə istinadən bildirilir ki, sözügedən ailə Belçika və Almaniya arasında avtomobil ticarətini həyata keçirir və Almaniyanın Türinqen, Saksoniya və Saksoniya-Anhalt federal torpaqlarına gətirilən avtomobillərin içində qanunsuz olaraq narkotik maddələrin keçirildiyinə dair dəlillər mövcuddur. Klan üzvlərinin spirtli içkilərin qeyri-qanuni ticarəti ilə məşğul olduqları da bildirilir. Ayxsfelddə mövcud olan mafiya klanının 2013-2014-cü illərdə Veymar və Erfurtdakı silahlı qarşıdurmalarda iştirak edən mafiya klanları ilə əlaqəli olmadığı və tam müstəqil fəaliyyət göstərdiyi bildirilir.
Noyabrın 27-də yayımlanan“Almaniyada xaç ataları: erməni mafiyası və qanuni oğrular” başlıqlı sənədli filmdə (https://www.mdr.de/tv/programm/video-359496_zc-12fce4ab_zs-6102e94c.html) mütəşəkkil cinayətkarlığın “qanuni oğru” modelinin mahiyyəti və quruluşu barədə məlumat verilir, Almaniyada və Avropada bu tip mafiya quruluşuna malik olan erməni cinayətkar dəstələrdən bəhs olunur. Filmdə Almaniyada erməni mafiyasına qarşı həyata keçirilən FATİL əməliyyatı barədə məlumat verilir, Almaniyadakı erməni mafiyasının İtaliya mafiyası ilə “biznes” (saxta pul əsginazları, narkotik maddələrin ticarəti) əlaqələrinə dair faktlar təqdim olunur, yaxınlarda İspaniyada da erməni mafiyasına qarşı böyük əməliyyatın həyata keçirildiyi qeyd edilir, erməni mafiya klanlarında güclü iyerarxiyanın olduğu və bu şəbəkələrin qanunsuz miqrasiya yolu ilə daim genişləndirildiyi bildirilir.
Erməni mafiya başçıları Ermənistanın keçmiş hakimiyyəti ilə əlbir işləyib
Filmdə həmçinin Ermənistanın on illərdən bəri korrupsiya ölkəsi və kleptokratiya olduğu, erməni mafiya başçılarının Ermənistanın keçmiş hakimiyyəti ilə əlaqəli olduqları və yeni hakimiyyətin “qanuni oğrulara” qarşı müharibə elan etdiyi bildirilir.
Filmdə həmçinin professor Avetis Sadoyan kimi təqdim olunan 10 il əvvəl Almaniyada sığınacaq tapan siyasi qaçqına söz verilir. O, Ermənistan cəmiyyətində cinayətkarlığın geniş vüsət almasından və kleptokratiyanın adi vətəndaşlara mənfi təsirlərindən danışır. Bildirir ki, vətəndaşlar, adətən, uğurlu insanlardan örnək götürür və Ermənistanda belə uğurlu insanlar məhz cinayətkar ünsürlərdir. Qeyd edir ki, bir araşdırmanın nəticələrinə görə, Ermənistanda kişilərin 95%-i öz nitqlərində cinayətkar jarqondan istifadə edirlər. O, Ermənistanda baş vermiş “inqilabın” sözügedən mentalitetə son qoymasına çağırış edir. A.Sadoyan eyni zamanda mafiya strukturları vasitəsilə Ermənistandan milyardlarla pulun çıxarıldığını iddia edir və Almaniyanın hüquq-mühafizə orqanlarını həmin pulların Ermənistan əhalisinə geri qaytarılması üçün yardım etməyə çağırır.
Ermənistanın Almaniyadakı səfiri mafiyanı necə qoruyub?
Filmdə eyni zamanda Ermənistandakı “inqilabın” Almaniyada çox şeyi dəyişmədiyi və bu xüsusdaAşot Smbatyanın2015-ci ildən bəri Ermənistanın bu ölkədəki səfiri olaraq qaldığı vurğulanıb. A.Smbatyan “hiyləgər insan” adlandırılır.
Bildirilir ki, Erfurtdakı atışma (2014-cü il) və MDR-inbu barədə məlumat verməsindən dərhal sonra, o, gözlənilmədən Türinqenə səfər edib və səfər zamanı bu torpağın baş naziri ilə yanaşı, təkidli sorğusu əsasında daxili işlər naziri ilə də görüş keçirib və ona Türinqen torpağı və Ermənistan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq təklif edib. Məlumata görə, Ermənistansəfirinin bu hərəkətləri Almaniyanın Federal Kriminal İdarəsi (BKA) və Türinqen Torpağının Kriminal İdarəsi (LKA) tərəfindən həyəcanla qarşılanıb. Səfirin öz hərəkətlərini ictimaiyyət qarşısında müzakirə etmək istəmədiyi və həmçinin MDR və Der Spiegel KİV-lərini məhkəməyə verdiyi (bax: SBRL/1437/19 saylı, tarixli məktubumuz) və bu məhkəmə prosesinin hələ də davam etdiyi barədə məlumat verilir.
Qeyd edək ki, MDR televiziyası və Der Spiegel jurnalı Almaniyada mövcud olan erməni mafiyasının fəaliyyətini birgə araşdırırlar və ötən ilin noyabrından bəri bu mövzuda məlumatlar dərc edirlər. Məlumatlarda o cümlədən Ermənistanın Almaniyadakı səfiri A.Smbatyanın da mütəşəkkil cinayətkarlıqla əlaqələrinin olduğu qeyd edilir. Eyni adlı sənədli film hələ bir il əvvəl, 2018-ci ilin noyabrın 7-dəefirə getməli idi və o zaman Ermənistan səfirinin iddiası əsasında Berlin məhkəməsi tərəfindən ekran əsərindəsəfir barədə verilən faktların yoxlanılmasınadək filmin efirə getməsi müvəqqəti olaraq qadağan edilmişdi. Film, görünür, hazırda Ermənistan səfiri barədə səsləndirilməli olan faktların ixtisar olunduğu formada efirə gedib.
Azərbaycanın “qara siyahıya” saldığı deputatlar erməni mafiyasının üzvləridir
Filmdə həmçinin erməni mafiyasının ictimaiyyətə yaxşı məlum olan üzvləri barədə məlumat verilir. Peşəkar boksçularMurat KarovəArtur Abrahamın adının istintaq sənədlərində hallandığı qeyd edilir, Bundestaqın deputatlarıAlbert VaylervəManfred Qrundun (hər iki deputat Ermənistanın lobbiçisidir və Azərbaycan Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısındadırlar), eləcə də Ermənistan səfirinin iştirakı ilə Almaniya-Ermənistan Forumunun yaradılması mərasimində, habelə sözügedən deputatların dəvəti ilə Almaniyanın bölgələrində Ermənistan səfiri ilə birlikdə keçirilən tədbirlərdə yuxarıda sözügedən cinayətkar ünsürlərin iştirak etmələri barədə faktlar təqdim olunur. Hər iki deputatın Bundestaq ofislərində erməni əməkdaşlarının çalışdıqları (A.Vaylerin ofisindəAlla Serobyan, M.Qrundun ofisində isəAndronik Aslanyanişləyir), bunlardan birinin daşınmaz əmlak biznesi ilə məşğul olduğu (M.Qrundun əməkdaşı A.Aslanyanın Elase Real Estate adlı daşınmaz əmlak şirkəti mövcuddur) bildirilir.
Filmdə müsahibə verən Bundestaqın deputatı, Almaniya-Ermənistan Forumunun prezidenti A.Vayler foruma birbaşa toxunmadığı üçün erməni mafiyası mövzusunun forum daxilində rəsmi olaraq müzakirə olunmadığını, amma sözügedən xəbərlərə dair Ermənistan səfiri ilə söhbət etdiyini və ona forum üzvlərindən kiminsə cinayət törətdiyi bəlli olarsa, araşdırmalara və həmin şəxsin Almaniyadan deportasiya olunmasına yardım edəcəklərini bildirdiyini qeyd edir.
Müəllif: Viktoriya Lebedeva - Dementyeva,
Report.az
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək