15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
"Evdə qalın, pozitiv qalın və savadlı olun!" - Məleykə Abbaszadədən abituriyentlərə müraciət
Tarix: 02-04-2020 19:05 | Bölmə: Cəmiyyət

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyent, məzun, müəllim və valideynlərə müraciət edib.
Reyting.az-ın məlumatına görə, müraciətdə deyilir:
"Əziz məzunlar və abituriyentlər, hörmətli müəllimlər və valideynlər!
Bugünlərdə bizə imtahanların keçirilmə tarixləri barədə xeyli müraciətlər daxil olur. Biz sizin həyəcanı çox yaxşı anlayır və onu əsaslı hesab edirik. Hər bir şagird məktəbi bitirdikdən sonra attestasiyadan keçmək və müvafiq bilikləri varsa, təhsilini növbəti pillədə davam etdirmək imkanını əldə etməlidir. Lakinbu il virus həyatımıza müdaxilə etdi, onu dəyişdi, amma virus həyatımızı məhv edə bilməz. Həyat davam etməlidir! İndi bizonu virusdan müdafiə etməyi öyrənməliyik. Biz sağlam qalmalıyıq!
Bu tip daxili gərginliyi azaltmaq və stressi idarə etmək üçün ilk növbədə məsələyə şüurlu yanaşmaq, rasional baxış bucağı formalaşdırmaq zəruridir. Nəticə etibarilə vəziyyət ciddi olsa da, çıxış yolları var və dövlət-vətəndaş birliyi ilə onun öhdəsindən gəlmək mümkündür.
Gəlin birgə sadə bir riyazi məsələyə nəzər yetirək, bu, virusun nə qədər təhlükəli olduğunu dərk etməyə kömək edəcək. Hansı səbəblərə görə karantin qaydalarına əməl etmək lazımdır?Bu dərəcədə sərt tədbirlər nəyə lazımdır?
Əgər başlanğıc mərhələdə infeksiyanın qarşısı sərt tədbirlərlə alınmasa, o həndəsi silsilə ilə artar və onun yayılmasının qarşısını almaq qeyri-mümkün olar. Həndəsi silsilənin nə demək olduğunu məşhur bir riyazi məsələ ilə izah etməyə çalışaq.
Təsəvvür edin ki, hər hansı bir gölün səthində su zanbağı bitib və onun yarpaqları həndəsi silsilə ilə artır. Başqa sözlə hər bir yarpaqdan gün ərzində daha bir yarpaq yaranır. Bu, hər gün zanbaq yarpaqlarının iki dəfə artmasına səbəb olur. Tutaq ki, 60 gün ərzində zanbaq yarpaqları gölün səthini tamamilə örtür. Sizcə zanbaq yarpaqlarının gölün səthinin yarısını örtməsi üçün neçə gün keçməlidir? İlk ağıla gələn cavab adətən 30 gün olur. Lakin doğru cavab 59 gündür. Yəni zanbaq yarpaqlarının gölün səthinin birinci yarısını örtməsi üçün 59 gün lazım olsa da, ikinci yarısını örtməsi üçün cəmi bir gün lazımdır.
Bəs sizcə bu hesabla gölün səthinin 1%-i neçənci gündə örtülür? Cavab 53-cü gündür. Yəni yayılmanın 0-dan 1 faizə çatması üçün 53, 1 faizdən yüz faizə çatması üçün cəmi 7 gün lazımdır.
İndi gəlin bu məsələni pandemiyaya tətbiq edək.
Tutaq ki, hər hansı ölkənin vətəndaşları düşünür ki, virusun ölkədəki yayılma faizi çox aşağıdır və ümumilikdə ölkə üçün heç bir təhlükə törətmir. Buna görə də öz normal həyatlarına davam edirlər və heç bir qabaqlayıcı tədbir görmürlər. Hesab edək ki, virusa yoluxan hər bir insan orta hesabla cəmi bir başqa insanı yoluxdurur. Bu şəkildə pandemiyanın yayılması 1%-ə çatdıqdan sonra cəmi 1 həftə ərzində bütün ölkə əhalisi yoluxmuş olacaq. (1% → 2% → 4% → 8% →16% → 32% →64% → 100%.)
Məhz buna görə də pandemiyaya mümkün qədər tez müdaxilə edilir və sərt tədbirlər görülür.
İndi isə gəlin başqa bir suala birgə cavab tapaq:
İnkişaf etmiş bir sıra ölkələrdə ortaya çıxan kütləvi ölümlərin səbəbi nədir?
Bu suala cavab vermək üçün başqa bir məşhur riyazi məsələyə nəzər salmaq lazımdır.Hər birimiz məktəbdə hovuz problemi adlanan riyazi məsələləri həll etmişik.
Bu məsələyə görə bir hovuza krandan su doldurulur, başqa bir boru vasitəsilə isə su hovuzdan kənara axır. Əgər hovuza dolan suyun həcmi boşalandan böyükdürsə, onda bir müddət sonra hovuz dolub daşmağa başlayacaq. Əgər əksinədirsə, onda hovuz tezliklə boşalacaq. Əgər dolan su ilə boşalan suyun həcmi bərabərdirsə, bu halda hovuzda daim müəyyən sabit miqdarda su qalacaq.
İndi gəlin bu məsələni də pandemiyanın izahına tətbiq edək. Burada hovuz ölkənin səhiyyə sistemini, hovuzdakı su artıq virusa yoluxmuş və müalicə alan insanları, krandan gələn su yeni xəstələnənləri, boşalan su isə sağalan xəstələri ifadə edir. Hovuz kimi səhiyyə sisteminin də xidmət həcmi məhduddur. Yəni orada yataq yerləri, lazımi avadanlıq və həkim, digər tibbi personal bəlli bir sayda xəstəyə xidmət göstərilməsinə imkan verir. Əgər virusa yoluxma sürəti yoluxanların sağalma sürətindən aşağı və ya bərabər olsa, onda səhiyyə sistemi istisna halları çıxmaq şərtilə insanların əksəriyyətini müalicə edib sağalda bilər. Əgər xəstələnmə sürəti sağalma sürətini üstələsə, onda bu sistemin xidmət həcmini aşacaq, bütün yerlər dolu və həkimlər məşğul olduğu üçün yeni gələnləri müalicə etmək mümkün olmayacaq. Bu isə insan itkisinin kütləvi şəkildə artmasına səbəb ola bilər.
Gördüyünüz kimi, bu iki situasiya məsələsi orta məktəbin riyaziyyat kursuna aiddir. Bu məsələlər hazırki vəziyyətin strukturunu çox aydın şəkildə təsvir edir və izah edir ki, niyə biz sizə indi kütləvi imtahanların keçirilmə vaxtını dəqiq deyə bilmirik.
Amma yuxarıda qeyd etdiyim kimi, həyat davam edir və biz sizi yarı yolda qoymayacağıq.Bütün kollektivimiz hazırda onlayn şəkildə çalışır. Mərkəzin “Youtube” kanalına "vizuallaşdırılmış dərs"lərin yerləşdirilməsi davam edir. Yeni dərslər hazır olduqca müvafiq bölmələrə əlavə edilir. Son 20 gün ərzində kanala yerləşdirilmiş dərslərə baxış sayı 100 mindən artıq olub. Otk.az portalı vasitəsilə abituriyentlər ödənişsiz onlayn sınaq imtahanları imkanından istifadə edirlər. Martın 29-dan etibarən portalda aktiv edilmiş 40-dan artıq ödənişsiz imtahan növü üzrə 12 239 istifadəçi tərəfindən 23 820 yazılış qeydə alınıb (bəzi istifadəçilər bir neçə imtahana yazılıb). DİM nəşrlərinin onlayn sifariş əsasında poçt xidməti vasitəsilə sifarişçilərin ünvanına çatdırılması işi davam etdirilir.“Pozitiv zəka” bloqunda insanlara psixoloji dəstək göstərilir. İnzibati binamızda vətəndaşların qəbulu müvəqqəti dayandırılsa da, onların müraciətləri 1653 Çağrı Mərkəzi, elektron poçt, sosial şəbəkə hesabları, həmçinin DİM-in regional bölmələri üzrə telefon vasitəsilə cavablandırılır. Vətəndaşlar məlumat əldə etmək üçün Mərkəzin saytı (dim.gov.az) və sosial şəbəkələrdəki (“Facebook”, “Instagram”, “Twitter” “Telegram”) hesablarını izləyə, həmçinin info@dim.gov.az elektron poçt ünvanına da yaza bilərlər.
Biz şagirdlər üçün yeni onlayn imtahanları layihələndiririk. Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan təhsil müəssisələrində təhsil alan şagirdlər üçün “Azərbaycan dili (dövlət dili kimi)” fənni üzrə onlayn imtahan işlənib hazırlanır. Elektron imtahanlar zamanı hər hansı qayda pozuntusu və ya sui-istifadə hallarını istisna etmək üçün imtahanların proktorinq (nəzarət) sistemi üzərində işlər aparılır. Əlbəttə ki, epidemioloji vəziyyət imkan versə, sıx qrafik üzrə ənənəvi imtahanları keçirməyə hazırıq. Lakin biz sadəcə gözləyərək vaxt itkisinə yol verə bilmərik. Siz də bunu etməyin. Vaxtınızı boşuna sərf etməyin, təqdim etdiyimiz bütün resurslardan istifadə edərək dərslərinizlə məşğul olmağa davam edin.
Təbii ki, gigiyena və özünütəcrid qaydalarına da mütləq əməl edin. İndi siz virusun ölkəmizdə yayılmasının qarşısını almaq üçün hökümətimiz tərəfindən ilk günlərdən həyata keçirilən bütün lazımiqabaqlayıcı tədbirlərin əhəmiyyətini daha yaxşı anlayırsınız. Mən də sizi Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilən qaydalara uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum ünsiyyətdə olmağa, insanların sıx toplaşdığı yerlərə getməməyə, mövcud qabaqlayıcı tədbirlərin şərtlərinə ciddi əməl etməyə çağırıram.
Pis günün ömrü az olar.
Evdə qalın, pozitiv qalın və savadlı olun!"
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək