Tarix: 04-03-2016 18:02 | Bölmə: Cəmiyyət

Masallı rayon sakini Elnur Azər oğlu Ağayev intihar etmək istəyir. Bu barədə Qaynar.info-ya o, özü məlumat verib.
1992-ci il təvəllüdlü E.Ağayevin intihar etmək istəyinə dələduzluğa məruz qaldıqdan sonra dövlət orqanlarının onun dərdinə əlac etməməsidir:
"Mən "Moskva” univermağında satıcı işləyərkən Masallı rayon sakini Məmmədov Zaur Qalabəy oğlu etibarımdan sui-istifadə edərək 3700 dollar məbləğində qızıl-zinət əşyalarımı alıb və geri qaytarmayıb. Məcbur olub Masallı Rayon Məhkəməsinə müraciət etdim. Məhkəmə Zaur Məmmədovun mənə 3700 dollar ödəməsi ilə bağlı qərar qəbul etdi".
Lakin Elnur Ağayev indiyədək pulunu ala bilməyib. Ötən ilin 3 avqustunda Masallı rayon icra şöbəsinin icra məmuru Gündüz Mehdiyev şikayətçiyə bildirib ki, Zaur Məmmədovun yerini hələ də müəyyənləşdirə bilməyiblər.
Zərərçəkən icraçıdan bu cavabı aldıqdan sonra Masallı Rayon Polis Şöbəsinə müraciət edib. Pasport və Qeydiyyat İdarəsinin rəisi, polis polkovnik-leytenantı Seyran Davudlunun cavabı da təxminən eyni olub.
Elnur Ağayev məsələ ilə bağlı dəfələrlə Daxili İşlər Nazirliyinin "Qaynar xətti"nə şikayət edib və nazir Ramil Usubova məktub da yazıb. Lakin dövlət orqanları hələ də məhkəmə qərarını icra etməyib. Çarəsiz qalan E. Ağayev isə özünü öldürmək istəyir.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək