Tarix: 07-03-2016 14:15 | Bölmə: Cəmiyyət / Xəbərlər

Bakının mərkəzində qətl hadisəsi baş verib.
Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə martın 6-da axşam saatlarında rayonun 4-cü mikrorayon ərazisində fəaliyyət göstərən "MM" çay evində baş verib. Çay evinin sahibi, Ağsu rayon sakini Murad Aqil oğlu Qubadov borc verdiyi şəxs tərəfindən güllələnib.
Məlumata görə, çay evinin sahibi M.Qubadov bir müddət əvvəl tanışı, Ağsu rayon sakini Vüqar Şirinova borc pul verib. Bir müddət sonra M.Qubadov V.Şirinova bir neçə dəfə zəng edərək pulunu istəyib. Pulu qaytara bilməyən V.Şirinov isə ondan vaxt istəyib. Lakin həmin müddətdə də o, borcu qaytara bilməyib. Martın 6-da M.Qubadov yenidən V.Şirinova zəng vuraraq borcunu tələb edəndə, tərəflər arasında mübahisə yaranıb. V.Şirinov naməlum şəraitdə əldə etdiyi qundağı kəsilmiş ov tüfəngi ilə "MM" çay evinə gələrək sahibkarın otağına daxil olub. V.Şirinov otaqda M.Qubadova 3 atəş açaraq onu qətlə yetirib və hadisə yerindən qaçıb.
V.Şirinov hadisəni törədəndən sonra Ağsu rayonunda valideynlərinin yanına qaçsa da, istintaqdan yayına bilməyib. Məlumata görə, onu valideynləri polisə təhvil veriblər.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb(Trend).
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək