15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Koronavirusun qulaqdakı küylə əlaqəsi varmı?
Tarix: 01-04-2021 13:14 | Bölmə: Cəmiyyət

Alimlər koronavirusun qulaqda küy yaradıb-yaratmadığını araşdırırlar. Bir iş adamının intiharı bu araşdırmaları daha da aktuallaşdırıb. ABŞ-ın “Nyu-York Tayms” qəzetinin bu mövzuya həsr etdiyi yazının müəllifi Devid Siqaldır.
Reyting.az Novator.az-ın ingiliscədən çevirdiyi yazını təqdim edir:
“Texas Roadhouse” restoranlar şəbəkəsinin təsisçisi və icraçı direktoru Kent Teylorun intiharı koronavirus infeksiyası ilə tinnitus arasında əlaqənin ola biləcəyi ehtimalını doğurub.
Tinnitus – tibbi termindir, qulaqlarda daima küyün, uğultunun eşidilməsini ifadə edir.
Kent Teylorun ailə üzvləri deyirlər ki, biznesmen koronavirusa yoluxandan sonra bir sıra simptomlardan, o cümlədən kəskin tinnitusdan əziyyət çəkirmiş. Yaxınları Kent Teylorun vəziyyətinin dözülməz həddə çatdığını vurğulayırlar.
Tinnitus COVİD-19 infeksiyasının simptomlarına daxildirmi? Bu simptom xəstəliyin hansı dövründə üzə çıxır?
Bütün bu suallara hələ ki, cavab tapılmayıb.
Dünya Səhiyyə Təşkilatı, eləcə də ABŞ-ın Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi tinnitusu koronavirusun simptomu hesab etmir. Ancaq digər infeksiyalar zamanı da eşitmə problemlərinə tez-tez rast gəlindiyi bəllidir.
Böyük Britaniyanın Milli Səhiyyə Xidməti COVİD-19 infeksiyasından uzun müddət əziyyət çəkən insanların üzləşdiyi simptomlar arasında yorğunluq, təngnəfəslik, başgicəllənmə və digər simptomlarla yanaşı tinnitusun da adını çəkib.
Son dövrlər koronavirus simtomları üzrə aparılan tədqiqatlar göstərib ki, tinnitus infeksiyanın əlaməti ola bilər.
60 yoluxma faktını və bir sıra nümunələri nəzərdən keçirən “İnternational Audiology” jurnalının bugünlərdə dərc etdiyi nəticələrə əsasən, COVİD-19 infeksiyasına yoluxmuş yetkin yaşlı insanların 15 faizi tinnitusdan əziyyət çəkdiyini deyib.
Tədqiqatçıların “İnternational Audiology” jurnalındakı məqalədə yazdığına görə, pasiyentlər tinnitusu ya yeni simptom kimi təsvir ediblər, ya da qulaqda küyün xəstəliyin kəskinləşməsi nəticəsində yarandığını bildiriblər. Ona görə də alimlər pasiyentlərin söylədiklərini yoxlamaq üçün 60 nəfərin sonrakı vəziyyətini nəzarətdə saxlamaq qərarına gəldiklərini açıqlayıblar.
Tədqiqatın müəlliflərindən biri, Mançester Universitetinin audiologiya üzrə professoru Kevin Manro deyir: “Biz tədqiqatın nəticələrini dərc edəndən sonra bir sutkada elektron poçtuma 100-dək məktub gəldi. Məktub müəlliflərinin demək olar hamısı eyni sözü yazır: sizin araşdırmanız məni çox sevindirdi, çünki qulağımda uğultu hiss edib xəstəxanaya gedəndə həkim mənə ağlımı itirdiyimi söyləmişdi. İndi isə bilirəm ki, bu problemi yaşayan təkcə mən deyiləm”.
Bəzi nəticələr göstərir ki, COVİD-19 infeksiyası əvvəlcədən tinnitus problemi yaşayan insanlarda xəstəlikdən sonra vəziyyəti daha da pisləşdirib.
Nəticələri “Frontiers in Public Health” jurnalında dərc olunan tədqiqata tinnitusdan əziyyət çəkən 3100 nəfər cəlb edilib. COVİD-19 infeksiyası keçirmiş 237 respondentin 40 faizi virusa yoluxandan sonra tinnitus simptomlarının daha da kəskinləşdiyini bildirib.
“Frontiers in Public Health” jurnalında əksini tapan tədqiqatın rəhbəri, Britaniyanın Enqli Raskin Universitetinin audioloqu Eldre Byuks deyir: “Qızılca, qulaqdibi və məxmərək xəstəlikləri də daxil olmaqla, bir sıra infeksiyalar eşitmə qabiliyyətinə təsir göstərir. Bundan başqa, COVİD-19 infeksiyasını müalicə etmək üçün qəbul olunan dərmanlar tinnitusu daha da kəskinləşdirə bilər. Tinnitusla stress arasında bağlılılığın olduğu isə sübuta yetirilib”.
Tədqiqat zamanı pandemiya dövründə infeksiyaya yoluxma qorxusunun və digər faktorların bir çox insanda stres yaratdığı, habelə sosial izolyasiya tədbirlərinin özünəqapanma və təcridolma hallarını gücləndirdiyi vurğulanıb.
Doktor Byuks stress yaradan faktorlar arasında onlayn təhlisi də qeyd edir. O, distant təhlisin qəhvə və spirtli içkidən çox istifadə olunmasına şərait yaratdığını bildirir.
Hyustonda yaşayan və oradakı tinnitus xəstələrinə dəstək qrupunun üzvü olan informasiya texnologiyaları üzrə mütəxəssis Kim Veller pandemiyanın hətta COVİD-19 infeksiyasına yoluxmamış tinnitus xəstələrinə də mənfi təsir göstərdiyini vurğulayır: “Mən Ohayo ştatından olan bir nəfərlə söhbətləşdim. O, vəziyyətin artıq son həddə çatdığını dedi. Çünki işləmir, rahat yata bilmir, tək yaşayır. Ətrafdan təcrid olunduğuna görə pandemiya onun həyatına çox pis təsir edib”.
Tinnitusun bəzi insanlara təsiri müəyyən dərəcədə sirr olaraq qalır. Bu problemə təxminən 200 faktor səbəb olur. Buraya yüksək səs, stress, eşitmə qabiliyyətinin zəifləməsi və qulaq pərdəsinin zədələnməsi də daxildir.
Hazırda tinnitusun heç bir müalicəsi yoxdur. Ondan əziyyət çəkən şəxslər çox vaxt koqnitiv davranış terapiyasına cəlb olunurlar. Koqnitiv davranış terapiyası – davranış və fikirləri yenidən qurmaq və ya pasiyentə vəziyyətə alışa biləcəyini başa salmaq üçün nəzərdə tutulan terapiyadır, bu terapiya pasiyentlə söhbət əsasında aparılır.
Tinnitusla bağlı ən son məlumatları Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi 2011-2012-ci illərdə keçirdiyi sorğu nəticəsində əldə edib.
Sorğu zamanı respondentlərin 15 faizi müəyyən dərəcədə tinnitusdan əziyyət çəkdiyini deyib. Respondentlərin 26 faizi demək olar ki, qulaqlarında daima küy olduğunu söyləyib. Sorğu iştirakçılarının 30 faizi tinnitusu öz həyatında orta səviyyəli və ya çox böyük problem kimi qiymətləndirib.
COVİD-19 infeksiyasının tinnitusa səbəb olduğunu ilk dəfə doktor Byuksun rəhbərlik etdiyi 7 nəfərlik kiçik tədqiqat qrupu açıqlayıb. Qulağındakı küydən əziyyət çəkən şəxslərin yarısından çoxu COVİD-19 infeksiyasının tinnitus simptomlarında heç bir dəyişiklik yaratmadığını deyib.
Maraqlıdır ki, respondentlərin 6 faizi koronavirusa yoluxandan sonra tinnitus əlamətlərinin azaldığını bildirib. Doktor Byuks hesab edir ki, həyat üçün ciddi təhlükə yaradan durumla üzləşmək bu insanlarda səs qavrayışının yenidən formalaşmasına səbəb olub: “Koronavirusa yoluxmaq bəzi hallarda sağ qalmaq uğrunda mübarizəyə bənzəyir, bu isə tinnitus xəstələrinin vəziyyəti fərqli prizmadan qiymətləndirməsinə yol açıb”.
Şimali İrlandiyadanın Derri şəhərində yaşayan Eşlinq Starrs ömrü boyu sağ qulağında küy eşitməkdən əziyyət çəkib. İki il əvvəl qızı dünyaya gələndən sonra o, qəflətən hər iki qulağında uğultu eşitməyə başlayıb və bu, keçib getməyib. Koronavirusun onlarda tinnitus əlamətlərini daha da kəskinləşdirdiyini deyən adamların təxminən 40 faizi Eşlinq Starrsın düşdüyü durumdadır.
Eşlinq Starrs erqoterapiya (xəstəlik və ya travmadan sonra insanın normal yaşamasına mane olan nevroloji problemləri aradan qaldırmaq məqsədi daşıyan tibbi ixtisas) mütəxəssisi kimi fəaliyyət göstərir. O, qızı dünyaya gələndən, hər iki qulağında küy eşitməyə başlayandan sonra, ötən ilin sentyabrda COVİD-19 infeksiyasına yoluxub. Nəticədə qulaqlarında uğultu çoxalıb. Eşlinq Starrs deyir ki, əgər koronavirusdan qabaq bu səs-küyü 10 ballıq cədvəl üzrə 3 balla qiymətləndirmək olurdusa, koronavirusdan sonra uğultunun səviyyəsi 7 bala çatıb.
Eşlinq Starrs tinnituslə COVİD-19 arasında əlaqədən bəhs edən məqaləni oxuyana qədər ağlına da gətirmirmiş ki, onun qulaqlarındakı uğultu məhz virusdan kəskinləşə bilərmiş: “Biləndə ki, bu problemlə üzləşən təkcə mən deyiləm, Allaha şükür etdim. Fəaliyyətim ərzində elə şəxslərlə tanış olmuşam ki, onlar qulaqlarındakı küyün diaqnozundan, tibbi adından belə xəbərsizdirlər. Eyni problemi başqalarının da yaşadığını bilmək və tək olmadığını anlamaq insanı çox sakitləşdirir”.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək