Mübariz İbrahimov adına liseyin şagirdləri üçün imtahan keçiriləcək
Tarix: 31-05-2021 16:14 | Bölmə: Cəmiyyət
Mübariz İbrahimov adına liseyin şagirdləri üçün imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi əldə edilmiş razılığa əsasən bu il Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin V-XI sinif şagirdlərinin qiymətləndirilməsi üçün buraxılış və qəbul imtahanlarının əhatə etdiyi fənlər üzrə imtahanlar keçirəcək.

Mərkəzdən Reyting.az-a verilən məluamta görə, imtahanlar Biləsuvar şəhərlərində yerləşən Mübariz İbrahimov adına Təhsil Kompleksinin inzibati binasında təşkil olunacaq.

İmtahanlar cədvəldə qeyd olunan siniflər və fənlər üzrə Azərbaycan dilində aparılır. İmtahan müxtəlif günlərdə 2 mərhələdə keçiriləcək. Hər bir mərhələdə sualları cavablandırmaq üçün şagirdlərə 120 dəqiqə vaxt verilir.

İlk imtahanın keçirilməsi iyun ayında nəzərdə tutulub və dəqiq tarix barədə məlumat veriləcək.




Bölməyə aid digər xəbərlər