15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Allahşükür Paşazadə ictimaiyyətə müraciət edib
Tarix: 02-09-2021 15:45 | Bölmə: Cəmiyyət

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çoxsaylı sorğuları, ictimai-sosial sifarişi nəzərə alaraq milli genofondumuz, ailə institutu, demoqrafik inkişaf, ictimai asayiş və dövlətçilik maraqları üçün ciddi təhlükə - zəmanəmizin qorxunc bəlasına çevrilmiş narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinin həyəcanlı durumu ilə bağlı Azərbaycan ictimaiyyətinə müraciət edib.
Reyting.az xəbər verir ki, Allahşükür Paşazadənin müraciətində deyilir:
“Gələcək nəslin sağlam təməllər üzərində milli, dini-mənəvi dəyərlərə istinadən formalaşdırılması cəmiyyətimiz üçün bütün dövrlərdə mühüm istiqamətlərdən biri olmuşdur. Gənc nəslin həm fiziki, həm ruhi saglamlığı, ictimai fəallığı və sosial faydalılığı kimi məqamların reallaşmasında ailə və cəmiyyətin rolu və məsuliyyəti danılmazdır. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası, Elmi-Dini Şurası zamanında bu mühüm məsələlərə dair sanballı konfrans və tədbirlər təşkil etmiş, yerlərdəki din xadimlərinə bu mövzuları öz moizə və xütbələrində mütəmadi olaraq şərh etmək barədə müvafiq tapşırıq və tövsiyələrini vermişdir. Cəmiyyətin tərkib hissəsi olan din xadimlərinin vəzifəsi Uca Allahın müqəddəs Kitabımız Qurani-Kərimdə buyurduğu həqiqətləri, dinimiz İslamın dəyərlərini daha israrlı maarifləndirmə işi vasitəsilə cəmiyyətimiz üçün kamil insan tərbiyəsi prosesinə öz töhfələrini verməkdir. Müqəddəs Qurani-Kərimin bizə buyurduğu kimi: «Rəbbinin yoluna hikmətlə və gözəl öyüd-nəsihətlə dəvət et…» (Nəhl, 125)
Narkomaniya cəmiyyətin fiziki və mənəvi məhvinə yol açır, imanı zəiflədir, onun olduğu yerdə həmişə dağılmış ailələr və valideyn himayəsindən məhrum qalan uşaqlar olur, oğurluq, qətl, intiharlara yol açılır. Narkotik asılılıq həm insan orqanizminə, həm də cəmiyyətin bel sütunu olan ailə institutuna dağıdıcı zərbə vurur. Gənc nəslin narkotik asılılıq kimi bəşəri bəla ilə üz-üzə qalması bu günümüz və gələcəyimiz üçün çox böyük təhlükədir. Narkotik vasitələrin satışı, istifadəsinə dair statistikanı, bu bəlaya düçar olmuş insanların sayını, bu qorxunc kabusun gəncləri, qadınları, hətta məktəb yaşlı uşaqları ehtiva etdiyini nəzərə alsaq, təəssüf hissi ilə deməliyik ki, bu gün narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi təhlükəli fəlakət həddinə yüksəlmişdir.
Narkotik maddələr və onlara aludəçilik sağlamlıq, iqtisadi, siyasi, ictimai və əxlaqi zəmində çox böyük dağıdıcı, məhvedici təsirlərə malikdir, insanın təfəkkür, düşüncə, istedad, idrak, qüdrət, çalışmaq və quruculuq səylərini əllərindən alır, iman və əqidəsini zədələyir, Uca Allahı dərk etməkdən uzaqlaşdırır, ailələrin əsasını dağıdaraq məhv edir. Məstedici maddələr fərdin və cəmiyyətin ruhu və cisminə təsir edən fəsadlı nəticələri baxımından, bütün pisliklərin mənbəyi olduğuna görə İslamda haram buyurulmuşdur. İnsan əqlini əlindən alan, şüurunu pozan, iradəsini məhv edən, zehnini zəiflədən belə maddələrdən istifadə hər il milyonlarla insanın məhvinə səbəb olur.
Tibbi məqsədlər üçün deyil, məst, həzz, bihuş olmaq niyyəti ilə narkotik maddələrin haramlığı xüsusunda Qurani-Kərimdə belə buyurulmuşdur: “ Ey iman gətirənlər! (Sizi zəlalətə uğradan məstedici içkilər, üyüşdürücü maddələr də), qumar da, (şirkə və küfrə səbəb olan) bütlər və falçılıq da şeytan əməlindən olan murdar əməllərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız!” (Maidə, 90). Peyğəmbərimiz Məhəmməd Salavatullahın mübarək hədislərində buyurulur: "Hər bir məstedici haramdır, çoxu məst edən şeyin azı da haramdır; İnsan ağlını məst edən hər bir şey haramdır” (Səhih Buxari, 1261-ci hədis).
Dini mərkəz olaraq din xadimlərimizi aidiyyatı olan dövlət qurumları və ictimaiyyətin müxtəlif təbəqələri ilə bərabər bu ictimai bəla ilə mübarizədə daha artıq səfərbər olmağa, məscidlərdə oxunan, habelə onlayn moizə və xütbələrdə insanları bu sosial fəlakət barədə ətraflı məlumatlandırmağa, onun fəsad və acı nəticələrini geniş şərh etməyə, dini maarifləndirmə müstəvisində günah və haram olduğu mətləbini daha dərindən təlqin etməyə çağırırıq. Bu işin daha miqyaslı aparılması üçün din xadimlərimizə kütləvi informasiya vasitələrində mütəmadi çıxış etmək imkanlarının yaradılmasını vacib sayır, bununla bağlı müvafiq qurumları bu şəraitin təmininə çağırırıq.
Azərbaycan dövləti gəncliyin sağlam inkişafı işini hər zaman prioritetlər sırasında nəzərdən keçirir, onların fiziki, mənəvi sağlamlığı üçün dövlət səviyyəsində proqramlar işlənib hazırlanır. Dövlət rəhbərimiz və ölkənin Birinci vitse-prezidenti səviyyəsində gəncliyin qayğı ilə əhatə olunması üçün sanballı və genişmiqyaslı tədbir və layihələr həyata keçirilir. Hüquq-mühafizə orqanları tərəfindən narkotik maddələrin satışına, onların qanunsuz dövriyyəsinə qarşı ciddi mübarizə aparılır, ölkə səviyyəsində maarifləndirici və reabilitasiya məqsədli layihələr həyata keçirilir. Lakin bəzi xarici və daxili qüvvələr cəmiyyətimizi zəiflətmək, gələcəyimizi şikəst etmək üçün ən qorxulu və zərərli vərdişlərdən olan narkomaniyadan, narkotik vasitələrin qanunsiz dövriyyəsindən öz mənfəətləri üçün bir vasitə kimi istifadə etməyə çalışırlar. Bu durumda biz din xadimlərinin vəzifəsi bu istiqamətdə dövlət proqramlarına dəstək olmaq, hökumətimizin səylərinə yardım edərək daha artıq maarifləndirmə və bütün mümkün vasitələrlə sabahkı gündə övladlarımızın gələcəyinə etibarla baxa biləcəyimiz bir mühitin yaradılması üçün çalışmaqdır.
Qafqaz Müsəlmanları İdarəsi qazılarına, səlahiyyətli nümayəndələrinə və din xadimlərinə tövsiyə edir ki, moizə və xütbələrində, mediada çıxışlarında bu mövzuya həm dini, həm də ictimai baxımdan geniş şərh versinlər, narkomaniyanın zərər və fəsadları barədə insanlar arasında fəal təbliğati iş aparsınlar. Tövsiyə edirik ki, din xadimləri Allah-Təalanın insan varlığına və cəmiyyətin sağlamlığına zərər verə biləcək hər bir şeyi qadağan etdiyini moizələrində cəmiyyətimizə şəriət hökmü olaraq çatdırsınlar. Quranda, Peyğəmbər hədislərində şəriətin buna dair hökmlərini, həm istifadəsinin, həm yayılmasının haram olduğuna dair dəlilləri insanlara daha artıq dərəcədə izah və təlqin etsinlər. Narkomaniya təhlükəsinin qarşısının alınması cəmiyyətin bütün təbəqələrinin - dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, sosial institutların sıx əməkdaşlığı şəraitində birgə səyləri vasitəsilə mümkündür. Zərərli vərdişlərə qarşı mübarizədə aktiv olmaq, 44 günlük Vətən müharibəsində xalqımıza mübarək Zəfər yaşatmış qəhrəman oğullarımızın ruhuna sadiq və layiq gəncliyin yetişdirilməsi dövlət, millət olaraq bundan sonrakı qələbələrimiz üçün Vətənə, millətə xeyirli olan, dövlətçiliyimizə sadiq, mətin, iradəli, ruhən kamil, imanlı, təqvalı, əməlisaleh, vətənpərvər, milli-mənəvi dəyərlərinə ehtiram bəsləyən nəslin yetişməsinə yardım etmək həm Allah, həm də dövlətimiz qarşısında hamımızın mənəvi borcudur!
Uca Allah Vətənimizi hifz etsin, xalqımızı hər zaman müvəffəq və müzəffər qərar versin! Amin!”
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək