15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Vüqar Səfərli məhkəmədə ifadə verib: “Hər şeyə Əli Həsənov nəzarət edirdi...”
Tarix: 17-09-2021 18:25 | Bölmə: Cəmiyyət

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Reyting.az-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Vüqar Səfərli ifadə verib.
O, ifadəsinə ilk olaraq KİVDF-yə rəhbər təyin olunması barədə danışıb: "Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin sabiq köməkçisi Əli Həsənov məni qəbul etdi. Bildirdilər ki, Əli Həsənov bizə nəzarət edəcək, nə lazımdırsa, deyəcək. Fondun fəaliyyət göstərməsi üçün ilk olaraq “8-ci kilometr” adlanan ərazidə zirzəmi təklif etdilər. Sonra dedilər ki, fond üçün uyğun yeri özünüz tapın. "İçərişəhər"də üç otaqlı yerdə fəaliyyətə başladıq. Həmin yer çox dar idi. Bununla bağlı Əli Həsənova məruzə etdim. O isə mənə Mətbuat prospektində yerləşən Beynəlxalq Mətbuat Mərkəzini təklif etdi. Gedib baxış keçirəndə həqiqətən də uyğun yer olduğunu gördüm. Binanın üçüncü mərtəbəsini bəyəndim. Dediyim kimi, Əli Həsənovun məsləhəti ilə..."
Daha sonra təqsirləndirilən şəxs icarəyə götürülən yer üçün şişirdilmiş məbləğ verilməsi barədə danışıb: "Biz fəaliyyət göstərmək üçün yer götürdükdən sonra qiymətlərlə maraqlandıq. Dedilər, binanın hər kvadratına görə icarə haqqı 20-22 manat təşkil edir, ancaq sizə 18 manatdan verə bilərik. Bununla bağlı Maliyyə Nazirliyinə məlumat verdim, bildirdilər ki, qiymət normaldır. Bizə vəsaiti Nazirlər Kabineti ayırırdı. Xərclər smetasına isə xəzinədar nəzarət edirdi. Bizə heç kim demədi ki, bahadır, irad tutan da olmadı. Biz də fikirləşdik ki, uyğundur. Yoxlama dövründə qeyd olunub ki, bazar qiymətlərinə görə icarə haqqı 12-13 manatdır. Sonra yazılıb ki, dövlət rüsumu 47 qəpikdir. Belə şey olar? Biz təkcə vergiyə 119 min 77 manat ödəmişik. Həmin vaxt mən etiraz etdim ki, yoxlama mənim iştirakım olmadan keçirilib. 2019-cu ildə Bilik Fondu fəaliyyətini dayandırdı. Əli Həsənov mənə dedi ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə məktub yaz, xahiş et ki, Bilik Fondunun əmlakı bizə verilsin. Xahişimiz təmin edildi və əmlak bizə verildi. İcarə məsələsinə gəlincə, Maliyyə Nazirliyi bizə dedi ki, ilin ortası olduğu üçün vəsait ayıra bilmirlər, hələ ki öz imkanlarımız hesabına idarə edək, növbəti ildən vəsait ayrılacaq".
Vüqar Səfərli daha sonra ittihamda əks olunan ictimai-siyasi qəzet olmayan “Futbol+Qol” qəzetinə vəsait ayrılması barədə danışıb. O bildirib ki, qəzetlərə maliyyə ayrılması ilə bağlı qərarı fondun Müşahidə Şurası verirdi: “Vəsait ayrılması üçün tələblər hazırlanaraq Müşahidə Şurasına təqdim olunur, onun əsasında da maliyyə ayrılırdı. Mən, sadəcə, icraçı olmuşam, qərarlara müdaxilə etməmişəm, sadəcə, iclaslarda iştirak etmişəm".
Daha sonra Vüqar Səfərli bildirib ki, qərarları Müşahidə Şurası qəbul etsə də, onlardan heç kim istintaqda dindirilməyib: "Müşahidə Şurasında keçirilən bütün iclasların videosu var. “Futbol+Qol” populyar qəzet idi, ona görə də pul ayrılıb. Hətta mən soruşdum ki, niyə ittihama salınıb bu hissə, dedilər həyat yoldaşımın adına olduğu üçün araşdırılıb. 2017-2018-ci ildə iki dəfə ümumilikdə 20 min manat olmaqla qəzetə pul ayrılıb. Həmin vəsaitin ayrılması da Prezident Administrasiyası ilə məsləhətləsdirilib".
Daha sonra V. Səfərli bildirib ki, 2018-ci ilin sonunda Ə. Həsənov ona bildirib ki, qəzetlərin keyfiyyətindən narazıdırlar: “Dedi ki, qəzetlərin tirajını artıraq, hansı qəzet rəqabətə dözsə, qalsın. Bundan sonra qəzet redaktorları mənə narazılığını bildirdi. Mən də bunu Əli Həsənova dedim. O isə mənə bildirdi ki, baş redaktorlarla görüşək. Qəzet rəhbərləri ilə Mətbuat Mərkəzində görüşümüz oldu. Görüşdə qərar verildi ki, yalnız ictimai-siyasi qəzetlərə maliyyə ayrılsın. Bu qərarla 8 qəzet kənarda qalaraq maliyyəsi dayandırıldı, digər qəzetlərin maliyyəsi isə artdı".
O, jurnalistlər üçün tikilən binalara ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı verilən ittihama da aydınlıq gətirib. V. Səfərli bildirib ki, həmin binaların tikintisi üçün ayrıca mütəxəssis götürülmüşdü: "Tikinti ilə bağlı qanunsuzluqların hamısını mənimlə əlaqələndirirlər. Yazırlar ki, qiymətlər şişirdilib. Binaların tikilməsi üçün tender elan olundu. "Portos" MMC tenderin qalibi seçildi. Tikintini aparan şirkətə vəsait hissə-hissə ödənilib. Mən ayrılan vəsaiti tikinti şirkətinin hesabına köçürmüşəm. Onlar daha sonra neyniyiblər, bilmirəm."
V. Səfərli ayrılan vəsaitin nağdlaşdırılması məsələsinə də aydınlıq gətirib: "Nəyə görə istintaq aydınlaşdırmır ki, pullar necə nağdlaşdırılıb? Mən vəsaitin hardan gəlib hara getdiyini bilmirəm. O vaxt tikinti şirkətinin rəhbəri olan Ədalət Vəliyevin istintaqa ifadəsi var. O, tikinti zamanı 16 milyon ziyan vurduğunu etiraf edib, bildirib ki, həmin ziyana görə öz mülkünün müsadirə edilməsini istəyib. Daha sonra həmin mülk müsadirə olunub. Mən ola bilər ki, tikinti zamanı məsuliyyətsizlik etmişəm. Mən materialların keyfiyyətinə baxa, suvaq ölçə bilməzdim. Hər şeyə Əli Həsənov nəzarət edirdi. Mən, sadəcə, gedib işlərin aparılmasını yoxlayırdım".
Daha sonra V. Səfərli tikintiyə ayrılan pulları nağdlaşdırıb bank hesabına yerləşdirməsindən danışıb. Sabiq fond rəhbəri bildirib ki, bank hesabında olan pullar onun şəxsi vəsaiti olub: "Mən əvvəllər bizneslə məşğul olmuşam. Yazırlar ki, bank hesabımda 5 milyon manat olub. Mən öz hesabıma müəyyən məbləğdə pul yerləşdirmişdim. Həmin pul bankda qaldıqca üstünə depozit gəlirdi".
V. Səfərli ifadəsinin davamında istintaq zamanı heç kimlə üzləşdirilmədiyini deyib.
Prokurorun sualını cavablandıran V. Səfərli bildirib ki, aparılan tikintiyə nəzarəti Bünyamin İsmayılov edib, qiymətlərin şişirdilməsi barədə ona məlumat verməyib.
Proses sentyabrın 21-də davam etdiriləcək.
Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.(APA)
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək