15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Generalın və cinayət ortaqlarının məhkəməsi keçirilib
Tarix: 07-10-2021 15:38 | Bölmə: Cəmiyyət

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general Nizami Şirinov və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev, Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Reyting.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi keçirilən prosesdə zərərçəkən Rahib Ağayev təqsirləndirilən şəxslərə qarşı 150 min manat, digər zərərçəkən Vüqar Ağayev isə 1 milyon 162 min manat mülki iddia qaldırıb.
Mülki iddialar məhkəmənin icraatına qəbul edilib.
Daha sonra Nizami Şirinovun vəkili vəsatət verərək məhkəmənin qapalı keçirilməsini xahiş edib. O bildirib ki, müdafiə etdiyi şəxs uzun müddət xüsusi xidmət orqanının əməkdaşı olub və ifadəsində dövlət sirri təşkil edən məsələlər ola bilər.
Vəsatət təmin edilməyib. Hakim qeyd edib ki, dövlət sirri təşkil edəcək məsələlər olan zaman zərurət yarandığı halda prosesin qapalı davam etdirilməsi ilə bağlı qərar qəbul oluna bilər.
Bundan sonra məhkəmə istintaqının başlandığı elan olunub.
Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.
İttihama görə, N. Şirinov və digərləri qulluq mənafelərindən istifadə edərək, vətəndaşlara qarşı hədə-qorxu gələrək pul tələb ediblər.
N. Şirinova 6 epizod üzrə ittiham irəli sürülüb. Birinci epizodda N. Şirinov Dilşad Aslanov adlı şəxsdən 80 min dolları rüşvət qismində alaraq onu MTN Akademiyasına düzəldib və oxuduğu müddətdə ona himayədarlıq edib.
N. Şirinov bir fakt üzrə digər təqsirləndirilən Elman Tahirovla birləşərək 50 min dollar rüşvət alıb.
Digər epizodlarda N. Şirinov digər təqsirləndirilən şəxslərlə birlikdə hədə-qorxu gəlməklə Mirzəli Yusifovdan 315 min ABŞ dolları, Vüqar Ağayevdən 1 milyon 850 min manat, Emin Abbasovdan 200 min manat, Rahib Ağayevdən isə 150 min manat alıblar.
Təqsirləndirilən şəxslər ittihamlar üzrə özlərini təqsirli bilməyiblər.
Məhkəmə təqsirləndirilən şəxslərə ifadə verməyi təklif etsə də, onlar hazırkı mərhələdə ifadə verməkdən imtina ediblər. Qeyd ediblər ki, zərərçəkmiş və şahidlərin dindirilməsindən sonra ifadə verəcəklər.
Bundan sonra prosesdə zərərçəkmiş şəxs qismində Rahib Ağayev ifadə verib. O, 1991-ci ildən “N” saylı hərbi hissələrdə çalışdığını, uzun müddət general-leytenant Yaşar Aydəmirovun sürücüsü olduğunu, 2003-cü ildə ordudan tərxis edildiyini deyib: "Daha sonra general Aydəmirovun ailə sürücüsü olmuşam. Həmçinin onun qonşuluğunda yaşamışam, yaxınlığımız olub. 2012-ci ilə telefonuma zəng gəldi. Telefondakı şəxs özünü MTN-nin Hərbi Əks-Kəşfiyyatının idarəsinin əməkdaşı, mayor Ruhlan Cəfərov kimi təqdim etdi, məni idarəyə çağırdı. Mən hərbçi olmadığımı və hansı səbəbdən ora dəvət olunduğumu soruşdum. Lakin o, təkidlə idarəyə gəlməyimi istədi. Bununla bağlı Yaşar Aydəmirova məlumat verdim. O da gedib məsələnin nədən ibarət olduğunu öyrənməyimi istədi. İdarəyə gedərək Ruhlan Cəfərovla görüşdüm. Mənə dedilər ki, saxta sənəd düzəldərək Mahir adlı hərbi qulluqçunun tərxis olunmağını təmin etmişəm. Mən həmin adamı tanımadığımı, saxta sənəd düzəltmədiyimi dedim. Hədə-qorxu gəldi. O, daha sonra məni rəisi Elcan Abdullayevin yanına apardı. Elcan Abdullayev mənə hirsləndi. Otaqdan çıxandan sonra mənə izahat yazdırdılar ki, guya kimdənsə 1000 manat almışam. Dedilər ki, bunu yazırıq ki, iş bağlansın. Sonra Ruhlan Cəfərov Elcan Abdullayevin yanına getdi. Qayıdanda qırmızı qələmlə 150 min yazılmış vərəq gətirdi. Dedi ki, bu pulu gətirməsən, səni Vətənə xəyanətə görə tutub, həbsə göndərəcəyik. Qorxuya düşdüm. Oradan çıxandan sonra məsələ ilə bağlı Yaşar Aydəmirova məlumat verdim. Yaşar müəllim məsələni danışacağını dedi. Lakin bir müddət sonra bildirdi ki, pulu istəyirlərsə alacaqlar. Yaşar Aydəmirov həmin vaxtı Nizami Şirinovla danışa bilmədiyini dedi”.
Zərərçəkən qeyd edib ki, həmin vaxt onu qara avtomobillər izləməyə başlayıb: “Bununla bağlı Yaşar müəllimə məlumat verirdim. Oğlumun toyu günü restoranın foyesində tanımadığım şəxsləri gördüm. Toy zamanı Yaşar müəllimin qaynı qızı yoxa çıxdı, 4-5 saat sonra tapıldı. Bir neçə gün sonra evim yarıldı. Gəlinimin qızılları və başqa əşyalarımız oğurlandı. Mənim qızım bunların ucbatından epilepsiya xəstəliyi tapdı. Qızımdan sonra nəvəm də belə oldu. Oğurluqla bağlı polisə məlumat verdim. İndiyə qədər həmin oğurluğun üstü açılmayıb. Həmin dövrdə dəfələrlə Ruhlan Cəfərov tərəfindən zənglər gəldi. Dost-tanışdan borc yığmağa başladım. Yaşar müəllim də mənə 10 min dollar verdi. Pulun 100 min dollarını düzəldərək Hərbi Əks-Kəşfiyyat İdarəsinə apardım, pulu Ruhlana verdim. Qalan pulu da tələb edirdilər. Yaşar müəllimə məlumat verdim, o da bir neçə gün sonra Elcan Abdullayev və Ruhlan Cəfərovla “Bulaq” restoranında görüşdü. Mən həmin görüşdə qapının ağzında durdum. İçəridəki söhbətlərdən xəbərsiz idim. Çıxanda Yaşar müəllim dedi ki, pulu vermək lazımdır. Bir müddət keçmədi, zəng etdilər ki, pulu verməsən, sənə də, Yaşar Aydəmirova da pis olacaq. Mən birtəhər 27 min dollar taparaq, “Qələbə” kinoteatrının yaxınlığında Ruhlan Cəfərova verdim. Bir həftə sonra 22 min 400, bir neçə gün sonra isə 600 dolları eyni yerdə Ruhlan Cəfərova təqdim etmişəm”.
Sualları cavablandıran zaman R. Ağayev deyib ki, həmin vaxt qorxduğundan hüquq-mühafizə orqanlarına şikayət edə bilməyib: “MTN-də baş verən hadisələrdən sonra məsələ ilə bağlı prokurorluğa getmişəm. Orada başıma gətirilən hadisələrlə bağlı məlumat vermişəm. İstintaq dövründə verdiyim pulun 58 min manatı Ruhlan Cəfərov və digərləri tərəfindən mənə ödənilib. Pulun qalan hissəsini tələb edirəm”.
Proses oktyabrın 14-də davam etdiriləcək.
İttihama görə, təqsirləndirilənlər bu şəxslərdən hədə-qorxu ilə pul tələb edib və rüşvət alıb.
Nizami Şirinovun həmin vəzifədə çalışdığı müddətdə qeyd edilən qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirov ilə mütəşəkkil dəstə tərkibində zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstərilməsi, haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməsinə, xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə almasına, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Nizami Şirinova Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirov həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Cinayət işinin ibtidai istintaqı zamanı vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib, xüsusi müsadirəni təmin etmək məqsədilə məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərə məxsus daşınmaz əmlak üzərinə həbs qoyulub.
Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.(APA)
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək