Şəmkirdə qadın bıçaqla hədələnərək qızıllarını aparan şəxs tutulub
Tarix: 11-12-2021 13:19 | Bölmə: Cəmiyyət
Şəmkirdə qadın bıçaqla hədələnərək qızıllarını aparan şəxs tutulub

Şəmkir Rayon Polis Şöbəsinə rayon ərazisində kirayədə yaşayan Gəncə şəhər sakini A.Zeynalovanın bıçaqla hədələnərək pulunun, 15 000 manat dəyərində qızıl-zinət əşyalarının, mobil telefonunun və pulqabısının alınması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Reyting.az-a verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş S.Misirov müəyyən edilərək paytaxt ərazisində idarə etdiyi “Opel” markalı avtomobillə birgə saxlanılıb.




Bölməyə aid digər xəbərlər