QMİ: “Gələn il Azərbaycandan Həcc ziyarətinin baş tutacağı gözlənilir”
Tarix: 14-12-2021 16:51 | Bölmə: Cəmiyyət
QMİ: “Gələn il Azərbaycandan Həcc ziyarətinin baş tutacağı gözlənilir”

“Gələn il Azərbaycandan Həcc ziyarəti səfərlərinin baş tutacağı gözlənilir”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Nəcəfov deyib.

O bildirib ki, hələlik Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyindən QMİ-yə Həcc ziyarəti barədə məktub daxil olmayıb: “Lakin gələn ilin yanvar ayından sənəd qəbuluna başlanıla bilər”/Report.

Xatırladaq ki, Azərbaycanda rəsmi olaraq Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir.

Qeyd edək ki, son iki ildə koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.




Bölməyə aid digər xəbərlər