Tarix: 07-04-2016 15:52 | Bölmə: Cəmiyyət

Mart ayında nikaha
daxil olmaq istəyən 10 min nəfər tibbi müayinədən keçib. Onların 293 nəfərində
talassemiya daşıyıcılığı aşkar edilib.
Reyting.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında B.Eyvazov adına Elmi-Tədqiqat
Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
O qeyd edib ki, mart ayında nikah üçün tibbi arayışdan keçən 3 nəfərdə QİCS, 35
nəfərdə sifilis xəstəliyi aşkar edilib.
"2015-ci ilin iyun ayının 1-dən bu ilin mart ayınadək kimi nikaha daxil olmaq üçün 117 500 nəfər qan müayinəsindən keçib. Onlardan 6 min 521 nəfərində talassemiya daşıyıcılığı, 74 nəfərdə QİCS, 363 nəfərdə sifilis xəstəliyi aşkar edilib”.
Z.Əlimirzəyeva
vurğulayıb ki, 50 cütlükdə talassemiya daşıyıcılığı aşkarlanıb.
"Bunlardan bizdə olan məlumata görə, yalnız 5-6 cütlük nikahdan imtina
edib, evlənməyib. Qalanları isə evləniblər. Bunlar arasında hamiləlik müşahidə
olunan cütlüklər Mərkəzə müraciət ediblər. Onlar prenetal müayinəyə göndərilib.
Bizdə hələ dəqiq cavab yoxdur. Yalnız 1 nəfərin hamiləliyi öz istəyi ilə uşaq
xəstə olduğundan pozulub. 1 cütlükdə isə uşaq talassemiya daşıyıcılığı
aşkarlanıb və hamiləlik davam edir. Digərləri isə müayinə mərhələsindədir”.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək