15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Erməni saxtakarlığının tarixi mərhələləri
Tarix: 25-02-2022 15:26 | Bölmə: Cəmiyyət

İndiki Ermənistan Respublikası ərazisində azərbaycanlıların tarixən yaşadığı və hazırda adları dəyişdirilmiş minlərlə yaşayış məntəqələri, ləğv edilmiş və dağıdılmış kəndlər, adları dəyişdirilmiş hidronimlər, oronimlər var. Bu proses əsrlər boyunca mərhələli şəkildə aparılıb. Təkcə XX əsrin əvvəllərində Qərbi Azərbaycanda (indiki Ermənistanda) 2310 coğrafi addan 2000-ə qədəri türk mənşəli olub.
Hələ qədim yazılı mənbələr təsdiq edir ki, “erməni” konfessionimi altında tanınan haylar ilk dəfə bu regiona xristian missionerləri kimi gəliblər. Haylar ərəb xilafəti dövründə İslam dinini qəbul edən aborigen türk mənşəli boyların tərk etdikləri ərazilərdə bəzi dini məbədlərə sahib çıxmış, onları kilsəyə çevirərək, elə oradaca saxta tarix yaratmağa başlayıblar. Halbuki istər orta əsrlərə aid yazılı mənbələrdə, istərsə də çar Rusiyasının işğalı dövrünün rəsmi sənədlərində hərbi topoqrafik-xəritələrdə buradakı yer adlarının Azərbaycan türklərinə və bütövlükdə azərbaycanlılara aid olduğu aydın şəkildə göstərilmişdir.
İndiki Ermənistan ərazisində Azərbaycan türkləri yaşayıb
Azərbaycan türklərinin və azərbaycanlıların əcdadları Cənubi Qafqazın, o cümlədən də indi Ermənistan Respublikası adlanan dövlətin qədim sakinləri olan aborigen əhalisi idi. Bu faktı əsaslı şəkildə təsdiqləyən amillərdən biri də coğrafi adlardır. Hazırda “Ermənistan Respublikası” kimi təqdim edilən ərazi müxtəlif dövrlərdə Urartu, Sasani, ərəb xilafəti, Sacilər, Salarilər, Şəddadilər, Rəvvadilər, Səlcuqilər, Eldənizlər, İlxanilər, Teymurilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar, Osman dövlətlərinin və çar Rusiyasının tərkibinə daxil olub. Tarixdə ilk müstəqil erməni dövləti isə yalnız 1918-ci ildə Azərbaycan torpağında – İrəvan xanlığının ərazisində yaradılıb. Orda yaşayan azərbaycanlılar XIX əsrdən etibarən çar Rusiyasının xristianlaşdırma siyasəti və sovet hakimiyyətinin milli ayrı-seçkilik siyasəti nəticəsində - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1991-ci illərdə öz tarixi etnik torpaqlarından zorən, silah gücün deportasiya olunublar.

Tarixi mənbələrə əsasən, indiki Ermənistan Respublikasının ərazisində yaşamış qədim türk tayfalarından biri kimmerlər (b.e.ə. 722-705) olmuşlar. Bu isə Urartu çarı I Rusanın dövrünə təsadüf edir. İrəvan yaxınlığında Qəmərli rayonunu (1945-ci ildə Artaşata çevrilib), eləcə də Qəmərli kəndinin (1946-cı ildə Medzamor) adı etnonim olaraq həmin tayfanın adını özündə əks etdirir. Yeri gəlmişkən, Gümrü şəhərinin adı da kimmerlərlə bağlıdır.
“Kitabi-Dədə Qorqud”da əks olunan sübutlar
Qədim türk eposunun – “Kitabi-Dədə Qorqud” dastanının coğrafi mühiti, həm də Qərbi Azərbaycanla sıx şəkildə bağlıdır. “Oğuznamə”lərdə və “Kitabi-Dədə Qorqud” dastanında adı çəkilən yüzlərlə yer-yurd adı Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində mövcud olmuşdur. Dastanda adı çəkilən Alagez (Alagöz/Ələyəz), Şirokuz (Şirək oğuzları eli, Şörəyel), Bayındır, Altuntaxt, Cızıqlar, Ağlağan, Gökcə dəngiz (Göyçə gölü) və s. oğuzların doğma yurdları olmuşdur. “Kitabi-Dədə Qorqud” dastanından məlum olur ki, Göyçə gölü hövzəsi oğuzların xanı Qazan xanın hökm etdiyi ərazilərdən biri idi. Bayandurlu Həsən padşahın əmri ilə Əbu Bəkr Tehraninin oğuz boylarının tarixi haqqında yazdığı “Kitabi-Diyarbəkriyyə” əsərində oğuz xanı Göyçə yaylaqlarından yaşamasından və burada da vəfat edərək dəfn olunmasından bəhs edir. VII əsrin ortalarından etibarən regionda İslam dini yayılmış və indiki Ermənistan ərazisində yaşayan oğuz boyları bu inancı qəbul etmişlər. burdakı qıpçaq tayfalarının bir qismi isə xristian etiqadında qalmışdır.
Qərbi Azərbaycan indi Ermənistan Respublikası ərazisinə yaşamış məntəqələrinin adını əks etdirən və günümüzə gələn çatan ilk siyahılar Osmanlı-Səfəvi dövlətlər arasında gedən hərbi-siyasi qarşıdurmalardan sonra tərtib edilib. Çuxur-Səəd bəylər bəyliyinin ərazisində 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə və 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə müasir Ermənistanın türk mənşəli geniş şəkildə dəqiqlikdə əks olunub.
1763-1782-ci illərdə Eçmiədzin katolikosu olmuş Simon Yerevansinin “Cambr” əsərində də İrəvan xanlığının ərazisindəki türkmənşəli coğrafi adlarla bağlı kifayət qədər məlumat verilir.
1827-ci ildə Rusiya qoşunları Naxçıvan və İrəvanı işğal etdikdən sonra 1828-ci il fevralın 10-da imzalanan Türkmənçay müqaviləsində əsasən İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirildi. Martın 21-də isə Çar I Nikolayın əmri ilə bu xanlıqları birləşdirən ərazisi erməni vilayəti yaradıldı. İrəvan xanlığının 15 mahalı erməni vilayətinin tərkibinə daxil edilmişdi. Bu vilayətin ərazisindəki 1111 kənddən yalnız 62-də ermənilər yaşayırdı ki, onların da yalnız 14-nün adı erməni mənşəli idi.
İlk ad dəyişdirmə 1801-ci ildə baş verib. Addəyişmənin I dövründə türk mənşəli adlar rus mənşəli toponimlərlə əvəz edilib. Bu da ərazinin Rusiya tərəfindən işğalı və oraya rusların kütləvi şəkildə köçürülməsi ilə bağlıdır. İlk dəyişdirilən ad Cəlaloğlu rayonundakı (Stepanovan rayonu), Qaraməhəmməd kəndinin adının dəyişdirilib Aleksandrovka qoyulması ilə başlayıb.
Əsrimizə gəlib çıxan cinayətlər
Tarixçi alim, akademik Yaqub Mahmudovun sözlərinə görə, ilk mənbələr, o cümlədən arxiv sənədləri indiki Ermənistanda azərbaycanlılara məxsus yaşayış məntəqələrinin adlarının və digər toponimlərin dəyişdirilməsi prosesinə ilk dəfə 1919-cu ildə - Azərbaycan ərazisində erməni dövləti yaradıldıqdan (1918) dərhal sonra Ermənistan Respublikası hökumətinin qərarı ilə başlanıldığını sübut edir.
1918-1920-ci illərdə dəyişdirilən indiki Ermənistan ərazisindəki türk mənşəli adlar: Molla Dursun - Şaumyan (Eçmiədzin), Yuxarı Ağdam - Qanzakar (İcevan), Tamamlı - Burastan (Artaşat) və s. göstərmək olar.
1919-cu ilin dekabrında Ermənistan hökumətinin qərarı ilə daxili işlər nazirliyinin nəzdində kəndlərin, şəhərlərin, çayların və dağların adlarının dəyişdirilməsi üçün xüsusi komissiya yaradılmışdı.
SSRİ dövründə toponimlərin dəyişdirilməsi
Ermənistan SSR-də toponimlərin dəyişdirilməsi prosesi o dövrdə SSRİ imperiyasında baş verən daxili siyasi proseslərlə sıx əlaqəli idi. 1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra da Azərbaycan toponimlərinin erməniləşdirilməsi prosesi davam etdirilib. 1935-ci ilədək Ermənistanda 200-ə yaxın yaşayış məntəqəsinin adları dəyişdirilib. 1935-ci ildən etibarən isə yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları əsasında həyata keçirilib.
1924-1930 illər ərzində Ermənistanda 80 toponim dəyişdirilmişdir. Toponimlərin dəyişdirilməsinə səbəb kimi 3 yanvar 1935-ci ildə Ermənistan SSR-nin rəsmi qərarı göstərilirdi. Rəsmi qərarda deyilirdi ki, Ermənistandakı yer adları dini məna daşıdığı, keçmişin feodal ünsürlərini özündə əks etdirdiyinə görə dəyişdirilməlidir. Əsl səbəb isə gizlədilirdi. Bu gün hər kəsə aydındır ki, Ermənistandakı Türk toponimlərinin dəyişdirilməsinə əsas səbəb bu adların Türk mənşəli olmasıdır və bu da indiki Ermənistanda etnik əhalinin Azərbaycanlılar olduğunu sübut edən əsas dəlildir. Ermənistanda toponimlərin çoxu iki və ya daha artıq ərazidə təkrarlanırdılar.
1935-ci il yanvarın 3-dən isə bu iş yenidən başlamış və Ermənistan SSRİ Ali Soveti Rəyasət Heyəti ilk fərmanı imzalamışdır və ilk fərmanla 29 rayonda 72 türk toponimi dəyişdirilərək mənəvi soyqırım qurbanı olmuşdur. Qızıl kilsə – Karmiravan (Qukasyan), Böyük kəpənək - Musaelyan (Axuryan), Künən – Getaşen (İcevan), Boğaz kəsən – Dzorakan (Ani), İtquan – Gülüstan (Əzizbəyov) və s.
Toponimlərin dəyişdirilməsi prosesi II Dünya Müharibəsindən sonra (1946-1950), daha da sürətləndi. Buna əsas səbəb 1946-1948-ci illərdə Yaxın Şərqdən, Şərqi Avropa və Amerikadan Ermənistana köçən ermənilərin sayının artması idi. Bu illər ərzində təqribən 90000 erməni Qərbi Azərbaycana köçürülüb. Toponimlərin dəyişdirilməsinin digər səbəbi Ermənistan ərazisindən azərbaycanlıların kütləvi şəkildə deportasiyası idi.
SSRİ Nazirlər Şurasının 10 mart 1948-ci ildə təsdiq etdiyi № 745 nömrəli qərarında azərbaycanlıların Ermənistan SSR-dan Azərbaycanın Kür-Araz ərazisinə köçürülməsi göstərilirdi. Bu qərara əsasən 1948-ci ildə 10000, 1949-cu ildə 40000, 1950-ci ildə 50000 azərbaycanlı Ermənistandan köçürüldü.
Erməni vandalları keçmiş İrəvan xanlığının torpaqlarında, o cümlədən İrəvan şəhərində Azərbaycan xalqına məxsus 300-dən çox məscidi yerlə yeksan ediblər. bu vandalizm aktları işğal dövründə də davam etdirilib. Qarabağda işğal altında qalan məscidlərimiz və digər tarixi abidələrimiz məhv edilib, bəzi məscidlərimizdə isə donuz saxlanılıb.
1988-ci ilin avqust ayınadək indiki Ermənistan ərazisində 521 Azərbaycan yaşayış məskəninin adları dəyişdirilib. 1988-1989-cu illərdə Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçirildikdən sonra Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin 1991-ci il 9 aprel tarixli fərmanı ilə 90 yaşayış məntəqəsinin, 1991-ci il 8 avqust tarixli fərmanı ilə 16 yaşayış məntəqəsinin, Ermənistan parlamentinin 2006-cı il 4 iyul tarixli qərarı ilə isə əvvəllər azərbaycanlılara məxsus olmuş 31 yaşayış məntəqəsinin adları dəyişdirilərək erməniləşdirilib.
Ermənistan ərazisində çay, göl və dağ adlarının dəyişdirilməsi prosesi sovet hakimiyyəti illərində mütəmadi olaraq davam etdirilib. Məsələn, Göycə gölü “Sevan”, Zəngi ayı “Hrazdan”, Arpaçay “Axuryan”, Ələyəz dağı “Araqats”, İşıxlı dağı “İşxanasar”, Ağbaba dağı “Qukasyan”, Dərəçiçək yaylağı “Tsaxkadzor” adlandırılıb. Bundan başqa, uzun tarixi dövr ərzində “Valarşahabad” kimi işlənən toponim erməni ədəbiyyatında təhrif olunaraq “Vağarşabad” formasına salınıb. Erməni dilində heç bir izahı olmayan “Valarşahabad” toponimi Arşakilər sülaləsindən olan Sanatürkün oğlu Valar şahın adı ilə bağlıdır.
Azərbaycan toponimlərinin erməniləşdirilməsi aşağıdakı qaydada həyata keçirilib:
1) Azərbaycanlıların soykökü, onların tarixi keçmişi ilə bağlı olan yaşayış məskənlərinin adlarının dəyişdirilməsinə xüsusi diqqət yetirilib. Məsələn, Bayandur - Vağadur, Sərdarabad - Hoktember və s.
2) Bir çox yaşayış məskənlərinin adları ermənicəyə hərfi tərcümə edilib. Məsələn, Daşqala - Karaberd, Dərəçiçək - Tsaxkadzor və s.
3) Bəzi yaşayış məskənlərinin adları “beynəlmiləlçilik” pərdəsi altında dəyişdirilib. Məsələn, Sultanabad - Şurabad, Aşağı Necili - Sayat Nova və s.
4) Yaşayış məskənlərinin adlarının bir qismi isə cüzi dəyişikliklə, ona oxşar, lakin erməniləşdirilmiş adla əvəz edilib. Məsələn, Ələyəz - Araqats, Gabud - Kapuyt və s.
5) “Yuxarı”, “Aşağı”, “Böyük”, “Kiçik” sözləri ilə başlanan Azərbaycan yaşayış məntəqələrinin adlarında bu sözlər ermənicə, yəni müvafiq olaraq “Verin”, “Nerkin”, “Mets”, “Pokr” şəklində verilib. Bununla elə təəssürat yaratmağa çalışmışlar ki, guya dəyişdirilən adlar erməni mənşəlidir. Məsələn, Nerkin Zeyvə - Hartaşen, Mets Kəpənəkçi - Musaelyan və s.
İrəvan necə Yerevana çevrildi?
Akademik vurğulayıb ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin adı indiyədək iki dəfə dəyişdirilib. Birinci dəfə çar Rusiyasının işğalından sonra 1828-ci ildə Erivan (Эривань), ikinci dəfə isə 1936-cı ildə ermənilər tərəfindən dəyişdirilərək Yerevan (Ереван) adlandırılıb. Erməni tarixçiləri hazırda Yerevan adlandırdıqları şəhərin adını Urartu çarı I Argiştinin dövründə - eradan əvvəl 782-ci ildə salınmış Erebuni (İrpuni) qalasının adı ilə bağlamağa çalışırlar. Erebuni qalası yalnız hərbi istehkam məqsədilə inşa edilib və onun ətrafında heç vaxt şəhər infrastrukturu formalaşmayıb. Urartuluların ermənilərə heç bir aidiyyəti olmadığı kimi, qədim Erebuni qalasının da indiki İrəvan şəhəri ilə nə məkan, nə də tarixi baxımdan heç bir əlaqəsi olmayıb.

Erməni təcavüzkarları keçmiş İrəvan xanlığının ərazisində, Zəngəzurda və başqa yerlərdə olduğu kimi işğal etdikləri Qarabağdakı Azərbaycan toponimlərini də erməniləşdirirlər. Qondarma “Dağlıq Qarabağ Respublikası” (“DQR”) Ali Soveti Rəyasət Heyətinin qərarlarına əsasən, işğal olunmuş ərazilərdə yeni inzibati-ərazi vahidləri yaradılır və “tarixi adların qaytarılması” adı altında toponimlər dəyişdirilir. Qondarma “DQR”in Ali Sovetinin 1993-cü il 2 dekabr tarixli qərarına əsasən, işğal olunmuş Laçın, Qubadlı və Zəngilan rayonlarını əhatə edən Kaşatağ rayonu yaradılıb və rayon mərkəzi kimi, Laçın şəhərinin adı dəyişdirilərək “Berdzor” adlandırılıb. İndiyədək qondarma “DQR” parlamentinin qərarları ilə 120-dən çox azərbaycanlı yaşayış məntəqəsinin adları dəyişdirilib. Ağdam şəhəri “Akn”, Füzuli şəhəri “Varanda”, Zəngilan şəhəri “Kovsakan”, Qubadlı şəhəri “Sanasar”, Kəlbəcər şəhəri “Karvacar”, Cəbrayıl şəhəri “Crakan” adlandırılıb. Dünyanın gözü qarşısında soyqırıma məruz qoyulan Xocalı şəhəri isə onun işğal planını hazırlayan general X.İvanyanın adı ilə “İvanyan” adlandırılıb.
Maraqlısı odur ki, ermənilərin özləri də etiraf edirlər. Əslən erməni olan araşdırmaçı Husik Ghulyan son 20 ildə Ermənistanda dəyişdirilən coğrafi adlar barədə araşdırma edib. Tədqiqatçının araşdırmasına görə, 20 il ərzində 8900-dan çox coğrafi yer adı dəyişdirilərək erməni adlarla əvəz olunublar. Dəyişdirilən adların əksəriyyəti türk, kürd, rus və fars adlarıdır.
Qeyd: Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır. Məqalənin məzmunu İnsan Hüquqları üzrə Monitorinq və Maarifləndirmə Mərkəzi İctimai Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək