Tarix: 13-04-2016 19:18 | Bölmə: Cəmiyyət / Xəbərlər

"Azərbaycanda çox təəssüflər olsun ki, son illər əxlaqsızlıq yuvaları baş alıb gedir”.
Bu sözləri Ombudsman Elmira Süleymanova Milli Məclisdə bu gün təşkil olunmuş "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz" adlı tədbirdə çıxışı zamanı deyib.
Elmira Süleymanovanın sözlərinə görə, ailə-məişət zorakılıqlarının, boşanmaların kökündə dayanan ciddi problemlərdən biri də əxlaqsızlıq yuvalarının artmasıdır: "Bu, çox ciddi problemdir və hər birimizdə də çox ciddi təəssüf hissi doğurur".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə Omdudsmanın bu fikirləri ilə razılaşmayıb: "Elmira xanım, bu fikirlərinizlə insanların ürəyinə qorxu saldınız. Düzdür, bizdə əxlaqsızlıq yuvaları var və bunlar dünyanın hər yerində mövcuddur, amma bu, o qədər də çox deyil. Həm də müvafiq nazirliklərimiz, eləcə də komitəmiz bunlara qarşı çox ciddi mübarizə aparır".
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək