15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi hansı “prinsip”lə işləyir? - Şikayət
Tarix: 06-12-2022 13:00 | Bölmə: Cəmiyyət

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi bəzən sifarişə, bəzən maddi marağa, bəzən isə təcrübəsiz kadrların qeyri-peşəkar rəyinə görə istənilən an ƏDALƏT TƏRƏZİSİnin gözünü nəinki əyər, hətta vurub çıxarar da.
Reyting.az-ın məlumatına görə, hətta elə anlar var ki, bu birliyin verdiyi yazılı rəylər məhkəmələrdə öz iştirakları ilə keçirilən proseslərdə elə özləri tərəfindən təkzib edilir. Lakin bu, onlara növbəti “ekspert rəyləri”ndə ədalətli və dürüst davranmağa ibrət olmur. Əksinə, əzbərlədikləri bir neçə cümləlik bənd var, onu rəyə əlavə edir, daha sonra isə kələfin ucunu itirərək, həmin cümlələri də rəyin növbəti bəndlərində ya təhrif, ya da təkzib edirlər.
Belə bir fakt 18 may 2020-ci ildə birliyin Bakı şöbəsinin rəis əvəzi Günay Hacıyeva, “German Hospital”ın mama ginekoloqu Kamal Məmmədov, Kliniki Tibbi Mərkəzin anestezioloq-reanimatoloqu Elxan Məmmədov və məhkəmə tibbi eksperti Adil Əzimovun “MedAura” klinikasında Pərvanə Ağayevanın ölüm işi üzrə verdikləri “Rəy”də özünü göstərib.
Məhkəmə prosesi və hökmlərdən aydın olur ki, həmin ölüm işi üzrə Nəsimi rayon Məhkəməsində, həmçinin Bakı Apellyasiya Məhkəməsində aparlan araşdırmalarda bu şəxslərin verdikləri “Rəy”in böyük bölümü təsdiqlənməyib. Hətta təəccüblü olsa da, prosesə dəvət olunan və elə həmin “Rəy”ə imza atan ekspertlərdən ikisi səhv rəy verdiklərini açıq etiraf edirlər.
Mövcud sənədlərə görə, Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə adıçəkilən xanımın ölümünün birbaşa həkim-anstezioloqun xəstəyə vurduğu ümumi narkoz - Propofol dərman preparatı olması növbəti dəfə təsdiq edilib.
Halbuki, bu, prosesə qədər həm də meyitin ilkin müayinəsində də sübut olunub. Üstəlik, yuxarıda adıçəkilən “ekspertlər”in bir-birini təkzib edən, yaxud hətta tabe olduqları Səhiyyə nazirinin əmrinin belə təhrif olunduğu “Rəyi”ndə də ölüm faktı birbaşa narkozla əlaqələndirilib.
Ancaq prokurorluğun istintaq dövründə adıçəkilən birliyə göndərişi əsasında hazırlanan Rəydə həmin xəstəni əməliyyat etməyən həkim ginekoloq Nailə Əzizova mama-ginekoloq kimi cərrahiyyə əməliyyatına cavabdeh kimi göstərilir. Ancaq çox maraqlıdır ki, elə bu rəyin sonrakı bəndində Səhiyyə nazirinin 19.09.212-ci ildə təsdiqlənmiş “Tibb müəssisələrinin rəhbərinin nümunəvi (Baş direktor, direktor, baş həkim, rəisi) vəzifə Təlimatı”nda əməliyyat otağındakı bütün cihaz, avadanlıq, alət və mexanizmlərə CƏRRAHın deyil, məhz 70 saylı əmrdə göstərildiyi kimi Baş direktor, direktor, baş həkim, rəisin cavabdeh olduqları açıq mətnlə yazılıb. Yəni, cərahiyyə otağı ilə bağlı məsuliyyət zonası aydın formada açıqlanıb.
Bundan başqa, iş sənədlərində xəstənin bütün müayinələrdən keçirildiyi və bunun müayinə ödənişləri ilə sübut olunduğu faktı da açıq olsa da, nədənsə bu “ekspertlər” işin içində olan bu detalı da görməzdən gəliblər.
Bundan əlavə, “Ekspertlər”in Rəydə istinad etdiyi Səhiyyə Nazirliyinin elə qeyd olunan 70 saylı əmrində çox dəqiq formada yazılıb ki, həkim anestezioloq bütün müayinələrdən keçməyən xəstənin əməliyyata icazə verə və ona narkoz vura bilməz. Bu qanun və təlimatlar birinci və ikinci inistanisya məhkəmələrində keçirilən iclaslarda həm ekspert, həm şahidlər, həm də rəsmi qurumlardan alınan rəsmi sorğularla təsdiqlənib. Təkrar edirik, məhkəmə proseslərində yuxarıda adıçəkilən ekspertlərin qeyri-dəqiq rəyi, həm vəsatət əsasında prosesə dəvət olunan peşəkar mütəxəssislər, həm də elə iclasa çağırılan Birliyin iki ekspertinin özləri tərəfindən də təkzib olunub. Nəticədə həkim Nailə Əzizova hər iki məhkəmənin, yəni Nəsimi rayon Məhkəməsi ilə Bakı Apellyasiya Məhkəməsinin hökmləri ilə bəraət alıb.
Maraqlıdır, Ali Məhkəmə həm ağır cəza alan narkoz verən anestozloqun, həm də vəfat edən şəxsin varisinin şikayəti əsasında işin daha ətraflı araşdırılması üçün yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.
Diqqətçəkən nüans budur ki, yenə də Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin “ekspertləri” təkar Rəydə də bəzi detallar üzrə istər nazirin müvafiq əmrini, istər mövcud təlimatları, istərsə də nazirliyin sorğu əsasındakı rəsmi cavablarına zidd fikirlər yazıblar. Halbuki, 6 aya yaxındır Bakı Apellyasiya Məhkəməsinədə davam edən prosesə hakim Ramin Qaraqurbanlı məşhur cərrah, Tibb Universitetinin cərrahiyyə klinikasının şöbə müdiri, professor Elçin Ağayev və məşhur ginekoloq, professor Natavan Axundova ekspert kimi məhkəməyə dəvət edib.
Hər iki professor həm ifadələrində, həm də sual-cavabda xəstənin ölümündə Nailə Əzizovanın cərrah və həkim kimi hər hansı kiçik bir səhvinin belə olmadığını deyərək, ölüm işinin onun məsuliyyət zonasından uzaq olduğunu təsdiq ediblər.
Lakin qeyd etdiyimiz kimi, hakim Ramin Qaraqurbanlı tərəfindən Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə bu ilin okryabr aıyında göndərilən növbəti ekspetiza göndərişi əsasında yenə də natamam rəy ortaya çıxıb.
Belə ki, ancaq istintaqın təxminən 3 il əvvəl birtərəfli apardığı materiallara istinad edən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nəsimi rayon şöbəsinin Samir Cəfərov, Kliniki Tibbi Mərkəzin mama-ginekoloqu Minurə Kazımova, həmçinin həmin mərkəzin anestezioloqu Mehriban Rəşidova və məhkəmə tibbi eksperti Cəlal Hüseynzadə nəinki gerçəklikləri, həmçinin Səhiyyə nazirinin yazılı əmr və təlimatlarını ayaqlar altına atıblar.
Mövcud sənədlərdən aydın olur ki, bu “ekspert”lərin imzaladığı qondarma rəydə bəzi rəsmi əmr və təlimatların bənd və tələbləri təhrif olunub. Belə ki, bu günlərdə məhkəməyə göndərilən yeni “Rəy”də Səhiyyə Nazirliyinin 19.09.2012-ci il əmrinə əsaslanaraq, Nalə Əzizovanın guya cərrahiyə otağındakı bütün cihaz və avadanlıqlara məsul olduğu yazılıb. Halbuki, bunu elə olmadığı elə yuxarıda qeyd olunan əmrdə qeyd olunub. Digər yandan, maraqlıdır ki, bu “ekspert”lər elə Rəyin 5-ci bəndində süni nəfəs aparatının ginekoloqun məsuliyyət zonasına daxil olmadığını qeyd edir. Ardınca isə idda ediblər ki, guya xəstəyə göstərilən qüsurlu tibbi xidmətlə əlaqədar Səhiyyə Nazirliyinin 70 saylı əmrinin, yəni mama-ginekoloqun nümunəvi vəzifə təlimatı üzrə 6,7, 13, 14 və 50.1-ci bəndləri pozulub. Yəni Nailə Əzizova guya cərahiyə otağında olan və ya olmayan hər avadanlığa cavabdehdir. Hansı ki, cərrah hər hansı avadanlığa deyil, yalnız özünə, öz sahəsinə aid olanlara cavabdeh ola bilər. Onu da əgər əməliyyata başlayarsa. N.Əzizova isə əməliyyata başlamamış xəstə narkozdan vəfat edib. Bu da meyitin müayinəsi və sənədlərlə sübut olunub...
İkinci və ən əsası, Rəyin digər bəndində “Tibb müəssisələrinin rəhbərinin nümunəvi (Baş direktor, direktor, baş həkim, rəisi) vəzifə Təlimatı”na əsaslanaraq, əməliyyat otağındakı bütün cihaz, avadanlıq, alət və mexanizmlərə cərrahın deyil, məhz əmrdə göstərildiyi kimi Baş direktor, direktor, baş həkim, rəisin cavabdeh olduqlarını yazıblar.
Görürsünüzmü bir-birinin tam tərsi olan “rəy” necə yazılıb?
Bu azmış kimi, birliyin “ekspertləri” iş materiallarına əlavə olunan müayinə qəbzləri və digər ifadələrə əhəmiyyət vermədən “xəstənin EKQ və rentgenoskopiya müayinləri olmadan əməliyyatın başlanması yolverilməzdir” ifadəsini qeyd edərək, burada da həkim-ginekoloq kimi Nailə Əzizovanı səhlənkarlıqda ittiham etməyə cəhd ediblər.
Əvvəla, həm birinci, həm də ikinci məhkəmə instansiyalarına təqdim olunan və işə əlavə olunan sənədlərə görə, xəstə hər iki müayinədək keçirilib. İkincisi, meyitin ekspertizası barədə rəydə də aydın yazılıb ki, xəstə ümumiyyətlə, əməliyyat olunmayıb. Yəni mama-ginekoloq Nalə Əzizovanın bu iki məsələdə adının hallanması həm qanunlara, həm də ortada olan rəsmi sənədlərə görə qətiyyən mümkün deyil. Üçüncüsü, ansestozloqlar barədə nazirliyin mövcud əmr və təlimatlarında da aydın yazılır ki, xəstə tam müayinədən keçməmiş o, əməliyyata hazırlana və narkoz vurula bilməz.
Bu və ya digər məqamları nəzərə alan həkim ginekoloq Nailə Əzizova Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident, Mehriban xanım Əliyevaya, Səhiyyə naziri Teymur Musayevə müraciət edib.
Azərbaycanda təcrübəli həkmlərin çatışmazlığına diqqət çəkən Nailə Əzizova Tibb Universitetini fərqlənmə ilə bitirdiyini, xaricdə sahəsinə uyğun kurs və konfranslarda dəfələrlə iştirak etdiyini, 25 illik həkim-cərrah kimi peşəkar təcrübəsi olduğunu xüsusi vurğulayaraq, 3 ilə yaxındır “məhkəmə ekspertləri”nin qərəzli rəyinə əsasən, məhkəmələrdə əsassız süründürüldüyünü deyir: “Cənah prezident, hörmətli Mehriban xanım, 3 ilə yaxındır yuxarıda qeyd edilən ölüm işi ilə bağlı çoxsaylı məhkəmə iclasları keçirilib. Başa çatan iki məhkəmə instansiyasında – Nəsimi rayon və Bakı Apellyasiya məhkəmələrində günahsızlığım tam sübut olunmaqla bəraət almışam.
Baxmayaraq ki, ilk məhkəmə prosesində də məhkəmə ekspertizası işi ətraflı araşdırmadan tamamilə qərəzli və qeyri-obyektiv rəy vermişdi. Lakin məhkəmə araşdırması zamanı ortaya çıxan təkzibolunmaz dəlillər, o cümlədən, məhkəmə ekspert rəyinə imza atanlardan ikisinin iclasda sual-cavab zamanı yanlış rəy verdiklərini etiraf etməsindən sonra mənə bəraət verilib. Eyni hallar Bakı Apellyasiya Məhkəməsində də geniş araşdırmada təkrarlanıb. Yəni, mənim günahsızlığöım tam sübut olunub.
Buna baxmayaraq, Ali Məhkəmə işi yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.
Hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən iclaslara Səhiyyə Nazirliyinə verilən vəsatət əsasında professorlar – Elçin Ağayevlə Natavan Axundova ekspert kimi dəvət olunublar. Həmin professorlar həm işin halları, həm də suallar zamanı mənim həkim kimi tam günahsız olduğumu ifadələri ilə təsdiqləyiblər.
Hakim Ramin Qaraqurbanlı işin tam bə hərtərəfli araşdırılması məqsdəiylə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə də göndəriş vermişdi. Bu sorğuya bu qurumun əməkdaşları əvvəlki “ekspert”lərin yazdıqlarını köçürməklə bu günlərdə cavab veriblər. Bu qədər absurdluq olarmı? Belə mötəbər quruma ekspert kimi işə qəbul olunan bu adamlar heçmi oxumayıb, heçmi öz üzərlərində çalışmayıblar? Bəlkə əvvəlki ekspert yoldaşlarının qondarma rəyini yalan çıxarmağa üzləri gəlməyib? Bütün hallarda, belə qondarma oyun və ya savadsız, qərəzli rəylə başqasının taleyi ilə oynadıqlarının fərqində deyillərmi?
Möhrətəm prezident, əgər mənim azca günahım olsaydı, iclsa dəvət olunan professorlar, hətta elə bu birliyin iki əməkdaşı müsbət ifadə, iki məhkəmə hakimi heyəti isə barəmdə bəraət verməzdilər.
İndi mən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nəsimi rayon şöbəsinin Samir Cəfərov, Kliniki Tibbi Mərkəzin mama-ginekoloqu Minurə Kazımova, həmçinin həmin mərkəzin anestezioloqu Mehriban Rəşidova və məhkəmə tibbi eksperti Cəlal Hüseynzadədən soruşuram: siz bəyəm professor Elçin Ağayevdən, Natavan Axundovadan çoxmu bilirsiz? Yoxsa özünüzü bu alimlərdən savadlımı sayırsınız? Yaxud Səhiyyə Nazirliyinin 70 saylı əmrini doğurdanmı diqqətlə oxumayıbsız?
Möhtərəm prezident, çox hörmətli Mehriban xanım, təcrübəli bir həkim kimi sizə müraciət edir, çox xahiş edirəm, qeyd edilən bu birliyin “ekspertləri”nin fəaliyyətini nəzarətə götürüb, onlar barəsində xüsusi araşdırmanın aparılmasına göstəriş verəsiniz”.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək