Azərbaycan kanallarının ilkin reytinqi açıqlanıb
Tarix: 26-12-2022 11:39 | Bölmə: Cəmiyyət
Azərbaycan kanallarının ilkin reytinqi açıqlanıb

Azərbaycan kanallarının ilkin reytinqi bəlli olub.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Audiovizual Şuranın sədri İsmət Səttarov 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

İ. Səttarov deyib ki, ötən həftə yerli kanalları 5 milyon 251 min adam izləyib.

Onun sözlərinə görə, ortalama izləmə müddəti 4 saat olub.

Türk kanallarına isə 3 milyon 500 min adam baxıb. Onların ortalama baxışı 2 saat olub.

Rusiya kanallarına baxış sayına gəldikdə, İ. Səttarov bunun 1 milyon 550 min olduğunu diqqətə çatdırıb: “Ortalama baxış müddəti 30 dəqiqədir”.

25 faiz əhali isə digər platformaları izləyib.

Şura sədrinin sözlərinə görə, bəzən sosial şəbəkələrdə belə fikirlər səsləndirilir ki, yerli kanallara baxan yoxdur: "Amma iri reklam televiziyalardadır. Bu iki məsələ üst-üstə düşmürdü. Gələn ilin əvvəlindən kanalların reytinqi Şuranın saytında elan olunacaq. İstənilən şəxs oradan hansı kanalların daha çox izlənildiyinə baxa biləcək. Burada geniş data məlumatı olacaq".




Bölməyə aid digər xəbərlər