15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Ukraynadan qaçan Oleq Bakinski… - Media sensasiyalı foto paylaşıb
Tarix: 10-01-2023 14:38 | Bölmə: Cəmiyyət

Ukraynanın bir neçə media qurumu kriminal aləmdə “Oleq Bakinski” kimi tanınan Oleq Krapivin haqda sensasiya sayıla biləcək material dərc edib.
Reyting.az axar.az-a istinadla xəbər verir ki, ən maraqlı məqam bu materialların Oleq Bakinskinin saxlanılmasını əks etdirən foto ilə dərcidir. Belə ki, yalnız kriminal avtoritetlər (qanuni oğrular) bu cür yaxalanır.
Oleq Bakinski haqda Ukrayna mediasının eyni vaxtda bu cür material tirajlaması olduca düşündürücüdür: o, kimdir, Azərbaycan diasporu ilə Oleq Bakinskini nə bağlayır və niyə o, "vurulur"?
Əvvəlcə, Oleq Bakinski haqda
Oleq Krapivin 1960-cı il sentyabrın 29-da Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1966-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Bakıxanov qəsəbəsindəki idman təmayüllü internat məktəbində oxuyub. Sərbəst güləş üzrə ondördqat (!) Azərbaycan çempionudur.
2007-ci ildə o, Türkiyənin İstanbul şəhərində veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə dünya çempionu adını qazanıb.
1989-cu ildən Kiyev şəhərində yaşayır(dı). 4 övladı var.
Krapivin zəngin adamdır. Kiyevdə çoxsaylı ticarət mərkəzləri, mülki mövcuddur. “Forbes”in məlumatına görə, Ukraynanın 100 ən varlı adamı siyahısında 84 milyon dollar varidatla 98-ci yerdədir.
Oleq Bakinski və Azərbaycan diasporu
Oleq Bakinski haqda olduqca ziddiyyətli məlumatlar var: kriminal avtoritet, “qanuni oğru” kimi adı hallanır, sifarişli qətllərdə adı keçir və s. Buna baxmayaraq müsbət ictimai fəaliyyəti haqda bir çox faktlar var.
Onun bir neçə ildir Ukraynadakı Azərbaycan diasporuna ciddi dəstək verdiyi bildirilir. O, diaspor fəaliyyətinə necə başlayıb, nə vaxtdan Azərbaycanın maraqlarının müdafiəsi ilə məşğuldur, - bu barədə dəqiq məlumat yoxdur. Ancaq onun diasporumuza dəstəyi mübahisə predmeti olmayıb. O ayrı məsələ ki, bundan hansısa məqsədlər üçün istifadə edib, ya yox...
Krapivin Azərbaycan mediasında son bir ildə, xüsusilə 2020-ci ilin ikinci yarısından sonra bir neçə dəfə gündəmə gəlib. Krapivin kriminal avtoritet olması ilə bağlı yerli medianin sualına isə birmənalı cavab verməyib: “Mən öz avtoritetimdən Ukraynada yaşayan azərbaycanlıların müdafiəsi naminə istifadə etmişəm və edəcəm də. Bu, mənim bir azərbaycanlı, şamaxılı kimi borcumdur”.
Bu cavab hansı mənada yozulmalıdır? Niyə məhz onun adı kriminal hadisələrdə hallanır? Və niyə Oleq Krapivin kimi yox, məhz Oleq Bakinski kimi məşhurdur? Mənsub olduğu şəhərin adı ilə adlanmaq kriminal aləmdə az qala “standart qaydadır”...
Beləliklə, Oleq Bakinski haqda Ukrayna mediasının yaydığı məqaləni qısa ixtisarla təqdim edirik:
“26 iyun 2022-ci ildə rəsmi Kiyev Oleq Krapivinə Ukraynada yaşamağı qadağan edir, yaşayış iznini ləğv edir, həmçinin onun hər hansı formada Ukrayna ərazisinə girişinə qadağa qoyur. Bunun səbəbləri kifayət qədər ağır idi - işğalçılarla əməkdaşlıq və şəriklik şübhəsi, Kadırovun Ukraynadakı quldur dəstələri ilə əlaqə və Zaporojye vilayətində humanitar yüklərin bir hissəsinin onlara ötürülməsi ehtimalı.
Qəsb və quldurluq
Kriminal dairələrdə Oleq Krapivin “Oleq Bakinski” kimi tanınır. O, 90-cı illərdə Kiyevdə fəaliyyət göstərən “Avdışa” və “Juravli” mütəşəkkil cinayətkar qruplaşmaları ilə bağlıdır.
Krapivin mütəmadi olaraq “90-cı illərin” ruhunda qalmaqallara “çıxır”: məsələn, 2019-cu ildə o, tanınmış hüquq müdafiəçisi Eduard Bağırovu kafedə görüşə dəvət edir. Oleq Bakinski və onun bir neçə tərəfdarı hüquq müdafiəçisini döyürlər, pasportunu alırlar və bir neçə saat saxlayırlar. Həmçinin onu, arvadını və övladlarını öldürməklə hədələyirlər.
2022-ci ilin əvvəllərində Oleq Bakinski Kiyevdə “Leksus LX 570” markalı avtomobilə atəş açır. Sükan arxasında olan 55 yaşlı sahibkar atəş səsini eşidir. Maşından düşəndə görür ki, qabaq təkər deşilib, şüşə sınıb, qabaq qapını isə güllə deşib. Bununla Oleq Bakinski ona xəbərdarlıq edərək, pul tələb etmişdi.
Günəşli Bakıdan Kiyevə
Yayda (2022-ci il nəzərdə tutulur – red.) həbs olunacağını gözləmədən Oleq Bakinski Ukraynanı tələsik tərk edir. Amma günəşli Bakıda otura bilmirdi. Qışa doğru nəsə dəyişdi və ya kimsə rusların əlaltısına zəmanət verdi (deyirlər ki, Ukrayna Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Arsen Avakovun yaxın dostu ona əvvəllər kömək edib) və o, dərhal yaşayış hüququnun təmin edilməsi üçün məhkəməyə müraciət etdi. Nə üçün o, təcili olaraq Ukraynaya getmək istəyirdi? Cavab aydındır – Ukraynada onillərdir qurulan cinayətkar şəbəkə nəzarətsiz qalıb.
Oleq Bakinskinin çox əməlləri var: qəsb, adam oğurluğu, sifarişli qətl, Yanukoviç rejiminə qulluq və onun şəriki olmaq – xüsusən də Klyuev qardaşlarının son illərə qədər bütün “çirkli əməlləri” inanılmaz pullar gətirib. Bakinski bütün bunları guya ictimai fəaliyyətlə və Ukraynadakı Azərbaycan diasporuna “kömək etmək” niyyəti ilə ört-basdır edib.
Nüfuzunu itirməmək və kriminal təcrübəsini bərpa etmək, ola bilsin ki, həm də rusiyalı kuratorlarından əlavə tapşırıq (onun FTX generaliteti ilə əlaqələri və Rusiya vətəndaşlığı məlumdur) səbəbindən Oleq Bakinski qayıtmaq məsələsini həll etmək istəyir. Geri qayıtmaqla əvvəlki kimi soyğunçuluqla məşğul olacağına inanır.
Beləliklə, 2 dekabr 2022-ci il tarixində Kiyev İnzibati Məhkəməsi Oleq Bakinskinin adından Ukrayna Miqrasiya Xidmətinin Ukraynaya mühacirətə icazənin ləğvi ilə bağlı qərarının etibarsız sayılması ilə bağlı iddianı baxılmaq üçün qəbul edib.
Qəribəsi odur ki, Ukrayna hüquq-mühafizə orqanlarında Bakinskinin cinayətkar fəaliyyətini ört-basdır edənlər olub. Görəsən, bu dəfə həmin “xilaskar” Krapivinə xidmət göstərə və onun Ukraynaya qayıdışına nail ola biləcəkmi? Zaman o zaman deyil artıq.
Müharibə kriminalların və kollabarantların təmizləyicisi kimi
Odessada deyildiyi kimi, müharibəyə qədərki və müharibədən sonrakı Ukrayna arasında böyük fərq var. Milyonlarla ukraynalı düşməni məhv etmək və dövlətdə qanuni oğruların təsiri və yeni ədalətli nizam-intizam yaratmaq arzusu ilə vətənlərini müdafiə etmək üçün ayağa qalxıb. Sistem saat kimi işləyir - hərbi, mülki, dini sferalarda və ictimai siyasətdə kollabarantlara və düşmənlərə təsirli şəkildə zərbələr endirir.
Əminik ki, məhkəmə sistemi iflasa uğramayacaq və deportasiya ilə bağlı iyul qərarı qüvvədə qalacaq. Əks halda, cinayətkarlar üçün bir presedent yaranacaq.
Müharibə Ukrayna xalqı üçün böyük kədərdir, eyni zamanda, müxtəlif növ parazitlərin təsirindən xilas olmaq üçün bir fürsətdir: kriminal avtoritetlər, oğru məmurlar, korrupsioner media, psevdo-fəallar və s. Biz Ukraynanı yalnız dövlətin və fəal ictimaiyyətin birgə səyləri ilə təmizləyə bilərik...”
Məqalənin sonunda isə Ukrayna mediası prosesi sona qədər izləyəcəyini vəd edir.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək