15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
AAK-ın müdafiə şuralarının işi araşdırılmalıdır
Tarix: 10-02-2023 15:16 | Bölmə: Cəmiyyət

2023-cü ilin yanvar ayında müxtəlif elm sahələri üzrə dissertasiya işi müdafiə edən bir çox alimlərə Ali Attestasiya Komissiyası (AAK) tərəfindən mənfi cavab verilib. Daha doğrusu, onların komissiyaya təqdim etdikləri elmi işlərdən imtina edilib.
Prezident yanında Ali Attestasiya Komissiyasının bu ilin yanvarında elmi adlar və dərəcələrin verilməsi və imtina edilməsi barədə məlumatına əsasən, ən çox filologiya elmləri sahəsində yazılan dissertasiya işlərinə “yox” deyilib. İlin ilk ayında filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq istəyən 4 alim namizədin dissertasiya işindən imtina edilib. Filologiya elmləri üzrə ötən ay dosent elmi adını almaq istəyən 7 alimdən 3-nün elmi işinə imtina cavabı verilib. Bu isə “antirekord” göstərici deməkdir. Təqdim olunan elmi işlərdən cəmi 4-nün qəbul edilməsi çox şeydən xəbər verir.
Daha çox imtina alan alimlərin təmsil etdiyi növbəti elm sahəsi isə biologiyadır. Yanvarda biologiya üzrə cəmi 5 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib. 3 elmi işdən isə imtina edilib. Bu sahənin daha bir mənfi göstəricisi dosent elmi adının alınmasındadır. Ötən ay dosent adını almaq istəyən cəmi iki bioloqdan yalnız birinə müsbət cavab verilib. Digərinin isə elmi işindən imtina edilib.
Riyaziyyat sahəsində də durum ürəkaçan olmayıb. İlin ilk ayında bircə nəfər də olsun, riyaziyyatçıya fəlsəfə doktoru elmi adı verilməyib. Əvəzində iki namizədin elmi işindən imtina edilib.
Eyni hal psixologiya elmləri üzrə də yaşanıb. İlin ilk ayında heç kəsə psixologiya üzrə fəlsəfə doktoru adı verilməsə də, əvəzində iki namizədin elmi işindən imtina edilib.
Pedaqogika elmləri üzrə də yanvar göstəricisi eynilə psixologiyada olduğu kimidir: fəlsəfə doktoru elmi dərəcəsi üzrə 0 qəbul, 2 imtina.
Texnika elmləri üzrə isə vəziyyət nisbətən qənaətbəxşdir. Doğrudur, bu sahə üzrə də 2 elmi işdən imtina edilib. Amma 6 elmi iş məqbul sayılıb.

İlqar Orucov
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, ümumiyyətlə, elmi adların verilməsi məsələsində ciddilik olmalıdır:
“Ali Attestasiya Komissiyası ətrafında son illərdə baş verən prosesləri hər birimiz ürəkağrısı ilə seyr edirdik. Bununla bağlı mən hər zaman səsimi qaldırmışam. Hər zaman demişəm ki, hər küçədən keçənə, elmi fəaliyyətlə məşğul olmayıb yalnız prestij xətrinə adın dalınca qaçanlara elmi adlar verilməməlidir. Təəssüf ki, ciddi elmi fəaliyyətlə məşğul olan insanlar kənarda qalırdı. Parlament üzvləri, iş adamları çox asanlıqla elmi adları alırdılar. Tutaq ki, akademiklərin qohumları, elmi-tədqiqat institutlarında inzibati vəzifə daşıyanların yaxın ətrafları gəlib asanlıqla elmi adları, dərəcələri alırdılar. Təbii ki, bu, yolverilməz idi. Bizim elmimizin hazırkı durumda olmasının səbəblərindən biri kadrlarımızın yerində olmamasıdır. İndi baxın, ömür boyu bir saat belə elmi tədqiqatla məşğul olmayan şəxsin adının qarşısında fəlsəfə doktoru, yaxud elmlər doktoru yazılır. Bu, həqiqi elmlə məşğul olanları sındırmaqdır və elmi ələ salmaqdır.
Prezident tərəfindən elmi adların verilməsi qaydaları haqqında əsasnamədə dəyişiklik oldu. Bununla bağlı şərtlər ciddiləşdirildi. Amma Ali Atestasiya Komissiyasının hansı səbəbdən qeyd edilən ixtisaslar üzrə alimlik dərəcəsinin verilməsinə imtina edilməsi ilə bağlı monitorinq etmədiyimə görə, hansı səbəblərdən imtina edildiyini də dəqiq bilmirəm. Yəqin ki, bu imtinaların arxasında ciddi arqumentlər dayanır”.
Ekspert əlavə edib ki, Ali Atestasiya Komissiyasının bu məsələdə sərtləşməni tətbiq etməyinin tərəfdarıdır:
“Biz keyfiyyətə daha çox işləməliyik, nəinki kəmiyyətə. Elmi dərəcə alan çox az sayda olsun, amma bunlar həqiqi olsunlar. Bizdə cəmiyyətdə əvvəlki kimi elmi adları tapşırıqla, yaxud hər hansısa bir çirkli yollarla almaq barədə insanlar düşünə bilməsinlər. Bu baxımdan hesab edirəm ki, Ali Attestasiya Komissiyasının imtina cavablarının arxasında yəqin ki, ciddi arqumentlər dayanır.
Konkret suala gəlincə, hesab etmirəm ki, şərtlər qəlizdir. Şərtlər daha da qəliz olmalıdır. Şərtlərin qəliz olması, arqument ola bilməz, yaxud, bu ittiham ola bilməz. Görünən odur ki, zamanında bu mühitdə çatışmazlıqlardan istifadə edən adamlar, hələ də alim adı almaq üçün çalışan insanlar hazırkı qəliz filtrlərdən keçə bilmirlər.
Təbii ki qaydalar dəyişib və imtahan verən hər bir şəxsi ittiham etmək istəmirəm. Ola bilər ki, o insanlar şərtləri diqqətlə oxuya bilmirlər. Məsələ bundan ibarətdir ki, burada dissertasiya şuralarının da məsuliyyət məsələsi var. Dissertasiya Şurasının tərkibi kifayət qədər seçilmiş alimlərdən təşkil olunur. Dissertasiya Şurasında elmi iş müdafiə olunur. Dissertasiya Şurasına qədər hələ proses müvafiq şöbədən keçir. İşin icra olunduğu müəssisədə bu işə baxılır. Digər tərəfdən, aparıcı təşkilat müəyyənləşdirilir. Həmin təşkilatda ona müvafiq rəylər verilir. Həmin sahə üzrə kifayət qədər peşəkar mütəxəssislər tərəfindən rəylər verilir. Ən yekunda Dissertasiya Şurasında iş müdafiə olunur. Onda sual olunur, o Dissertasiya Şurası nəyə baxırdı?
Dissertasiya Şurasını müəyyənləşdirən də Ali Attestasiya Komissiyasıdır. Çox maraqlıdır, komissiyanın müəyyənləşdirdiyi Dissertasiya Şurasından keçərək müsbət dəyərləndirilən bir iş gəlib Ali Attestasiya Komissiyasında dayanırsa və ona “yox” deyilirsə, deməli, burada yenə də problemlər var. Necə olur ki, Dissertasiya Şurasında “hə” deyilən bir işə yekunda komissiya “yox” deyir? Burada da xeyli suallar yaranır. Orada bürokratik hallar varsa, təbii ki, bunun qarşısı alınmalıdır. Bunu bilmirəm.
Ali Attestasiya Komissiyasında bu gün nələr baş verir, bilmirəm. Bu kifayət qədər qapalı bir qurumdur, cəmiyyətə açıq deyil. Sadəcə, ümid edirəm ki, Ali Attestasiya Komissiyasında hər şey şəffafdır, amma dəqiqini bilmirəm. Necə olur ki, öz formalaşdırdığın Müdafiə Şurasında “hə” deyilir, sən ona “yox” deyirsən? Deməli, burada zəncirdə qırılmalar var. Yenə qeyd edirəm, Müdafiə Şurasını komissiya özü formalaşdırıb. Belədirsə, demək burada kifayət qədər mütəxəssis varsa, onlar “hə” deyirlərsə, ya da qeyri-obyektiv olaraq “hə” deyiblərsə, deməli, sizin müdafiə şuralarında problem var. Əgər iş qaneedici deyilsə, artıq müdafiə şuralarında imtina edilməli idi, “yox” buraxılıbsa, orada problemlər var. Mən iddia etmirəm ki, o işlər sanballı olub. Amma fakt odur ki, Müdafiə Şurasında müsbət cavab verilib. Deməli, müdafiə şuralarının işi araşdırılmalıdır".
Ekspertin fikrincə, imtinaların daha çox səbəbi elmi məqalələrlə bağlı olur:
“Ali Attestasiya Komissiyası nüfuzlu jurnallarda fəlsəfə elmlər doktoru, alimlik dərəcəsi almaq istəyən şəxslərə, elmi adlar almaq istəyənlərə tələblər qoyub. Bu şərtlər sərtləşəndən sonra elmi işlərdə çatışmazlıqlar daha çox məqalələrlə bağlı olub. İşin keyfiyyətsizliyi ilə bağlı ittihamlar az olur. Bu məsələni zamanında həll etmək lazımdır ki, komissiyada təsdiq edilənə qədər neçə instansiyadan keçir. Ali Attestasiya Komissiyasına təqdim olunan sənədlərin qalınlığı dissertasiya işindən qalın olur. Buna görə də narazılıq olur ki, bürokratiya var. Təsəvvür edin ki, insan bütün mərhələlərdən keçir, gəlir yekunda imtina cavabı alır. Bu proses əvvəldən nizamlanmalıdır, insanların da zamanı getməz. Layiq deyilsə, ona aşağı mərhələdən imtina edilməlidir”.
Qeyd edək, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2021-2022-ci tədris ili üçün ölkədə professor-müəllim heyətinin sayı 14393 nəfər təşkil edir.
Reyting.az
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək