15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Türkiyəli iş adamı Bakıda otel əməkdaşlarına kələk gəlib - Müraciət
Tarix: 27-08-2018 18:20 | Bölmə: Cəmiyyət

Bakı şəhərindəki “Metro Citi” otelini təşkil edən bir qrup peşəkar otel personalı Azərbaycan Respublikasının Prezidenti cənab İ. Əliyevə, I vitse-prezident xanım M. Əliyevaya, Prezident Administrasiyasının rəhbəri cənab R. Mehdiyevə və digərlərinə (F. Ələsgərova, S. Babayevə, Ə. Qarayevə, Ş. Mustafayevə, E. Özorala, E. Süleymanovaya, Z. Qaralova, R. Usubova, M.Cabbarova və başqalarına) müraciət ediblər.
Yaqub Əzizov, Təhmasib Həmidzadə, Rüstəm İbrahimov, Rəfael Rzayev, Nizami Qasımov, Fərid Quliyev, Özal Əliyev, Nəzifə Abbasova, Sevil Hacıyeva və Nəbi İsayevin müraciətinə səbəb “Azəri Türk” otellər qrupunun rəhbəri olmuş Türkiyə vətəndaşı Murad adlı şəxsin onların hüquqlarını kobud şəkildə pozmasıdır.
Şikayətçilər Reyting.az-ın redaksiyasına da təqdim etdikləri müraciətlərində yazırlar ki, bir qrup peşəkar otel personalı kimi onları Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi, 157 ünvanında yerləşən yeni açılacaq “Metro City” otelinin təşkili və açılışı üçün dəvət ediblər. Dəvət edən “Azəri Türk” otellər qrupunun rəhbəri olmuş Türkiyə vətəndaşı Murad bəyin (soyadı yazılmayıb) dostu Mehmet Ayan olub:
“Bizi - oteldə işləyəcək peşəkar personalı yığaraq son ay yarım ərzində gecə-gündüz işlətdilər ki, “Metro City” otelinin çatışmayan işlərini avqustun 16-na kimi başa çatdıraq. Şəxsi vəsaitimizlə nəqliyyat, qidalanma, rabitə və s. üçün tələb olunan müxtəlif xərcləri qarşıladıq ki, gələcəkdə oteldə işimizi rahat davam etdirə bilək.
Təəssüflər olsun ki, otelin açılmasına bir gün qalmış (15 avqustda) Murad adlı şəxs “Riyad” Mühafizə Xidmətinin əməkdaşları və əvvəldən planlaşdırdığı işçilərlə birlikdə otelə daxil olaraq bütün depertament rəhbərlərinə qəbuledilməz və ağır şərtlər irəli sürdü. Belə ki, personalın iş yükünün 15 saata qədər artırılmasını, məvacibin 50 faiz azaldılmasını, əvvəlcədən təlim və treyninq görmüş peşəkar heyətin ən azı yarısının saxlanmasını depertament rəhbərlərinə tapşırdı. Biz - otel sisteminin peşəkarları olaraq belə əsassız, beşulduz otel standartlarına cavab verməyən və yaraşmayan məntiqsiz tələbə qəti etirazımızı bildirdik. Bu zaman hər gün otelə gəlib, gördüyümüz işlərə görə bizə “Allah köməyiniz olsun!”,- deyib, bizi müşahidə edən Murad adlı şəxs bizi tanımadığını və bizə gördüyümüz işlərin qarşılığında borcunun olmadığını bildirdi. O, bu iş üçün hazır kadrlarının olduğunu bildirərək “Riyad” Təhlükəsizlik Xidmətinin əməkdaşlarına bizi (xanım və bəy qarışıq) dərhal oteldən uzaqlaşdırmağı əmr etdi. Biz isə bunun qarşılığında, otel təcrübəsi kasad olan, mədəniyyəti, qabiliyyəti, savadı olmayan Murad adlı bu şəxslə heç vaxt işləyə bilməyəcəyimizi diqqətə çatdırıb, əziyyət çəkib “Metro City” otelini tam hazır vəziyyətə gətirdiyimiz günlərin haqqının dərhal ödənilməsini tələb etdik. Murad isə “Sizi işə mən dəvət etməmişəm, sizi tanımıram və heç nə vermirəm”,- cavabını verdi”.
Müraciət müəllifləri yazır ki, bu cavabdan sonra “Riyad” Mühafizə Xidmətinin əməkdaşları ilə qarşıdurma yaranmaması üçün əvvəlcə yerli polisə müraciət etməyi qərara alıblar:
“Oteli kor-peşman tərk etdikdən sonra qərara gəldik ki, Muradın bizə qarşı törətdiyi özbaşnalığın və dələduzluğun qarşısının alınması üçün AHİK sədri cənab Səttar Mehbalıyevə müraciət edək, məsələnin həllində bizə köməklik göstərsin. Bunun üçün 17 avqust tarixində müraciət etsək də, bu günədək şikayətimizə reaksiya verilməyib. Sadəcə, Murad bu müraciəti də “yola vermək” üçün bizi 25 avqust tarixində “Metro City” otelə dəvət etdi və yenə də “növbəti günlər gələrsiz”,- xəbərini göndərməklə bizi get-gələ saldı.
Növbəti gün otelə daxil olduqda şahidi olduğumuz mənzərə qarşısında sanki şoka düşdük. Belə ki, Mədəniyyət Nazirliyinin Qiymətləndirmə Komissiyası tərəfindən beşulduzlu otel statusu alan “Metro City”ni, Murad bəyin əvvəl bizə təqdim etdiyi “peşəkarlar” işlədə bilmədiyi üçün məcbur qalıb hansısa dönərçiyə icarəyə veriblər. Yəni, standartlara uyğun qurduğumuz oteldə tələb olunan qaydalardan əsər-əlamət qalmamışdı və kafe səviyyəsində xidmət göstərirdi. Oteldəki otaqlardan yalnız qonaq otağı və ofis kimi istifadə olunur. Hər tərəfdə natəmizlik, səliqəsizlik vardı, yüksək xidmətdən söhbət gedə bilməzdi”.
Şikayətçilər dövlət başçısının və digər rəhbər şəxslərin diqqətinə çatdırıblar ki, Türkiyəli iş adamının onlara qarşı planlaşdırdığı bu hərəkət etibardan və peşəkarlıqdan sui-istifadədir: “Yəni bizim qurub-yaratdığımız iş başa çatdıqdan sonra o, öz təcrübəsiz adamlarını bizim əvəzimizə rəhbəri olduğu otelə, bizim zəhməthaqqımızı belə vermədən təyin edib, oteli isə əvvəl və indi idarə etdiyi otellərin – “Hotel 28 Baku”, ”Gorgud time”, ”Oscar”, “Riva”, ”Sarg Plaza”, “Iva”, ”Old Baku” kimi pis gününə salıb. O, bizim peşəkarlığımızdan sui-istifadə etməklə, həm də bizə qarşı dələduzluq əməli törətmişdir.
Eyni zamanda, adları sadalanan və hansısa şəxslərin Murada həvalə etdiyi bu otellərdə də xarici vətəndaşları (Türkiyə və Pakistandan olan) işə qanunsuz cəlb etməklə qul kimi işlədir, vergi və gömrük rüsumlarından yayınmalar baş verir, özünə layiq təcrübəsiz işçiləri 15 saat, həm də az əməkhaqqı ilə istismar edirlər. Bunun nəticəsində, xidmətin keyfiyyəti aşağı düşür və otellərin imicləri zərbələr altına qalır”.
Müraciət müəllifləri sonda qeyd ediblər ki, 10 günlük qısa tarix sübut edib ki, əslində Murad Bakı şəhərində rəhbəri olduğu 15-ə yaxın otellər qrupunun hamısını pis günə qoymaqda və Azərbaycanda turizmin inkişafına zərbə vurmaqda davam edir:
“Murad vəzifəli şəxslərə güvənərək istər rəhbəri olduğu otelləri pis günə qoymaqla, istərsə də bizim gördüklərimiz iş və xidmətlərin haqqını ödəməkdən imtina etməklə biz otel personalına qarşı maddi və mənəvi zərər vurur.
Cənab Prezident! Sizdən xahiş edirik ki, Azərbaycanda turizm sektorunun inkişafına pul qazanmaq hərisliyi ucbatından ciddi ziyan vuran və vurmaqda davam edən “Azəri-Türk” otellər qrupunun rəhbəri olmuş, otelçilikdən xəbəri olmayan Murad adlı xarici vətəndaşın son beş il ərzində rəhbəri olduğu otellərdəki qanunsuz fəaliyyətin, vergidən yayınmaqla topladığı vəsaitin hansı təyinat üçün xəclədiyinin araşdırılmasına və biz otel pesonalına vurduğu maddi və mənəvi ziyanın dərhal ödənilməsi üçün aidiyyatı təşkilatlara göstəriş verəsiniz”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək