15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Sabiq nazirlər Azərbaycandan gedib - Yenilənib
Tarix: 31-08-2018 09:40 | Bölmə: Cəmiyyət

Sabiq nəqliyyat naziri Ziya Məmmədov və bu ilin aprelində keçirilən prezident seçkisində kənd təsərrüfatı naziri kürsüsü ilə vidalaşan qudası Heydər Əsədov bir müddətdir ki, medianın diqqətindən kənarda qalıb. Daha doğrusu, onların harada və hansı işlərlə məşğul olmaları haqda informasiyalar kəsilib.
Məlumata görə, medianın yadından çıxmaqdan məmnun olan Z. Məmmədov yay mövsümü başlayandan Türkiyədədir. Keçmiş nəqliyyat nazirinin öz ailə biznesinin əhəmiyyətli hissəsini Türkiyəyə daşıması yeni xəbər deyil. Hələ nazir işlədiyi dönəmdə

Məmmədovlar Türkiyədə hotel, nəqliyyat və neft daşımaçılığı, o cümlədən sərnişindaşıma ilə məşğul olan bir neçə şirkət yaratmışdılar. Bu şirkətlər əvvəl Z.Q.A.N adlanan, sonradan “Qarant”a çevrilən holdinqlərinin törəmə şirkətləri kimi yaradılmışdı.
Reyting.az saytı “Yeni Müsavat” qəzetinə istinadla xəbər verir ki, Məmmədovların Rusiyada da bir neçə şirkətləri olsa da, onlara elə ciddi investisiya yatırmayıblar. Səbəb Rusiyanın hakim elitasından çəkinmələri olub ki, günlərin birində var-dövlətlərinə “əl qoyula” bilər. İddialara görə, nəhəng biznes imperiyasına sahib olan Z. Məmmədov və oğlunun ən çəkindiyi məsələ kriminallarla üzləşmək olub. Bu səbəbdən də onlar bizneslərini daima qarantiya altına almaq üçün işlərini etibarlı tutublar, həm də kriminallara “hesab” verməmək üçün Rusiyada yerlərini möhkəmlətməyiblər.
Məlumatına görə, Z. Məmmədovun bir neçə rusiyalı məmurla yaxşı əlaqələri olub, onların bir neçəsini artıq işdən çıxarsalar da, vəzifədə qalanlar da var. Buna baxmayaraq, Z. Məmmədov son illər Moskvaya ayaq basmayıb, yalnız iki-üç dəfə qısa müddətdə Krasnodar vilayətindəki kurortlarda olub.
Bildirilir ki, Moskvaya getməmək onun yaxın dostu, əlaqələri hələ də qalan Telman İsmayılovun məsləhəti ilə olub. Məlumdur ki, Rusiyadan didərgin salınan oliqarx müflis edilib, barəsində cinayət işi qaldırılıb və axtarışdadır.
Türkiyəyə yerləşən sabiq nazir Ziya Məmmədov burada da son dərəcə ehtiyatlı davranır. Bildirilir ki, sabiq nazir və onunla tez-tez görüşən qudası Heydər Əsədov kənar adamlarla təmaslarında xeyli çəkincəlidirlər. Məsələn, Məmmədovla Heydərov Azərbaycandan gedib dost ölkədə biznes quranları birmənalı yaxınlarına buraxmırlar, ofislərində hətta azərbaycanlıları işə götürmürlər. O cümlədən, Türkiyənin iş adamları ilə əlaqələrdə də xeyli ehtiyatlıdırlar. Onlarla təmas yaratmaq istəyənlərin yeddi arxa dönəni araşdırdıqdan sonra görüş üçün müsbət cavab verirlər.

Xəbəri verən mənbə deyir ki, Anar Məmmədov da son aylar əsasən, Türkiyədə yaşayır, Londona az-az gedir, ABŞ-a getməsini isə atası şəxsən yasaqlayıb. Bunun da səbəbini təxmin etmək olar. Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra ən çox sevinən Anar Məmmədov idi. Elə bu cür “bayram” Ziya Məmmədovun karyerasının sonunu gətirdi, oğlu isə Azərbaycanı tərk etməli oldu. Görünür, ABŞ-a getmək, bəlkə də keçmiş şərikindən görüş almağın onlar üçün riskli olduğunu Z. Məmmədov hamıdan yaxşı dərk edir.

Yeri gəlmişkən, Məmmədovların Bakıdakı “Yelkən-hotel”i (əvvəlki adı Trump Tower Baku) Türkiyədən olan bir iş adamına satdıqları barədə də iddialar var. Yelkən formasında tikilən bina 72 apartament və 189 hotel otağından ibarətdir. Sahələri 84-dən 890 kvadrat metrədək dəyişən 70-dən çox apartamentin uzunmüddətli icarəyə verilməsi nəzərdə tutulurdu. Hotelin ərazisində qapalı hovuzlu SPA-kompleks, fitnes mərkəzi, biznes mərkəzi və təmtəraqlı restoran inşa olunub. Hotelin birinci mərtəbəsində konfrans zalı, nahar zalı və bar, 500 kvadrat metr sahəsi olan qəbul zalı yerləşir. Tikilinin dizaynı mənzil qərargahı Londonda yerləşən “Mixity Design Ltd” şirkəti tərəfindən hazırlanıb. Hotelin əsas səhmdarlarından biri rəsmi olaraq Anar Məmmədovdur və tikilini onun şirkəti həyata keçirib.
Məlumdur ki, bu ilin aprelində hotelin üst qatında yanğın olub və bəzi hissələr yarasız hala düşüb. Məmmədovların hoteli satmaq xəbərinin nə dərəcədə həqiqət olduğunu söyləmək çətindir. Amma maraqlıdır ki, bu iddiadan sonra az qala 4 aydır eyni vəziyyətdə qalan hotelin üst fasadının təmirinə başlanıb. Məmmədovların hökmranlığına son qoyulduğu və bir daha əl-qollarını aça bilməyəcəklərini nəzərə alsaq, onların hoteli satmaları təəccüblü deyil.

Sirr deyil ki, Heydər Əsədovun qızı (Z.Məmmədovun gəlini) Türkiyədə ünlü moda evinin sahibidir. Amma bildirilir ki, Məmmədovlar yeni dönəmə tezliklə öyrəşə bilsələr də, H. Əsədov üçün hələ də çətinliklər qalmaqdadır. H. Əsədov Türkiyə mühitinə öyrəşə bilmir, tez-tez Bakıya gəlir. Bu isə Məmmədovların ürəyincə deyil. Onun Bakıya bağlılığı ilə bağlı nəsə demək çətindir, İrəvan mahalında anadan olsa da, o gənclik illərindən Bakıda yaşayır. Bu səbəbdən gələn il 60 yaşı olacaq sabiq nazirin yenidən başqa ölkədə “həyata başlaması”nın çətinliyi anlaşılandır. İddia var ki, o da paytaxtdakı bir neçə villasını satmaq niyyətindədir və bunun üçün Türkiyədə hələ oturuşa bilmir.
Qeyd edək ki, 2013-2018-cü illər də nazir olan H. Əsədov kənd təsərrüfatı sahəsinə külli miqdarda vəsait ayrılmasına baxmayaraq, bu sahədə dönüş edə bilmədi. Xüsusilə dövlətin kənd təsərrüfatı istehsalçılarına ayırdığı subsidiyaları paylayan, kənd təsərrüfatı texnikasının alınmasına yönəldilən yüz milyonlarla manat vəsaiti xərcləyən, güzəştli gübrə-maşın satan “Aqrolizinq” ASC, idxal-ixrac prosesləri zamanı sahibkarların qəniminə çevrilən Dövlət Fitosanitar Nəzarəti Xidməti, maldar fermerlərin canını boğazına yığan Dövlət Baytarlıq Xidməti kimi qurumların işində ciddi nöqsanlar olub. Bu səbəbdən də H.Əsədovla bərabər o idarələrin rəhbərləri də vəzifələrini itirməli oldular.
===
Qeyd edək ki, Modern.az saytı məsələni dəqiqləşdirmək üçün sabiq nəqliyyat naziri Ziya Məmmədovun özü ilə əlaqə saxlaya bilməsə də, qardaşı, keçmiş deputat Elton Məmmədovla əlaqə saxlayıb.
O, açıqlamasında yayılan xəbərlərin iftira olduğunu deyib.
"Ziya Məmmədov haqqında söz demək istəmirəm. Bu barədə dəfələrlə mətbuata açıqlama vermişəm ki, qardaşım haqqında məndən nəsə soruşmayın! Bircə onu demək istəyirəm ki, dezo xəbərləri yayıb nə edəcəklər?! İnsanlar evində oturub. Niyə getməlidirlər?! Bu cür inkişaf edən ölkəmizdən niyə getməliyik?! Dövlət quruluşunda ölkə rəhbərinin yanında olmuşuq, bu gün də varıq, yanındayıq”, - deyə o bildirib.
E. Məmmədov söyləyib ki, inkişaf edən Azərbaycanı hansısa dövlətlə dəyişməzlər.
"Yayılan xəbərlər yalandır, iftiradır. Məntiqli fikirlər deyil. Digər tərəfdən isə kiminsə harasa getməsinin başqalarına nə aidiyyatı var?!".
Reyting.az
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək