15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Ali Attestasiya Komissiyasında saxtakarlıq; Şura üzvləri dövlət başçısından kömək istəyir - Müraciət
Tarix: 03-09-2018 17:44 | Bölmə: Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) yol verilən özbaşınalıqlar, qanunlara saymamazlıq haqda neçə müddətdir ki, yazılır, danışılır.
Reyting.az saytı “AzPolitikainfo”ya istinadla xəbər verir ki, artıq AAK-da vəziyyət o həddə çatıb ki, İqtisadiyat üzrə Ekspert Şurasının 5 üzvü ölkə başçısı İlham Əliyevə məktubla müraciət ediblər.
Vəli Hüseynov Ekspert Şurasının üzvlərinə təzyiq edir
Onlar yazırlar: “Biz AAK-ın İqtisadiyyat elmləri üzrə Ekspert Şurasının üzvləriyik. Vəli Hüseynov sədr vəzifəsini müvəqqəti icra edəndən bu quruma elm ictimaiyyəti tərəfindən nifrət dözülməz həddə çatıb. Müəyyən qədər müqavimət göstərməyimizə baxmayaraq, onun özünü elm adamı deyil, “bazar adamı” kimi aparması bizi bu addımı atmağa məcbur etdi. Vəli Hüseynov davamlı olaraq Ekspert Şurasının üzvlərinə təzyiqlər edərək, səviyyəsiz, savadsız işlərə müsbət rəy yazdırır. Konfliktə getməmək, abır-həyamızı gözləmək naminə dözürdük. Son iclaslarda isə ekspert üzvləri olaraq təzyiqlərə dözməyərək ardı-arası kəsilmədən, açıq şəkildə öz etirazlarımızı bildirirdik.
Diqqət edin: 2 iyul 2018-ci il tarixdə Ekspert Şurasının iclasında iddiaçı Əliyev Ruslan Yusif oğlunun (SOCAR-ın “Azəriqaz” İB Baş direktorunun satış üzrə müavini) “Azərbaycanda mənzil sferasının inkişafının təşkilatı-iqtisadi problemləri” mövzusunda elmlər doktoru elmi dərəcəsi alması üçün təqdim edilmiş dissertasiya işi müzakirəyə çıxarılıb. Bu dissertasiya işinə Ekspert Şurasının 25 iyun 2018-ci il tarixli iclasında rəy yazmaq, ekspert, professor Ədalət Əliyevə tapşırılmışdı.
Lakin sonradan Vəli Hüseynovun təkidi ilə dissertasiya işinə rəy vermək hansı səbəbdənsə ekspert Şəfa Əliyevə tapşırıldı və bu da iclasda verilən kollegial qərara hörmətsizlik və qanun pozuntusu idi. Dissertasiya işinin 2017-ci ilin son aylarında təsdiq olunması ilə yazılmasının arasında isə cəmi 7 ay vaxt çəkib”.
7 aya yazılan doktorluq dissertasiyası müzakirəyə çıxarılıb!
Ekspert Şurasının üzvləri haqlı olaraq qeyd edirlər ki, elm və təhsil idarələrində çalışanlar elmlər doktoru dissertasiyasını 10 ilə güclə başa çatdırırlar. Vəli Hüseynov isə 7 aya yazılan işi müzakirəyə çıxarır. Bundan başqa, Əsasnaməyə görə doktorluq işləri üçün iddiaçının AAK-ın tələb etdiyi nəşrlərdə 20 məqaləsi çap olunmalıdır. Ruslan Əliyevin isə cəmi 15 məqaləsi olub.
“Özbaşınalığın dərəcəsinə fikir verin: Vəli Hüseynov 4 iyul 2018-ci il tarixdə AAK-ın Rəyasət Heyətinin iclasında bu qanunsuzluğa etiraz edən ekspertləri cəzalandırmaq məqsədilə Rəyasət Heyətinin üzvlərinə onları tərkibdən kənarlaşdırmaq təklifini vermişdir. Bu təklifə ciddi müqavimət olsa da, Vəli Hüseynov Rəyasət Heyətinin üzvlərinə yalan informasiya verərək, guya bütün bunları Ekspert Şurasının sədri ilə razılaşdırdığını bildirmişdir. Ekspert Şurasının sədri isə bildirib ki, heç bir üzvün tərkibdən çıxarılması haqda nə yazılı, nə də şifahi razılıq verməyib”.
Prezidentə şikayət edənlər daha sonra konkret faktlar göstərirlər. Məsələn:
- Vəli Hüseynovun idarəçiliyi dövründə yazılan müsbət rəylərin çoxu qeyri-qanuni olaraq gizli rəylərə göndərilib və mənfi rəy alınıb, ya da mənfi rəy yazılanlar müsbət həll olunub. Bu, kütləvi hal alıb və növbəti mərhələlərdəki proseslərdən Ekspert Şurasının üzvlərinin xəbəri olmayıb.
– Mərhum akademik Arif Mehdiyevin sədr olduğu dövrdə 2 dəfə Ekspert Şurasında imtina olunmuş işlər Vəli Hüseynov tərəfindən yenidən müzakirəyə çıxarılıb (halbuki 2 dəfə imtina olunmuş işlərə baxmaq olmaz). Bu faktın araşdırılması xeyli neqativ halların ortaya çıxmasına səbəb ola bilər.
- Kənd təsərrüfatı sahəsində olan müdafiə şurasında ayda bir neçə dissertasiya işi müdafiə edilir (yəni normadan artıq). Hansı ki, 2 fəlsəfə doktorundan və ya bir elmlər doktorundan artıq müdafiə təşkil etmək Əsasnaməyə ziddir.
Bu şurada hətta profilə uyğun olmayan, məsələn, turizm, neft-qaz sənayesi, maliyyə və s. sahələrdə müdafiələr təşkil olunub. Bu şuradan Ali Attestasiya Komissiyasına gələn bütün işlər Vəli Hüseynovun müxtəlif istiqamətli təkidləri ilə qısa bir zamanda təsdiq olunub. Bu şurada müdafiə edənlərin əksəriyyəti isə elm və təhsildə çalışmırlar, özəl sektorda işləyirlər.
Həqiqi alimlərin dissertasiyalarının təsdiqi 40 ay yubadılır, amma…
“Ali Attestasiya Komissiyasının Əsasnaməsinə görə, doktorluq dissertasiyaları 6 ay ərzində müsbət, yaxud mənfi şəkildə həllini tapmalıdır. Bir neçə alimin Vəli Hüseynovun rəhbərliyi dövründə dissertasiyalarının müdafiə və təsdiq tarixlərinə nəzər salaq:
1. ADNSU-nun dosenti Gülgəzli Ələsgər Səməd oğlu 07.02.2014 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 01.12 2017 tarixdə təsdiq olunub (təsdiq müddəti 46 ay).
2. Texniki Universitetin dosenti Əmirov Fariz Qaçay oğlu 22.09.2015 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 22.09 2017 tarixdə təsdiq olunub (təsdiq müddəti 24 ay).
3. İqtsad Universitetinin dosenti Aslanov Zabit Yunus oğlu 10.02.2016 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 23.02.2018 tarixdə təsdiq olunub (təsdiq müddəti 24 ay).
4. AMEA Kibernetika İnstitutunun elmi işcisi Rüstəmov Yasin İsmayıl oğlu 22.09.2015 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 17.02 2017 tarixdə təsdiq olunub (təsdiq müddəti 17 ay).
5. Aviasiya Akademiyasının dosenti İsmayılov Balaəmi Qasım oğlu 27.11.2015 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. 10.02 2017 tarixdə təsdiq olunub (təsdiq müddəti 15 ay).
Təhsil müəssisələrində və akademiyada işləyən bu alimlər Ali Attestasiya Komissiyasınin Ekspert Şurasına dəfələrlə cağırılıb və müsbət qərarlar alsalar da, Vəli Hüseynovun doktorluq dissertasiyasından fərqli olaraq, doktorluq dissertasiyasına qoyulan tələblərdən 10 məqalə az yox, çox çap etsələr də, dissertasiyalarının təsdiqi 10-40 ay yubadılıb.
Lakin bəzi “vacib” adamların doktorluq dissertasiyalarının təsdiq tarixlərinə diqqət edək:
1. “Azərtunelmetrotikinti” ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin rəisi Abdullayev Qasım İsrafil oğlu 04.07.2016 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib. Nəzərinizə çatdıraq ki, dissertasiyalar müdafiə edildikdən 1 ay ərzində Ali Attestasiya Komissiyasına təqdim edilir. Ali Attestasiya Komissiyası 01 iyuldan-14 sentyabr tarixinə qədər işləmədiyindən dissertasiya sənədləri Ali Attestasiya Komissiyasına ən tezi 15.09.2016 tarixdə verilib və 22.09. 2016 tarixdə təsdiq olunub (təsdiq müddəti 5-6 gün).
Hansisa səbəbdən Abdullayev Qasım İsrafil oğlunun avtoreferatı Ali Attestasiya Komissiyasının saytında yoxdur.
2. SOCAR-in Elmi-Tədqiqat İnstitutunun direktoru İsmayilov Fəxrəddin Səttar oğlu 28.03.2018 tarixdə texnika üzrə doktorluq dissertasiyası müdafiə edib və 2 ay ərzində təsdiq olunub. Qeyd edək ki, İsmayılov Fəxrəddin Səttar oğlu İnstitut direktoru olduqdan sonra qısa vaxt ərzində namizədlik və doktorluq dissertasiyaları müdafiə edib və təsdiqini alıb.
3. Vəli Hüseynovun himayəçiliyi ilə AAK-da texnika sahəsinin kuratoru olan Kələntərli Nailə Merac qızı mexanika üzrə doktorluq dissertasiyasını 13.05.2016 tarixdə müdafiə edib, 22.09.2016 tarixdə təsdiqini alıb (1 ay müddətinə). Yuxarıda qeyd edildiyi kimi, 01 iyuldan-14 sentyabr tarixinə qədər Ali Attestasiya Komissiyası işləmir.
Bütün bunlar Ali Attestasiya Komissiyasında baş verən özbaşınalıqların kiçik bir hissəsidir. Görəsən, nə zaman dövlətin mühüm strateji bir sahəsini elmdən kənar, ekspert rəylərinə, kollegial qərarlara məhəl qoymayan, vaxtilə çox böyük nüfuza malik olan bir qurumu öz ambisiyalarına qurban verən Vəli Hüseynovun əməllərinə qiymət verilməsinin vaxtı çatacaq? Burada hər gün baş verənlər Azərbaycan elminə həqarətdir…
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək