15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
“Qarabağa Qayıdış” Vətəndaş Platforması yaradılır
Tarix: 30-03-2023 22:25 | Bölmə: Cəmiyyət

Xalqımızın və ordumuzun qəhrəmanlığı sayəsində Qarabağın erməni işğalı altında olan əhəmiyyətli hissəsinin azad olunması böyük və güclü Azərbaycan üçün mühüm perspektivlər vəd edir. Hər şeydən öncə, şəhidlərimizə və qazilərimizə böyük minnətdarlıq duyğusu ilə işğaldan azad edilmiş torpaqların minalardan və partlamamış sursatlardan təmizlənməsi, yaşayış məskənlərinin bərpası və yenidən qurulması istiqamətində Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər sayəsində tezliklə Qarabağın abad və yaşayış üçün əlverişli regiona çevriləcəyinə inanırıq.
Reyting.az xəbər verir ki, bu, “Qarabağa Qayıdış” Vətəndaş Platformasının Təşəbbüs qrupunun Bəyyannaməsində əksini tapıb.
Bəyyannamədə qeyd olunur ki, işğal dövründə Ermənistan tərəfindən Qarabağ torpaqlarının 1 milyondan çox mina ilə çirkləndirilməsini və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin rəhbərliyi ilə aparılan humanitar minatəmizləmə fəaliyyətinə ciddi beynəlxlaq dəstəyin olmamasını məskunlaşmanın ləngiməsinin təbii səbəbi, Rusiya sülhməramlılarının regiondakı fəaliyyətini isə milli təhlükəsizliyimizə ciddi təhdiddir:
“Qeyd olunan şərtlər daxilində işğaldan azad olunmuş ərazilərin bərpası və məskunlaşdırılması sahəsindəki dövlət siyasəti ilə bağlı aşağıdakı narahatlıqlarımızı ictimaiyyətin diqqətinə çatdırırıq:
1. İşğaldan azad olunmuş ərazilərdə toprağı və digər daşınmaz əmlakı olan məcburi köçkünlərin Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi ilə təsbit olunan mülkiyyət hüquqları pozulur. Hökumət rəsmiləri tərəfindən işğaldan azad olunmuş ərazilərdə torpaq islahatının 1997-1999-cu illəri əhatə edən birinci mərhələyə uyğun aparılmayacağına əsas verən fərqli yanaşmaların nümayiş etdirilməsi, islahatla bağlı meyarlar müəyyənləşdirilmədən torpaqların iri holdinqlərin sərəncamına verilməsi məcburi köçkünlərin qanuni torpaq paylarına sahib olmalarını risk altına salır. Böyük qayıdışla bağlı I Dövlət Proqramında nəzərdə tutulan fərqli islahat mexanizmi təcrübələrinin öyrənilməsi tədbirləri də Qarabağda islahatın "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə (Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində zəbt edilmiş torpaqların azad olunmasından sonra torpaq islahatlarının aparılması və həmin torpaqlardan məcburi köçürülmüş şəxslərin xüsusi mülkiyyətinə torpaqların verilməsi bu Qanunda göstərilən qaydada həyata keçirilir) uyğun keçirilməyəcəyi qənaətini möhkəmləndirir.
2. İşğaldan azad olunmuş ərazilərdə ərazi quruluşunun müəyyən edilməsi mövcud qanunvericiliyə uyğun şəkildə həyata keçirilmir. Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 21-ci bəndinin tələblərinə uyğun olaraq ərazi quruluşunun Milli Məclisin müəyyən etdiyi məsələlər sırasında olmasına baxmayaraq, mövcud qərarlar parlamentin iştirakı olmadan verilir. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq müvafiq ərazi vahidlərində yaşayan şəxslərin – məcburi köçkünlərin rəyi nəzərə alınmadan kiçik yaşayış məskənlərinin birləşdirilməsi əsasında layihələndirmə, bərpa və yenidənqurma işləri aparılır.
3. Mövcud ərazi vahidlərinin bazasında yeni, daha böyük yaşayış məskənlərinin yaradılması işğal dövründə bir hissəsi erməni vandalları tərəfindən dağıdılan kənd qəbiristanlıqlarının gələcək taleyini də şübhə altına salır. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə yeni yolların çəkilməsi zamanı bəzi kənd qəbiristanlıqlarının zərər görməsi (Füzuli və Qubadlı rayonlarının hərəsində 2 olmaqla 4 belə fakt qeydə alınıb) böyük narahatlıq yaradır.
4. Qayıdış prosesinin rəsmi olaraq 2040-cı ilədək yekunlaşdırılmasının nəzərdə tutulması məcburi köçkünlərin dədə-baba torpaqlarına qayıtmasına inamını azaldır. Qayıdışın bu qədər uzun müddət üçün planlaşdırılması yaşlı sakinlərin ata-baba yurdalarına dönməsini faktiki olaraq mümkünsüz edir.
5. İşğaldan azad olunmuş ərazilərdə dövlət büdcəsi vəsaitləri hesabına həyata keçirilən minatəmizləmə, yolların, enerji xətlərinin çəkilməsi, qaz və su təchizatının təmin edilməsi, yaşayış məskənlərinin layihələndirilməsi və inşası işlərinin şəffaf və hesabatlı şəkildə aparılmaması da narahatlıq doğuran məsələlər sırasında yer alır.
Biz Azərbaycanın dövlət maraqlarından və işğaldan azad edilmiş ərazilərin sakinlərinin qanuni mənafelərindən çıxış edərək aşağıdakı hədəflərə çatılmasına dəstək verilməsi məqsədilə “Qarabağa Qayıdış” Vətəndaş Platformasını yaratdığımızı bəyan edirik:
- Bərpa və məskunlaşma prosesinin planlaşdırılmasına işğaldan azad edilmiş ərazilərin sakinlərinin cəlb edilməsi və onların rəyinin nəzərə alınması;
- Məcburi köçkünlərin mülkiyyət (əmlak və torpaq) hüquqlarının ölkə Konstitusiyasına və qanunlarına uyğun təmin edilməsi;
- Bərpa və yenidənqurma məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin şəffaf və hesabatlı xərclənməsi;
- İşğaldan azad olunmuş ərazilərin illər üzrə məskunlaşdırılması qrafikinin tərtib edilməsi;
- Vəfat edən məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərdə yerləşən dədə-baba qəbiristanlıqlarında dəfninə icazə verilməsi.
“Qarabağa Qayıdış” Vətəndaş Platformasının Təşəbbüs qrupunun üzvləri yuxarıda qeyd olunan hədəflərə çatılması üçün işğaldan azad edilmiş ərazilərin sakinlərini Platforma ətrafında birləşməyə, müvafiq dövlət qurumlarını və bütün maraqlı tərəfləri isə əməkdaşlığa dəvət edir!
“Qarabağa Qayıdış” Vətəndaş Platformasının Təşəbbüs qrupunun üzvləri:
1. İlham Məmmədli, Qubadlı rayonu
2. Yelmar Mustafa, Kəlbəcər rayonu
3. Mirəli Hüseynov, Ağdam rayonu
4. Elxan Nuriyev, Qubadlı rayonu
5. Qalib Toğrul, Füzuli rayonu
6. Xaqani Cəfərli, Ağdam rayonu
7. Qubad İbadoğlu, Füzuli rayonu
8. Famil Süleymanov, Kəlbəcər rayonu
9. Asif Talıboğlu, Qubadlı rayonu
10. Nofəl Qasımov, Füzuli rayonu
11. Vahid Qazi, Ağdam rayonu
12. Elşən Nağıyev, Kəlbəcər rayonu
13. Vaqif Əlisoy, Cəbrayıl rayonu
14. Nəsimi Sadıqlı, Kəlbəcər rayonu.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:28
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13-02-2026, 13:04
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13-02-2026, 12:32
Sabahın hava proqnozu açıqlanıb
13-02-2026, 12:12
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
13-02-2026, 10:19
Şəhid oğlu direktor təyin edilib
12-02-2026, 19:52
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib
12-02-2026, 18:16
Avropanın effektiv yuxu üçün ən yaxşı və ən pis şəhərlərinin adı açıqlanıb - Siyahı
12-02-2026, 17:52
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
12-02-2026, 17:04
Nazirlik gənc əsgərlərin yaxınlarına müraciət edib
12-02-2026, 16:34
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənib
12-02-2026, 12:37
Sabah hava necə olacaq? - Proqnoz
12-02-2026, 12:19
Qrant müsabiqəsinin qalibləri açıqlanıb - Siyahı
12-02-2026, 12:08
Füzulidə əməliyyat: keçmiş məhkum saxlanılıb
12-02-2026, 11:21
Fevralın 15-də 22 mindən çox bakalavr magistraturaya imtahan verəcək
12-02-2026, 10:37
Bakıda ər-arvad dəm qazından zəhərlənib
12-02-2026, 10:20
Səhralarda sirli mikrotunellər tapılıb - Foto
11-02-2026, 19:42
Audiovizual Şura "Kinobox" və "Mahnı" TV-yə lisenziya verib
11-02-2026, 16:51
Hospital rəisi vəzifədən azad edilib
11-02-2026, 14:20
Dövlət əleyhinə çağırışlar edən şəxs barəsində qərar verilib
11-02-2026, 12:28
“QHT işi” üzrə ittiham olunan fond əməkdaşının məhkəməsi başlayıb
11-02-2026, 11:48
Cəlilabadda üç nəfər narkotiklə tutulub
11-02-2026, 11:09
Nikahdankənar doğulanların statistikası təqdim olunub - Siyahı
11-02-2026, 10:34
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı həbs edilib
10-02-2026, 17:34
Keçmiş hərbi komissarı məhkəmə zalında həbs ediblər
10-02-2026, 16:53
Daha bir qanuna dəyişiklik edilib
10-02-2026, 12:36
Sabah Bakıda və bölgələrdə qar yağacaq - Proqnoz
10-02-2026, 10:53
İdarə rəisi müşavir təyin olunub
10-02-2026, 08:23
Planetin 10 faizi "ChatGPT"-dən istifadə edir
9-02-2026, 22:34
Alıcı süni intellekti aldadaraq 8000 avro qazanıb
9-02-2026, 19:47
Əli Kərimlinin həbs müddəti uzadılıb
9-02-2026, 17:38
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
9-02-2026, 16:16
Klinika sahibinin oğlu haqda hökm dəyişib
9-02-2026, 15:16
Qarşıdakı iki gündə temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
9-02-2026, 15:10
Eldar Quliyev həm deputatdır, həm rektor... - Qanun nə deyir?
9-02-2026, 14:33
İki həkim həbs edilib - Məhkəmə zalında
9-02-2026, 14:05
Bələdiyyələrlə bağlı 14 cinayət işi açılıb
9-02-2026, 13:03
Sabah Bakıya və bölgələrə qar yağacaq - Proqnoz
9-02-2026, 12:49
Azərbaycana narkotikin keçirilməsinin qarşısı alınıb
9-02-2026, 10:13
DİN: İki nəfər 21 kq narkotiklə saxlanılıb
9-02-2026, 07:54
Ən mavi və təmiz suyun yeri müəyyənləşib
9-02-2026, 07:47
Müsəlman ölkəsi üçün milli "ChatGPT" versiyası hazırlanır
8-02-2026, 22:52
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
8-02-2026, 14:42
Sabah hava necə olacaq? - Proqnoz
7-02-2026, 20:04
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
7-02-2026, 16:31
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
7-02-2026, 12:50
Sabah hava necə olacaq? - Proqnoz
6-02-2026, 19:12
Yupiterin ölçüsünü dəqiqləşdiriblər
6-02-2026, 18:07
Bakıda ağac kəsənlər barədə material prokurorluğa göndırilib
6-02-2026, 16:22
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
6-02-2026, 15:32
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək