Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 04-02-2026 12:06 | Bölmə: İdman

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la qarşı keçiriləcək səfər matçına yaxşı hazırlaşmaq üçün PFL-ə müraciət edib.
Reyting.az xəbər verir ki, Ağdam təmsilçisi İngiltərəyə yollanmamışdan öncə Misli Premyer Liqasının 21-ci turunda “Neftçi”yə qarşı keçiriləcək matçın təxirə salınmasını istəyib.
“Köhlən atlar” bununla bağlı PFL-ə məktub göndərib.
Çempionatın təşkilatçısı olan qurum da öz növbəsində razılıq üçün “Neftçi”yə müraciət edib. Lakin Bakı klubu “Qarabağ”ın bu istəyini geri çevirib.
“Neftçi”nin Media üzrə koordinatoru Rüstəm Əfsərli "qafqazinfo"ya açıqlamasında bunu təsdiq edib: “Qarabağ”dan belə bir təklif gəlmişdi, amma biz bundan imtina elədik. Çünki komandamızın qarşısında hədəflər var, mövsüm sona yaxınlaşır, həlledici mərhələyə qədəm qoyuruq. Bu hədəflərə uyğun olaraq da hazırlıq planı nəzərdə tutulub. Hər hansı matçın vaxtının, yerinin dəyişdirilməsi planlara mənfi təsir göstərə bilər. Buna görə də fikirləşdik ki, oyunun təxirə salınması məqsədəuyğun deyil. Ən yaxşısı elə təqvimlə nəzərdə tutulan həftədə matçın oynanılmasıdır”.
Qeyd edək ki, “Neftçi” – “Qarabağ” görüşü fevralın 21-i saat 19:00-da keçiriləcək.
Çempionlar Liqasının pley-offunun cavab görüşü çərçivəsindəki “Nyukasl” – “Qarabağ” görüşü isə fevralın 24-dən 25-nə keçən gecə 00:00-da oynanılacaq.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər