"Böyük Dəbilqə": cüdoçularımız iki medal qazanıb
Tarix: 07-02-2026 22:02 | Bölmə: İdman / Xəbərlər

"Böyük Dəbilqə": cüdoçularımız iki medal qazanıb

Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirinin ilk gününü iki medalla başa vurublar.

Reyting.az-ın məlumatına görə, Ruslan Paşayev (66 kq) bürünc medal qazanıb.

Daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl mükafata sahib çıxıb.

Nazir Talıbov (66 kq) 1/16 final mərhələsində Migel Qaqoya (Portuqaliya) uduzub.

Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.(Report)





Bölməyə aid digər xəbərlər