Rusiya ABŞ-a motosikl satacaq - Foto
Tarix: 09-01-2026 00:08 | Bölmə: İqtisadiyyat

Rusiya ABŞ-a motosikl satacaq

Rusiyada "Ural Neo 500" model motosikletin istehsalına başlanılıb. Müasir dizaynlı motosiklin ilk partiyası artıq Yaponiyaya göndərilib. Yanvar ayının sonunadək yeni modelin ABŞ-a çatdırılması planlaşdırılır.

Reyting.az-ın məlumatına görə, mütəxəssislər bildiriblər ki, yeni "Ural Neo 500" əvvəlkindən fərqlidir, daha müasir, eyni zamanda orijinal dizayn əsasında qurulub və idarəetməsi klassik "Ural" modellərindən asandır.

Bu motosiklet 446 kubsantimetrlik, yəni 35 at gücündə mühərriklə təchiz olunub. Yeni Rusiya motosikletinin ABŞ bazarında ilkin qiymətinin təxminən 15 min dollar olacağı gözlənilir ki, bu da əvvəlki "Ural Gear Up" modelindən daha ucuzdur.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb