Qızıl külçələrin qanunsuz yolla Azərbaycana gətirilməsinin qarşısı alınıb
Tarix: 12-01-2026 13:21 | Bölmə: İqtisadiyyat

Qızıl külçələrin qanunsuz yolla Azərbaycana gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qızıl külçələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Reyting.az xəbər verir ki, Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının çantalarına stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunduğundan ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib. Yoxlama zamanı çantalardan birində gömrük orqanına əvvəlcədən bəyan olunmayan, ümumilikdə çəkisi 372,5 qram təşkil edən 44 ədəd "PAMP" markalı qızıl külçələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb