13 ölkədə yaşa görə pensiya verilmir - Siyahı
Tarix: 13-01-2026 17:24 | Bölmə: İqtisadiyyat

13 ölkədə yaşa görə pensiya verilmir

Dünyanın 13 ölkəsində yaşa görə universal (baza) pensiya sistemi yoxdur. Bu ölkələrdə pensiya avtomatik şəkildə müəyyən bir yaş həddinə çatmaqla verilmir. Çünki əvəzində sığorta mexanizmləri, yığım fondları, yaxud da ayrı-ayrı kateqoriyalar üçün ödənişlər mövcuddur.

Reyting.az xəbər verir ki, bu siyahıya Bəhreyn, Misir, Hindistan, Bosniya və Herseqovina, Qətər, Kamboca və Küveyt kimi ölkələr daxildir.

Adıçəkilən ölkələrdə pensiya almaq üçün əsas şərt illər ərzində məcburi şəkildə sosial sığorta haqlarının ödənilməsidir. Üstəlik, minimum staj tələbi adətən 10-25 il arasında dəyişir. Tələb olunan staj toplanmadıqda isə aylıq pensiya əvəzinə birdəfəlik kompensasiya ödənilir.

Oxşar sistemlər Laosda, Birləşmiş Ərəb Əmirliklərində, Səudiyyə Ərəbistanında, Serbiyada, Filippin və Monteneqroda da tətbiq olunur.

Siyahıda adı olan 13 ölkənin heç birində dövlət büdcəsindən hamı üçün sabit yaşa görə pensiya nəzərdə tutulmur.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb