Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 14-01-2026 14:46 | Bölmə: İqtisadiyyat

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti üzrə aparılmış uyğunluq auditi nəticəsində aşkarlanmış maliyyə və idarəetmə nöqsanları tam aradan qaldırılıb.
Bu barədə Hesablama Palatasının hesabatına istiadən xəbər yayıb.
Audit yoxlaması 2024-cü ilin yekunlarını əhatə edib.
Audit zamanı dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üçün ayrılmış vəsaitdən büdcə ilinin sonuna qalıqda qalmış 627 min 58,6 manatın 2024-cü il üzrə bağlanılmış müqavilələrin şərtlərinə uyğun olaraq faktiki ayrılmış vəsaitdən azaldıldığı müəyyən edilib.
Eyni zamanda, dövlət vəsaitindən qənaətlə istifadənin təmin edilməsi, layihə, smeta və müqavilə sənədlərində işlərin adlandırılmasında fərqli yanaşmanın aradan qaldırılması və gələcəkdə əlavə xərclərin qarşısının alınması məqsədilə Zəngilan şəhərində yaşayış məhəlləsinin tikintisi layihəsi üzrə 12 yaşayış evi üçün 104 min 608 manat məbləğində qənaət müqavilə dəyərindən çıxarılıb. Bununla bağlı layihə-smeta sənədləri yenidən ekspertizadan keçirilib.
Həmin obyekt üzrə smeta sənədlərinə və müqaviləyə iş həcmlərindən artıq və təkrar daxil edilmiş xərclər, eləcə də eyni işlərin fərqli qiymətlərlə göstərilməsi nəticəsində 146 min 942,8 manat məbləğində artırılmış müqavilə dəyəri də azaldılaraq yenidən ekspertizaya təqdim olunub.
Audit zamanı Cəbrayıl rayonunun Horovlu kəndində qeyri-yaşayış obyektlərinin, eləcə də 2, 3, 4 və 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi üzrə layihədə nəzərdə tutulandan artıq həcmlərin daxil edilməsi aşkar edilib. Nəticədə 996 min 46,5 manat məbləğində vəsaitin müqavilə dəyərindən azaldılması təmin olunub.
Əməyin ödənişi sahəsində isə Zəngilan rayonunun Ağalı kəndində çalışan işçilərə işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislər üçün nəzərdə tutulan əlavələrin düzgün tətbiq edilməməsi nəticəsində 137 min 258,7 manat məbləğində artıq ödəniş müəyyən edilib və həmin vəsait müvafiq qaydada bərpa edilib.
Bununla yanaşı, Xidmətin balansında olan nəqliyyat vasitələri üzrə aparılmış yoxlamalar zamanı 1 min 907,2 manat məbləğində artıq silinmiş yanacaq xərci aşkar edilib və bu məbləğ də geri qaytarılıb.
Audit çərçivəsində, həmçinin 3 müvəqqəti yaşayış şəhərciyinin tikintisi və quraşdırılması ilə bağlı satınalma prosesində qanunvericiliyin tələblərinə əməl olunmadığı, eyni avadanlığın dəyərinin iki lot üzrə təkrar daxil edildiyi və nəticədə müqavilə dəyərinin 522 min 270,36 manat artırıldığı müəyyən edilib. Görülmüş tədbirlər nəticəsində qeyd olunan məbləğ müqavilə dəyərindən çıxarılıb.
Qeyd edək ki, audit nəticəsində aşkar edilmiş bütün nöqsanlar üzrə tədbirlər tam icra olunub(Report).
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər