Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 15-01-2026 14:42 | Bölmə: İqtisadiyyat

Azərbaycanda turizmin inkişafını təmin etmək və orta müddətdə turist axınını 5-6 milyon nəfərə çatdırmaq məqsədilə ilk dəfə "Turizmin inkişafına dair Dövlət Proqramı" hazırlanıb.
Bu barədə Dövlət Turizm Agentliyi (DTA) məlumat verib.
"Proqram 2026-2030-cu illəri əhatə edəcək və hazırda təsdiq mərhələsindədir. Əvvəllər turizm sahəsinin inkişafı müvafiq strateji yol xəritələri ilə tənzimlənib, lakin indiyədək belə genişmiqyaslı və mərhələli proqram hazırlanmayıb", - DTA qeyd edir.
Bildirilir ki, Dövlət Proqramında müəyyən edilmiş hədəflərə nail olmaq üçün konkret icra mexanizmləri və fəaliyyət planı formalaşdırılıb. Proqram çərçivəsində hava məkanından istifadənin liberallaşdırılması, beynəlxalq hava əlaqələrinin genişləndirilməsinin təşviqi və gəlmə turizm məqsədilə vizasız rejimin tətbiqi əsas prioritetlər sırasında yer alır. Eyni zamanda regionlarda yerləşən əsas turizm məntəqələrinin nəqliyyat əlçatanlığının artırılması da proqramın mühüm istiqamətlərindən biridir.
Turist axınının stimullaşdırılması məqsədilə proqram çərçivəsində Azərbaycanın qastronomiya, sağlamlıq, qış və ekoturizm destinasiyası kimi tanıdılması planlaşdırılır. Yeni çimərliklərin yaradılması, Turizm və Rekreasiya Zonalarında investisiyaların artırılması və mikro, kiçik sahibkarlıq subyektlərinin dəstəklənməsi də nəzərdə tutulur. Həmçinin sənaye subyektlərinin təsnifat və uçot sisteminin təkmilləşdirilməsi, turizm sahəsində təhlükəsizlik və keyfiyyət standartlarının gücləndirilməsi, regionlarda əsas turizm məntəqələrinin əlçatanlığının artırılması, hədəf turizm bazarlarında təbliğat və sosial media kampaniyalarının genişləndirilməsi proqramın digər vacib istiqamətlərindəndir.
Dövlət Proqramı turizm sahəsinə aid təhsil proqramlarının və müvafiq infrastrukturun inkişafını, Turizm İnformasiya Sisteminin yaradılmasını və tədqiqat layihələrinin dəstəklənməsini də əhatə edir.
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 189 ölkədən 2 milyon 364 min nəfər turist gəlib ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 % azdır. Gələnlərin 24,2 %-i Rusiya, 17,6 %-i Türkiyə, 8,1 %-i İran, 6,4 %-i Hindistan, 4,3 %-i Gürcüstan, 4,2 %-i Səudiyyə Ərəbistanı, 4,1 %-i Qazaxıstan, 3,5 %-i Pakistan, 2,6 %-i Çin, 2,5 %-i İsrail, 2,4 %-i Özbəkistan, 1,6 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,5 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, hər birindən 1,1 % olmaqla Belarus və Böyük Britaniya, 1 %-i Küveyt, 12,5 %-i isə digər ölkələrin vətəndaşları olub. Turistlərin 66,7 %-ini kişilər, 33,3 %-ini isə qadınlar təşkil edib.
Əvvəlki ilin eyni dövrünə nisbətən İsraildən gələnlərin sayı 2,3 dəfə, Tacikistandan 1,7 dəfə, İordaniyadan 49,6 %, Çindən 43,1 %, Özbəkistandan 38,6 %, Qırğızıstandan 34,9 %, Yaponiyadan 26,4 %, Qazaxıstandan 20,3 %, Pakistandan 12,5 %, İtaliyadan 11,4 % və Almaniyadan 10,3 % artıb. İl ərzində Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 4,7 % artaraq 111 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 2,8 % azalaraq 380,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,8 % azalaraq 804,5 min nəfər, digər ölkələrdən gələnlərin sayı isə 2,5 % artaraq 1 milyon 67,7 min nəfər təşkil edib.
Azərbaycana gələn əcnəbilərin 76 %-i hava, 22,7 %-i dəmir yolu və avtomobil, 1,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər