ABŞ Venesuela neftinin ilk partiyasını 500 milyon dollara satıb
Tarix: 16-01-2026 08:09 | Bölmə: İqtisadiyyat

ABŞ Venesuela neftinin ilk partiyasını 500 milyon dollara satıb

ABŞ administrasiyası Venesuelaya məxsus ilk neft yükünü tədarük edib və 500 milyon dollara satıb.

Reyting.az xəbər verir ki, bu barədə Ağ ev rəsmilərinə, eyni zamanda digər mənbələrə istinadla "Semafor" nəşri məlumat yayıb.

Məlumata görə, bu satışdan əldə olunmuş vəsaitlər ABŞ hökumətinin nəzarətində olan bank hesablarında saxlanılır. Bununla belə, əsas hesabın Qətərdəki banklarda və yaxud da, sadəcə bir bankda yerləşdirildiyi bildirilib. Əldə olunan gəlirin bir hissəsinin rəsmən ABŞ Maliyyə nazirliyinin hesabına köçürüldüyü deyilir ki, bunun da məhkəmə iddialarından qorunmaq məqsədilə edildiyi məlum olub.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 2026-cı ilin 6 yanvarında Venesuela dövləti tərəfindən təxminən 30–50 milyon barel neftin ABŞ-a satılacağına, üstəlik, gəlirlərə nəzarətin də tam ABŞ tərəfində olacağını açıqlamışdı.

Lakin sonradan D. Tramp Venesuelanın bu vəsaitlə yalnız ABŞ məhsulları alacağını bildirmişdi.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb