Berlin Vaşinqtonun tarif siyasətinə qarşı cavab tədbirləri görür
Tarix: 19-01-2026 09:13 | Bölmə: İqtisadiyyat

Berlin Vaşinqtonun tarif siyasətinə qarşı cavab tədbirləri görür

Almaniya Qrenlandiyaya görə ABŞ hərbi bazaları üçün icarə haqqını artıracaq.

Reyting.az xəbər verir ki, bu barədə “The Times” nəşri Berlindəki özəl mənbəyinə istinadla yazıb.

Məlumata görə, Almaniya hakimiyyəti öz ərazilərindəki ABŞ hərbi bazalarının icarə haqqını əhəmiyyətli dərəcədə artıra bilər.

Ramstein və Stuttgart kimi bazaların bağlanması nəzərdə tutulmasa da, Amerika tərəfi üçün icarə haqqının artırılması gözlənilir. Bu, ABŞ prezidenti Donald Trampın Almaniyaya qarşı tətbiq etdiyi 10 faizlik tarifə cavab olardı.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb