Çin "Böyük Günəş Divarı" tikir
Tarix: 21-01-2026 00:28 | Bölmə: İqtisadiyyat

Çin "Böyük Günəş Divarı" tikir

Çinin şimalında yerləşən Kubuçi səhrasında "Böyük Günəş Divarı" adlı və günəş enerjisi ilə işləyəcək nəhəng elektrik stansiyasının tikintisinə başlanılıb. Bu layihənin 8 milyon paneldən ibarət olacağı, ümumi gücünün isə 100 QVt-a çatacağı bildirilir.

Reyting.az-ın məlumatına görə, 2030-cu ilə qədər stansiyanın illik istehsalı 180 milyard kVt-saat planlaşdırılır ki, bu da Pekin şəhərinin enerji tələbatını üstələmək deməkdir.

Çinli mütəxəssislərin fikrincə, bu layihə səhradakı torpağın təbii vəziyyətinə də müsbət ekoloji təsir göstərəcək.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb