Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 21-01-2026 00:30 | Bölmə: İqtisadiyyat

Sarı rəngli “Ferrari Enzo” ABŞ-da fəaliyyət göstərən “Mecum” hərracında 17,9 milyon dollara satılaraq bu model üçün açıq hərraclar tarixində rekord qiymət müəyyənləşdirib.
Reyting.az-ın xəbərinə görə, hərrac evinin yerli mətbuata verdiyi məlumata əsasən, parlaq sarı rəngli avtomobil mərhum amerikalı biznesmen Fil Bakmana məxsus dünyaca məşhur avtomobil kolleksiyasının bir hissəsi olub.
Bildirilir ki, bu model üzrə əvvəlki rekord satış qiyməti 2023-cü ildə 6 milyon dolları ötüb.
Cəmi 1 044 kilometr yürüşü olan bu avtomobil ABŞ bazarı üçün istehsal edilmiş, ümumilikdə 127 nüsxədən ibarət “Ferrari Enzo” modellərindən biridir. Həmçinin bu avtomobil zavoddan “Giallo Modena” rəngində çıxan cəmi 36 nüsxədən biridir. Avtomobilin salonu iki rəngli - “Rosso” və “Giallo” çalarlarında hazırlanmış oturacaqları ilə seçilir.

Fil Bakmanın kolleksiyasındakı digər “Ferrari” modelləri də hərracda rekord qiymətlərə satılıb. “Ferrari 288 GTO” 8,53 milyon dollara, “Ferrari F40” 6,6 milyon dollara, “Ferrari F50” 12,21 milyon dollara, “LaFerrari” modeli 6,71 milyon dollara, dövrünün ən populyar avtomobillərindən biri hesab edilən “LaFerrari Aperta” 11 milyon dollara, digər bir model olan “Ferrari 599 GTO” isə 3,96 milyon dollara alıcı tapıb.
Xatırladaq ki, 2024-cü ilin may ayında məşhur “Formula 1” pilotu Mixael Şumaxerə məxsus “Ferrari F2001” avtomobili Monakoda keçirilən hərracda rekord qiymətə - 18,17 milyon dollara satılmışdı.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər