Qrenlandiyanın təbii sərvətlərinin dəyəri nə qədərdir?
Tarix: 21-01-2026 10:17 | Bölmə: İqtisadiyyat

Qrenlandiyanın təbii sərvətlərinin dəyəri nə qədərdir?

Qrenlandiyanın təbii ehtiyatlarının dəyəri 4,5 trilyon dollara yaxındır.

Reyting.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə birja eksperti Andrey Smirnov “Telegraf” agentliyinə müsahibəsində bildirib.

Rusiyalı ekspertin hesablamalarına görə, Qrenlandiyanın nadir torpaq oksidi ehtiyatları 42 milyon ton təşkil edir (yalnız Çində bundan çoxdur).

Bununla belə, ekspert sərt iqlimə görə Qrenlandiyanın ehtiyatlarının çıxarılmasının çətinliyini də qeyd edib:

“Təxmin edilən 42 milyon tondan yalnız 1,5 milyonu təsdiqlənmiş ehtiyat standartlarına cavab verir”.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb