Polşa 150 tona qədər qızıl almaq istəyir
Tarix: 21-01-2026 14:11 | Bölmə: İqtisadiyyat

Polşa 150 tona qədər qızıl almaq istəyir

Polşa Milli Bankı əlavə 150 tona qədər ehtiyat qızıl alınması barədə qərar qəbul edib. Bu, ölkənin ümumi qızıl ehtiyatını 700 tona çatdıracaq.

Reyting.az xəbər verir ki, Polşa Milli Bankının məlumatına görə, bu göstərici Polşa dövlətini dünyada ən çox qızıl ehtiyatına malik ilk 10 ölkə sırasına daxil edəcək.

Yeni qərar Mərkəzi Bankın rəhbəri Adam Qlapinskinin təşəbbüsü ilə qəbul olunub, lakin konkret hədəfə çatma tarixi hələlik açıqlanmayıb.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb