Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 21-01-2026 14:40 | Bölmə: İqtisadiyyat

“Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçıların pensiyası sonradan toplanmış kapitala uyğun olaraq 6 ildən sonra yenidən hesablanaraq pensiyaya əlavə olunur. 6 ildən sonra vətəndaşın fərdi hesabının sığorta hissəsində ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla pensiya kapitalı qeydə alınır”.
Reyting.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, pensiyada yeni artım üçün işlədiyi dövr üzrə toplanmış pensiya kapitalı 72-yə (144 - 72 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı) bölünməklə pensiya məbləği yenidən hesablanır:
"Göründüyü kimi, işləyən vətəndaşlarımızın pensiyasına əlavələr 2 dəfə - 6 ildən bir edilir. Bu o deməkdir ki, 65 yaşında pensiyaya çıxan və işləməyə davam edən vətəndaşımızın ikinci dəfə pensiyasına əlavələr 77 yaşında edilir.
Əksər inkişaf etmiş ölkələrdə, bu hallarda pensiya kapitalından istifadə üçün müəyyənləşdirilmiş müddət daha qısa zamanı əhatə edir. Ona görə təklif edərdim ki, “Əmək pensiyaları haqqında" Qanunda dəyişikliyə baxılsın və işləyən pensiyaçı vətəndaşlarımızın pensiya kapitalından istifadə 2 dəfə 6 ildən bir deyil, 3 dəfə 4 ildən bir həyata keçirilsin. Bu hal işləyən pensiyaçıların topladığı pensiya kapitalından daha səmərəli istifadəsinə və o vətəndaşlarımızın pensiyalarında daha çox artıma səbəb olar. İşləyən pensiyaçıların sayının 190 minə yaxın olduğunu nəzərə alsaq, bu dəyişikliklə çoxlu sayda vətəndaşlarımızın pensiya məbləğləri artardı”.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər