Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 21-01-2026 18:00 | Bölmə: İqtisadiyyat

Dövlət Turizm Agentliyi Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndələri üçün destinasiya təqdimatı keçirəcək.
Reyting.az Qaynarinfo-ya istinadən xəbər verir ki, qurum bununla bağlı satınalma müsabiqəsinə yekun vurub. Müsabiqənin qalibi "Vega Travel Management” MMC seçilib. Destinasiya təqdimatının keçirilməsi üçün şirkətə 19 470 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Vega Travel Management” MMC 2 dekabr 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5000 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 19, mənzil 19-da yerləşir. MMC-nin qanuni təmsilçisi Rəhimli Əmrah Natiq oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmadan məlum olur ki, "Vega Travel Management” MMC sifarişləri əsasən Dövlət Turizm Agentliyindən alır. Agentlik təkcə 2025-ci ildə şirkətlə 2 521 634,73 manatlıq satınalma müqaviləsi imzalayıb. Qurumun "Vega Travel Managemenet” MMC-yə alternativ görməməsinin səbəbi məlum deyil.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevdir. O, 2018-ci ildən bu vəzəfədə çalışır. Fuad Ağayev ötən ilin martında şiddətli töhmət alması ilə gündəmə gəlib. Həmin vaxt mediada dərc edilən məlumatlara görə, ona şiddətli töhmət verilməsi rəhbərlik etdiyi qurumdan xidməti yazışmaların sızdırılması ilə bağlıdır.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər