15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Sürətli bərpa işləri - Qarabağdan Şərqi Zəngəzuradək...
Tarix: 26-09-2021 10:59 | Bölmə: İqtisadiyyat

Azərbaycanın iqtisadi inkişafı, azad edilmiş əraziləri dirçəltmək imkanı ilə yanaşı, ölkəmiz üçün yeni əməkdaşlıq prespektivləri yaradır.
Ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizin hərtərəfli inkişafı təmin olunub. Paytaxtla yanaşı regionların inkişafını daim diqqətdə saxlayan dövlət başçısı cənab İlham Əliyev tez-tez bölgələrə səfərlər edir, regionlarda infrastruktur layihələrin inşası istiqamətində mühüm işlər görülür. Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramlarının icrası ilə bağlı verilən tapşırıqların icrası yerində yoxlanılır.
Son illər ərzində Azərbaycan Prezidenti bölgələrə yüzlərlə səfər edib. Səfərlər zamanı baş tutan açılışlar, təməlqoyma mərasimləri görülmüş işlərin həcmini və ölkənin hərtərəfli inkişafını göstərir.
Respublikamızın digər bölgələri kimi Füzuli rayonunda da Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı uğurla icra olunub. Rayonda iri infrastruktur layihələr inşa edilib, yollar asfaltlanıb, qazlaşma və elektik enerjisi ilə təminat 100 faizə çatdırılıb. Yeni yollar, içməli su xətləri çəkilib, xəstəxanalar, sosial obyektlər tikilib, iş yerləri yaradılıb, yəni, bu bölgə sürətlə inkişaf edir və işlər plan üzrə gedir.
Ölkə başçısının sərəncamı ilə Horadiz şəhərinin və ətraf kəndlərin içməli su sistemi yenidən qurulub və əhali 24 fasiləsiz içməli su ilə təmin olunub.
Qeyri-neft sektorunun inkişafı, aqrar sahənin canlandırılması ilə bağlı ölkə başçısı cənab İlham Əliyevin atdığı mühüm addımlar Füzuli rayonunda da öz müsbət nəticələrini göstərir. Bildiyimiz kimi, rayonumuz tarixən aqrar rayon olub. Məhz bu səbəbdən aqrar sahənin inkişafı ilə bağlı görülən mühüm işlər Füzuli rayonunda uğurlu nəticələr verib. Ənənəvi təsərrüfat sahələrindən olan taxılçılq, baramaçılıq, pambıqçılıq dirçəldilib, əhalinin yaşayış səviyyəsi yüksəlib. Son illərin statistikasına nəzər salsaq görərik ki, rayonumuzda hər il 100 min tondan yuxarı taxıl istehsal olunur. Füzuli kümçüləri son 3 il ərzində rayonumuzda 120 tona yaxın barama istehsal ediblər. Bu da görülmüş işlərin, islahatların nəticəsidir. Çünki dövlət dəstəyi olmadan kənd təsərrüfatı istənilən qədər inkişaf edə bilməz.
Rayonumuzun ərazisində 2700 ha sahəni əhatə edən aqroparkın salınması, iri taxılçılıq təsərrüfatlarının yaradılması, yeni Barama Qəbulu Məntəqəsinin tikilməsi məhsuldarlığın artmasına təkan verir.
Bəllidir ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın haqq işinin Zəfəri ilə yekunlaşdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusu torpaqlarımızı düşmən işğalından azad etdi. 30 ilə yaxın düşmən əsarətində qalmış digər ərazilərimiz kimi Füzuli şəhəri və 61 kəndimiz işğalçılardan təmizləndi, Füzuli sakinlərinin də doğma el-oba həsrətinə son qoyuldu. İndi artıq dövlətimiz tərəfindən rayonumuzun işğaldan azad edilmiş ərazilərində tikinti-quruculuq, bərpa işləri aparılır. Ərazimizdə nəhəng nəqliyyat infrastrukturu yaradılır, magistral yollar, həmçinin xüsusi strateji əhəmiyyətə malik Horadiz-Ağbənd dəmir yolu çəkilir. İşğaldan azad edilmiş ərazilərdə ilk Beynəlxalq Hava Limanı da məhz bizim rayonda tikilir.
Ölkə başçısı cənab İlham Əliyev tərəfindən Füzuli yarımstansiyasının açılışı artıq reallaşıb. Bu ilin sonuna qədər həm Qarabağda, həm də Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatı qurulacaq. Yeni xətlər, ötürücü xətlər, transformatorlar, yarımstansiyalar və elektrik stansiyaları qurulacaqdır. Ermənilərin Kəlbəcər və Laçın rayonlarında onlara iki həftə möhlət veriləndən sonra yandırıb dağıtdıqları 12 su elektrik stansiyası bərpa olunacaq. Bundan sonra yaşıl enerji layihəsi icra ediləcək. 200 meqavatlıq günəş elektrik stansiyasının xarici şirkətin vəsaiti hesabına tikintisi ilə bağlı razılıq əldə olunub. Bu, çox önəmli hadisədir. Eyni zamanda, başqa şirkətlər üçün də bir siqnaldır.
Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının sürətli bərpası davam edir. Aydın məsələdir ki, bütün bu işlər böyük maliyyə vəsaiti tələb edir. Ölkəmizin güclü iqtisadi potensiala malik olması və bu potensialın düzgün istiqamətləndirilməsi, valyuta ehtiyatlarımızın artırılması, qeyri-neft ixracının artması nəticəsində bütün bu işləri həyata keçirtmək mümkün olur. Bu gün ölkəmizdə bütün xərclərə ciddi nəzarət mövcuddur. Nəticədə israfçılığa, lazımsız xərclərə yol verilməsi mümkün deyil.
Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlib, möhtəbər beynəlxalq təşkilatların və şirkətlərin Azərbaycana olan marağı artıb. Məhz bunun nəticəsidir ki, işğaldan azad edilmiş ərazilərdə aparılan geniş tikinti-quruculuq işlərinə xarici şirkətlər də qoşulublar. Xüsusilə qardaş Türkiyə dövlətinin şirkətləri azad edilmiş ərazilərimizin bərpasında fəallıq nümayiş etdirirlər. Bu isə ölkələrimiz arasında tarixi köklərə əsaslanan dostluq, qardaşlıq münasibətlərinin daha bir nümunəsidir.
Əminik ki, dövlət başçımızın uğurlu siyasəti, artan iqtisadi gücümüz sayəsində Qarabağda aparılan quruculuq işləri tez bir zamanda müvəffəqiyyətlə yekunlaşacaq. İşğaldan azad edilmiş digər ərazilərimiz kimi Füzuli rayonu da həm iqtisadi cəhətdən, həm turizm imkanlarının genişlənməsi baxımından yüksək tərəqqi dövrü yaşayacaqdır.
Rafiq Məstəliyev,
Füzuli rayon Statistika idarəsinin rəisi
Bölməyə aid digər xəbərlər

13-02-2026, 13:27
Yeni vergi güzəştləri tətbiq ediləcək
13-02-2026, 12:20
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
13-02-2026, 10:52
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
13-02-2026, 00:06
Tək yaşayanlar Sürixdə 3-4 otaqlı mənzil ala bilməyəcək
12-02-2026, 17:18
Əmək qabiliyyətini itirənlərə müavinət ödəniləcək
12-02-2026, 15:14
Pərviz Şahbazov İran səfiri ilə müzakirə aparıb
12-02-2026, 13:50
Süni intellekt Rusiyada işsizlərin sayını artırır
12-02-2026, 13:33
Fermerlərə subsidiya ödənişləri başlayır
12-02-2026, 11:12
Azərbaycanın yeni rəqəmsal arxitekturası...
12-02-2026, 10:43
"Temu" "endirim kartları"nı bloklayıb
11-02-2026, 18:06
Azərbaycan üzərindən Ermənistana taxıl tədarükü artacaq
11-02-2026, 16:16
Deputatın oğlu 14 minlik tenderin qalibi olub
11-02-2026, 15:44
“Lukoil” xaricdəki bütün aktivlərini satır
11-02-2026, 15:17
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb
11-02-2026, 14:38
Pensiyalar yeni artımla birgə ödəniləcək
11-02-2026, 07:58
Ən çox mis hansı ölkədə istehsal olunur?
10-02-2026, 18:36
Ən böyük iqtisadi ərazilər... - Siyahı
10-02-2026, 16:46
Putinin qurduğu hərbi iqtisadiyyat çökmək üzrədir
10-02-2026, 12:03
Rusiya neft bazarında payını itirir
10-02-2026, 11:26
Bakıda "Tramp Marşrutu" ilə bağlı müzakirə aparılıb
10-02-2026, 08:55
Aİİ və Monqolustan rüsumları azaldacaq
9-02-2026, 17:20
Əmək pensiyaları indeksləşdirilir - (Yenilənib) - Sərəncam
9-02-2026, 17:03
Sahibkarlıq sahəsində aparılan yoxlamalar daha bir il dayandırılıb
9-02-2026, 13:52
Təbii minerallar iki ölkə arasında rəqabəti artırıb
8-02-2026, 08:55
"Starlink" interneti tam nəzarətə götürmək istəyir
6-02-2026, 22:43
Rusiyanın qızıl ehtiyatları 400 milyard dolları keçib
6-02-2026, 18:12
Prezident investisiya təşviqi qaydasına dəyişiklik edib - Fərman
6-02-2026, 15:07
Hindistan Rusiyanı Venesuela ilə əvəz edib
6-02-2026, 12:28
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub
6-02-2026, 11:30
İşçi qrupun növbəti iclası keçirilib
6-02-2026, 10:13
İlon Mask öz smartfonunu istehsal etmək istəyir
5-02-2026, 16:03
Ən etibarlı avtomobillər hansılardır? - Siyahı
5-02-2026, 14:27
Əkrəm Həsənov: Camaatda pul yoxdur ki, manatı dollara çevirsin
5-02-2026, 13:31
Dünya bazarında mis kəskin ucuzlaşıb
5-02-2026, 12:19
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış - Fotolar
5-02-2026, 10:57
İdxaldan asılı olan ölkələr... - Siyahı
5-02-2026, 07:49
Ukraynanın dövlət borcu sürətlə artır
4-02-2026, 18:38
Avrasiya İqtisadi İttifaqı problemdən çıxış yolu axtarır - Foto
4-02-2026, 10:17
Mərkəzi Bank uçot dərəcəsini azaldıb
4-02-2026, 00:21
İlon Mask “SpaceX” və “xAI” şirkətlərini birləşdirib
3-02-2026, 11:06
"Evrascon" çöküb - Şirkətin borcu 7 milyona çatır
3-02-2026, 10:55
"Azvvallet"ə qadağa qoyulub
3-02-2026, 10:01
36 mənzili alan olmayıb - 1,8 milyonluq tender ləğv edilib
3-02-2026, 09:31
Pensiya üçün ən yaxşı ölkələr... - Siyahı
3-02-2026, 07:42
Dollar və istiqrazlarla bağlı təhlükəli dəyişiklik baş verə bilər
3-02-2026, 00:14
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
2-02-2026, 11:57
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
2-02-2026, 10:21
Vergi və gömrük sahəsində yeni güzəştlə bağlı qərar imzalanıb

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək